Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BTQ-nin icraçı direktoru: Paylaşımlarımız kifayət qədər fəal şəkildə izlənilir və onlara maraq göstərilir

BTQ-nin icraçı direktoru: Paylaşımlarımız kifayət qədər fəal şəkildə izlənilir və onlara maraq göstərilir

08.01.2025 [17:49]

VIGINUM Bakı Təşəbbüs Qrupuna (BTQ) qarşı bir neçə ağır ittihamlar qeyd edərək, təşkilatımızın işgüzar nüfuzuna kölgə salmağa çalışıb. Hesabatda Fransa hökuməti iddia edir ki, BTQ müstəqillik hərəkatlarından və ideyalarından istifadə etməklə onun ərazi bütövlüyünə qarşı iş aparır.

BTQ-nin fəaliyyəti heç bir dövlətin ərazi bütövlüyünə qarşı yönəlməyib. BTQ beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, kolonializmə qarşı mübarizə aparır və müstəmləkəçilik siyasətinin əsarətində yaşayan xalqların fundamental hüquqlarının təmin edilməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ-yə qarşı əsassız iddialara cavab məqsədilə keçirilən mətbuat konfransı zamanı söyləyib.

Bakı Təşəbbüs Qrupunun fransız və ingilis dillərində paylaşımlar etdiyini vurğulayan Abbas Abbasov əlavə edib: “Müşahidələrimiz göstərir ki, xüsusilə xaricdəki hədəf qruplarımız bu paylaşımlarımızı kifayət qədər fəal şəkildə izləyir və onlara maraq göstərirlər. Bu reallıqdan çıxış edərək belə bir sual yaranır: əgər biz hədəf kütləmizə çatmırıqsa, necə ola bilər ki, Fransanın müxtəlif qurumları bu mövzuda 26 səhifəlik ətraflı hesabat hazırlayır və davamlı olaraq buna oxşar digər reaksiyalar verir?”.

Paylaş:
Baxılıb: 679 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30