/ / Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib
Azərbaycanla Türkiyənin XİN başçıları ikitərəfli və çoxtərəfli gündəlikdə duran aktual məsələləri müzakirə edib
18.01.2025 [20:27]
Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib, Azərbaycan və Türkiyə ikitərəfli və çoxtərəfli gündəliyində duran aktual məsələlər, son regional inkişaflar fonunda fürsətlər və çağırışlar müzakirə olunub.
Görüşlər zamanı Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi və gələcəyə baxışı sayəsində Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə münasibətlərinin geniş əhatə dairəsi, çoxvektorlu xarakteri və zəngin məzmunundan məmnunluq ifadə olunub.
Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, hərbi-müdafiə, humanitar və digər istiqamətlər üzrə dövlət və hökumət qurumlarımız arasında əməkdaşlığın müsbət dinamikası qeyd olunub.
İkitərəfli müttəfiqliyimiz fonunda ölkələrimizin Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Özbəkistan kimi üçtərəfli, Azərbaycan-Türkiyə-Gürcüstan-Qazaxıstan dördtərəfli əməkdaşlıq formatları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib.
BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və D-8 kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Türkiyə tərəfdaşlığının həqiqi müttəfiqlik nümunəsi olduğu vurğulanıb.
Türk Dövlətləri Təşkilatında müxtəlif sahələr üzrə birgə təşəbbüslərin irəli sürülməsi, ali və yüksək səviyyədə toplantıların keçirilməsi, əhəmiyyətli qərarların qəbulu xüsusunda Azərbaycan və Türkiyənin bu təşkilata verdiyi əhəmiyyət və bu məqsədlə həyata keçirdiyi əməkdaşlıqdan danışılıb.
Azərbaycanın tamhüquqlu üzv kimi inkişaf etməkdə olan ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması prosesində Türkiyənin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.
Eyni zamanda, 2024-cü ilin noyabr ayında Bakıda keçirilmiş COP29 beynəlxalq iqlim konfransında qardaş Türkiyənin dövlət başçısı səviyyəsində geniştərkibli və fəal iştirakı minnətdarlıqla xatırlanıb.
İqtisadiyyat, ticarət və investisiya ölçüləri üzrə Azərbaycan və Türkiyənin əlaqələrinin böyük məsafə qət etdiyi və nümunəvi xarakter daşıdığı ifadə olunub.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji və nəqliyyat-kommunikasiya layihələrinin Azərbaycanın və Türkiyənin iqtisadi əməkdaşlığında aparıcı rol oynadığı bildirilib.
Bu kimi layihələrdən qaynaqlanaraq ikitərəfli ticarət və qarşılıqlı investisiyalarımızın müsbət dinamikasından bəhs olunub, azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı məmnunluqla xatırlanıb.
Mövcud iqtisadi tərəfdaşlığımızdan daha çox faydalanmaq və onun yeni hərəkətverici elementlərlə zənginləşdirmək xüsusunda həmfikirlik ifadə olunub. Nəqliyyat-logistika, kommunikasiya və eləcə də təmiz enerji resurslarının istehsalı, tranziti və ixracı istiqamətində həyata keçirilən birgə fəaliyyətlər və müvafiq layihələr barədə fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında humanitar, o cümlədən turizm, səhiyyə, təhsil, elm, mədəniyyət sahələrində təmaslar, mübadilələr və işbirliyinə toxunularaq, eyni millətə, eyni dilə və eyni dinə bağlı olan xalqlarımız arasındakı körpülərin dövlətlərarası münasibətlərimizi sarsılmaz və əbədi etdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzərində aparılan danışıqların hazırkı mərhələsi barədə məlumat verib. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının qalmasının, həm iqtidar, həm də müxalifət qüvvələrində revanşizm əhval-ruhiyyəsinin hökm sürməsinin və bu ölkənin sürətlə silahlanmasının sülh prosesinin irəliyə aparılmasına zərbə vurduğunu diqqətə çatdırıb.
Suriyada baş verən son inkişaflar fonunda qardaş Türkiyənin müsbət rolundan bəhs olunub, Suriyadakı yenidənqurma fəaliyyətlərində ölkələrimizin müştərək iştirak imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatlarla çıxış ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

