/ / Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beşgünlük beynəlxalq konfrans uğurla başa çatıb
Bakıda “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beşgünlük beynəlxalq konfrans uğurla başa çatıb
11.06.2013 [02:38]
Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beşgünlük beynəlxalq konfrans iyunun 9-da başa çatıb.
AzərTAc xəbər verir ki, konfransın son günündə tədbirin iştirakçıları əvvəlcə Qobustan Milli Tarix-Bədii Qoruğunda olub, buradakı muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.
Qonaqlara məlumat verilib ki, Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınıb. Müxtəlif üsullarla həkk olunmuş təsvirlərin ən qədimləri eramızdan əvvəl VIII minilliyə aiddir.
Bildirilib ki, dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilib.
Azərbaycandakı qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.
Daha sonra konfrans iştirakçıları AMEA-nın Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsas fəaliyyət istiqamətləri ilə tanış olublar. Qonaqlara bildirilib ki, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarını tədqiq edən şöbə bir sıra mühüm elmi nəticələr əldə edib. “İdeal” buğda növünün yüksək məhsuldarlığını müəyyən edən prinsiplər işlənilib hazırlanıb, bitkilərin karbon qazı mübadiləsi tədqiq edilib və genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor münasibətlərindən asılı olaraq karbon qazının assimilyasiyasının geniş diapazonda dəyişməsi aşkar olunub. Eyni zamanda, kontrast buğda genotiplərində karbon metabolizmi, yarpaq və sünbüllərdə sintez olunmuş assimilyatların daşınması və paylanması qanunauyğunluqları 14CO2 tətbiq etməklə öyrənilib və dənin dolmasında ayrı-ayrı orqanların rolu müəyyənləşdirilib. Fototənəffüsün israfçılıq olması haqqında uzun illər mövcud olan təsəvvürlərin əksinə, tarla şəraitində yetişdirilən kontrast genotiplərdə müxtəlif üsullarla aparılan çoxillik təcrübələrlə sübut edilib ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyat əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədi ilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır.
Bundan əlavə, şöbədə ali bitkilərin karboanhidrazasının struktur-funksional təşkili ətraflı tədqiq olunub, ilk dəfə nut (Cicer arietinum) yarpaqlarından karboanhidraza fermentinin kristalları ayrılmış və onun dördüncü quruluşunun molekulyar modeli təklif edilib. Bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilib. Müxtəlif molekulyar markerlərdən istifadə etməklə buğda bitkilərində quraqlığa davamlılığa cavabdeh lokuslar və genlər müəyyən edilib. Azərbaycanda ilk dəfə meyvə ağaclarında və tərəvəz bitkilərində fitoplazma və tərkibində birzəncirli tsiklik DNT saxlayan viruslar aşkar edilib, onların molekulyar səviyyədə tam identifikasiyası aparılıb.
Qeyd olunub ki, şöbənin tərkibində müasir avadanlıqla təchiz edilmiş 11 elmi laboratoriya fəaliyyət göstərir. Laboratoriyaların əsas fəaliyyət istiqamətləri və əldə olunmuş mühüm elmi nəticələr haqqında qonaqlara ətraflı məlumat verilib.
Bildirilib ki, bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində Azərbaycanda, həmçinin MDB, ABŞ, Kanada, Yaponiya, Koreya Respublikası, Avstraliya, İsrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində müvəffəqiyyətlə çalışan elmi kadrlar hazırlanıb.
Sonra beynəlxalq konfrans işini “Crescent Beach” otelində sonuncu bölmə iclası ilə davam etdirib. İclasda Azərbaycan ilə yanaşı, ABŞ, İsveçrə, Macarıstan, Misir, Avstraliya, Estoniya, Almaniya, İtaliya, Yaponiya və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
ABŞ-ın Kaliforniya ştatındakı Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamov, Avstraliyanın Viktoriya ştatındakı Bandura Universitetinin əməkdaşı Aydın Muradov mövzuya dair məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonra akademik Cəlal Əliyevin iştirakı ilə konfransın bağlanış mərasimi olub.
Tədbirdə Dublin Universitet Kollecinin professoru Brus Osborn, İtaliyanın Bari Universitetinin professoru Mario De Tullio, Yaponiyanın Əsas Biologiya üzrə Milli İnstitutunun professoru Norio Murata, ABŞ-ın İllinoys Universitetinin professoru Qovinci, Macarıstanın Əkinçilik Fiziologiyası İnstitutunun professoru Qyözö Qarab, estoniyalı alim Aqu Leysk, Finlandiyanın Turku Universitetinin əməkdaşı Eva-Mari Aro fotosintez prosesinin öyrənilməsi sahəsində dünya şöhrətli alim akademik Cəlal Əliyevin tədqiqatlarının əhəmiyyətindən danışıblar. Alimlər akademik Cəlal Əliyevin Azərbaycan və dünya elminə böyük töhfələr verdiyini, dünyaya istedadlı tələbələr bəxş etdiyini vurğulayıb, yubilyarı bir daha təbrik edib, ona elmi yaradıcılığında uğurlar arzulayıblar. Konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən qonaqlar bu mötəbər tədbirin keçirilməsinə verdiyi dəstəyə görə akademik Cəlal Əliyevə minnətdarlıqlarını bildiriblər.
AMEA-nın Botanika İnstitutunun bioadaptasiya laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü İradə Hüseynova və biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev (Rusiya) təşkilat komitəsi adından konfrans iştirakçılarına minnətdarlıqlarını bildirib, onları yenidən Bakıda görmək arzusunda olduqlarını vurğulayıblar.
Qeyd olunub ki, konfransın materialları beynəlxalq “Biochemica et Biophysica Acta (Bioenergetics)” və “Plant Physiology and Biochemistry (PPB)” elmi jurnallarının xüsusi buraxılışlarında çap ediləcək.
Sonda xatirə şəkli çəkdirilib.
Bununla da beş gün davam edən “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

