Bakıda Azərbaycan qadınlarının IV qurultayı keçirilib
15.06.2013 [09:47]
İyunun 14-də Bakıda, Heydər Əliyev Sarayında “İnkişaf naminə birlik” devizi altında Azərbaycan qadınlarının IV qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət qurumlarının rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, QHT-lərin təmsilçiləri iştirak ediblər.
Qurultayı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova yığıncaqda 1815 nümayəndənin iştirak etdiyini, yetərsayın olduğunu bildirib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çoxsaylı qadın təşkilatlarının arzu və təklifləri əsasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban Əliyevanın “Ülviyyət” ictimai mükafatına layiq görüldüyünü vurğulayıb. Qeyd edilib ki, ülviyyət Mehriban xanım Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban xanım Əliyeva ölkəmizin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır.
Sonra qurultayın işçi orqanları - katiblik, mandat və redaksiya komissiyaları seçilib.
Qurultayda “Azərbaycanda qadın siyasəti” filmi nümayiş etdirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova hesabat məruzəsi ilə çıxış edərək ötən qurultaydan keçən beş ildə ölkəmizin beynəlxalq nüfuzunun artdığını, sosial-iqtisadi inkişafının daha da sürətləndiyini vurğulayıb. Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdıran komitə sədri, qadınlarımızın da reallaşdırılan möhtəşəm layihələrdə fəallıqları ilə seçildiklərini qeyd edib. Ölkəmizdə qadın hüquqlarının müdafiəsi, onların iqtisadi müstəqilliyinin artırılması, dövlət siyasətinin həyata keçirilməsində qadınların rolunun gücləndirilməsində mühüm addımlar atılıb.
Hicran Hüseynova Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultaylarında ölkəmizin qadın hərəkatı tarixində yeni səhifələr açılıb. Məruzəçi Ulu öndərin bu sahədəki siyasətinin Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirib, dövlətimizin başçısının müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Məruzəçi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə beynəlxalq aləmdə ölkəmizin və qadınlarımızın nüfuzunu daha da yüksəklərə qaldırdığını qeyd edib. Bildirilib ki, Mehriban xanım Əliyevanın mədəniyyətimizin təbliği, milli mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, uşaq müəssisələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr humanizm prinsiplərinə söykənir.
Komitə sədri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət”, IDEA beynəlxalq kampaniyaları çərçivəsində mühüm tədbirlərin həyata keçirildiyini də qurultay iştirakçılarının diqqətinə çatdırıb.
Hicran Hüseynova dövlətimiz tərəfindən 400 minə yaxın qaçqın və məcburi köçkün qadının cəmiyyətə inteqrasiyası, münasib işlə təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb olunması sahəsində mütəmadi olaraq xüsusi tədbirlər görüldüyünü, qadınlara qarşı zorakılığın qarşısının alınması və profilaktikasının Prezident İlham Əliyevin və hökumətin diqqət mərkəzində olduğunu vurğulayıb.
Bildirilib ki, Heydər Əliyev Fondunun, BMT-nin Əhali Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəsi bu problemin həllinə yönəlib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabrında qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun bu problemin həllində mühüm addımdır.
Azərbaycanda siyasi, ictimai həyatın bütün sahələrində qadınların rolunun və sayının ildən-ilə artdığını qeyd edən məruzəçi deyib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də qadınlarımızın liderlik mövqeyinin yüksəldilməsinə, hakimiyyətdə və idarəetmədə onların iştirakının artırılmasına, cəmiyyətin bərabərhüquqlu üzvü kimi potensiallarını tam reallaşdırmalarına nail olmaqdan ibarətdir. Qəbul olunmuş Dövlət proqramları qadınların bütün sahələrdə imkanlarının tam realizə edilməsinə təkan verir və ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında rolunu artırır.
Komitə sədri Azərbaycan hökumətinin erkən nikah və məişət zorakılığı ilə mübarizə istiqamətində tədbirlərinin ilk müsbət nəticələrinin artıq özünü göstərdiyini diqqətə çatdırıb. Son illərdə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına xidmət edir.
Qadınların cəmiyyətdəki rolundan danışan Hicran Hüseynova hazırda ölkəmizdə 200-dən çox qeyri-hökumət qadın təşkilatının fəaliyyət göstərdiyini deyib. Bu gün qadınların müxtəlif partiyaların sıravi və ya rəhbər orqanlarının üzvü olması onları siyasi fəallığını artırıb. Yeni Azərbaycan Partiyası üzvlərinin 49 faizini qadınların təşkil etməsi ən yaxşı nümunədir. Beynəlxalq təşkilatların dəstəyi ölkədə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində bir çox mühüm layihələrin həyata keçirilməsində rolu böyükdür.
Bildirilib ki, Azərbaycan qadın hüquqlarının müdafiəsinə və gender bərabərliyinin təmin edilməsinə həsr olunmuş beynəlxalq müqavilələrin əksəriyyətinə qoşulub. Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, “Azərbaycan ailəsi Strategiyası”nın, Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Milli Uşaq Strategiyasının hazırlanması və təsdiqi nəzərdə tutulub. Bununla da ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin dövlətimizin siyasətinin əsas istiqamətlərindən olduğu bir daha təsdiqlənir.
Azərbaycanın bütün bölgələrindən qadınlarımızın ünvanladığı çoxsaylı müraciətdə seçkilərdə fəal iştirakın vacibliyinin vurğulandığını qeyd edən Hicran Hüseynova deyib ki, bizim əsas vəzifəmiz qarşıdan gələn seçkilərdə seçicilərinin yarıdan çoxunu təşkil edən qadınlarımızın fəal iştirakına və düzgün seçim etmələrinə nail olmaqdır. Əlbəttə ki, biz müasir, güclü, daim inkişaf edən bir dövlətdə yaşamaq istəyirik. Belə bir dövləti isə güclü şəxsiyyət idarə edə bilər. Bizim belə bir güclü liderimiz var. Bu, Prezident İlham Əliyevdir. Əminik ki, Azərbaycan qadınları düzgün seçim edəcəklər. Biz sabitliyə, dinamik inkişafa, inamlı gələcəyə səs verəcəyik. Azərbaycan qadınları Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin beynəlxalq arenada mövqeyinin və respublikamızın iqtisadi inkişafının güclənməsi məqsədilə prezident seçkilərində “İnkişaf naminə birlik” devizi altında dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklər.
Hesabat məruzəsindən sonra UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva UNESCO-nun baş direktoru xanım İrina Bokovanın qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin sədri xanım Nikole Amelin qurultay iştirakçılarına videomüraciətində dünyada mühüm problemlərdən olan gender bərabərsizliyinin və məişət zorakılığının aradan qaldırılması, qadınların cəmiyyətdə rolunun artırılması sahəsində ölkəmizin böyük irəliləyişlər əldə etdiyini bildirib, bu istiqamətdə Azərbaycanın birinci xanımının xidmətlərini xüsusi vurğulayıb.
Türkiyənin ailə və sosial siyasət naziri xanım Fatma Şahin isə videomüraciətində Azərbaycan qadınlarının daim cəmiyyətin həyatında, gənc nəslin yetişdirilməsində mühüm rol oynadıqlarını vurğulayıb. Qadınlarımızın həmişə təhsilə açıq olduqlarını vurğulayan türkiyəli nazir güclü cəmiyyət quruculuğunda təhsilli, müasir qadınların rolunun vacibliyindən danışıb, bu baxımdan ölkəmizin ön sıralarda olduğunu qeyd edib.
Videomüraciətlərdən sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek çıxış edərək ölkəmizin qadın hüquq və azadlıqlarının təmin olunması, onların ictimai-siyasi fəallığının artırılması sahəsində mühüm nailiyyətlərin qazanıldığını bildirib. Azərbaycanda gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunların qəbul edildiyini vurğulayan A.Broek ölkəmizdə həyata keçirilən Dövlət proqramlarının, eləcə də BMT ilə birgə reallaşdırılan tədbirlərin, layihələrin qadınların rolunun artırılmasına istiqamətləndiyini diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qabaqcıl Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququnun verildiyini, eləcə də Şərqdə ilk dünyəvi məktəbin yaradıldığını qeyd edib. Azərbaycan qadınlarının zəkası, bacarığı ilə seçildiyini vurğulayan T.Pilz Avropa İttifaqının ailə, qadın və uşaq problemləri sahəsində ölkəmizlə yaxından əməkdaşlıq etdiyini deyib.
BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı Komitəsinin gender və sosial məsələlər üzrə məsul şəxsi xanım Malinka Koparanova qadınların cəmiyyətdəki rolundan danışıb, qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Rusiya Dövlət Dumasının əmək, sosial siyasət və veteranlar üzrə komitəsi sədrinin birinci müavini xanım Alla Kuzmina ölkəmizin, xüsusən də paytaxt Bakının son illərdə sürətlə inkişaf etdiyini bildirib. Azərbaycanda qadınların dövlət idarəçiliyində iştirakına geniş imkanların yaradıldığını vurğulayan xanım A.Kuzmina Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonra mandat komissiyasının sədri, Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini komissiyanın hesabatını səsləndirib.
“Qadın fəallığının artırılmasında hüquqi bazanın formalaşması” mövzusunda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova xalqımızın Ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində Azərbaycan qadınlarının təhsili, onların ictimai-siyasi fəallığının artırılması məsələlərini diqqət mərkəzində saxladığını bildirib.
Bahar Muradova çıxışında erkən nikah, qadınların təhsildən yayındırılması və məişət zorakılığına məruz qalmalarının qarşısının alınması istiqamətində mühüm tədbirlərin görülməsinin vacibliyindən danışıb. Bu gün Azərbaycanda müstəqil siyasət həyata keçirmək üçün güclü siyasi iradənin, xalqın dəstəklədiyi liderin olduğunu vurğulayan Milli Məclis sədrinin müavini bütün qadınları 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva “Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin inkişafı” mövzusunda məruzə ilə çıxış edərək muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edən qadınlar dövlət orqanlarında, parlamentdə və biznes sahələrində fəal rol oynayırlar. Təranə Quliyeva vurğulayıb ki, elm, mədəniyyət və digər sahələrdə bilik və bacarıqlarını nümayiş etdirən qadınlara daim dövlət tərəfindən diqqət və qayğı göstərilir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Gender aspektində ənənəvilik və müasirlik” mövzusunda məruzə edib.
Professor Nərgiz Paşayeva Azərbaycanda qadına münasibətin bütün dövrlərdə yüksək səviyyədə olduğunu bildirib. Bildirib ki, qadın məsələsi Azərbaycan cəmiyyətinin ictimai şüurunu müəyyən edən amildir. Hələ XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin, XX əsrin əvvəllərində demokratik ədəbiyyatın nümayəndələrinin əsas mövzularından biri qadın məsələsi olub. Gender ənənələri bizim böyük mütəfəkkirlərimiz tərəfindən realistcəsinə qoyulub.
Təbiətən qadınların mühafizəkar, kişilərin isə daha operativ olduqlarını vurğulayan Nərgiz Paşayeva deyib ki, onların birliyi labüddür. Bəşəriyyətin nicatı bir çox amillərdən asılıdır. Qadına münasibət bu amillərin təməlində durur. Bu münasibət hər hansı bir quruluşun, dövlətin yüksək səviyyəsindən xəbər verir. Cəmiyyətdə qadınların reproduktiv sağlamlığı, onların hüquqlarının müdafiəsi və iqtisadi fəallığı mövcud olarsa, gender məsələsi həmin dövlətlərdə yüksək səviyyədə həllini tapa bilər. Azərbaycan tarixi bir daha sübut edir ki, qadınlar cəmiyyətdə öz mövqeləri ilə ali hisslərin və mənəvi idealların daşıyıcıları olmuş və olmaqdadırlar.
Qurultay iştirakçıları fasilə zamanı Heydər Əliyev Sarayının foyesində təşkil edilmiş sərgi ilə tanış olublar.
Fasilədən sonra respublikamızın bölgələrindən qadınların qurultaya təbriklərini əks etdirən videoçarx nümayiş olunub, təbrik teleqramları oxunub.
Sonra Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova “Qadınların hüquqlarının müdafiəsinin müasir meylləri”, ombudsman Elmira Süleymanova “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması”, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova “Qadın sahibkarlığının dəstəklənməsində innovativ yanaşmanın tətbiq edilməsi”, Milli Məclisin deputatı Flora Qasımova “Qaçqın və məcburi köçkün qadınların cəmiyyətə sosial inteqrasiyası”, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva “Siyasi proseslərdə qadınların rolu”, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin müdiri Elmira Əliyeva “Qadın sağlamlığının qorunması”, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı “İnformasiya cəmiyyətinin formalaşmasında qadınların rolu və yeri” mövzularında məruzələr ediblər.
Çıxışlarda qadınların hüquqlarının müdafiəsinin müasir meyllərindən, qadın sahibkarlığından, siyasi proseslərdə onların rolundan, cəmiyyətin inkişafında qadın QHT-lərin əhəmiyyətindən, ölkədə mədəniyyətin və incəsənətin inkişafında qadınların nailiyyətlərindən və s. bəhs olunub. Çıxış edənlər 2013-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsinin vacibliyini bildiriblər.
Sonra qurultay iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Qurultayda beynəlxalq təşkilatlara da müraciət, eləcə də yekun qətnamə qəbul olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurultaya yekun vurub.
Qurultay bədii proqramla davam edib.
Bununla da Azərbaycan qadınlarının IV qurultayı başa çatıb.
İyunun 14-də axşam qurultay iştirakçılarının şərəfinə ziyafət verilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

