İcmadan Paşinyana cavab...
21.12.2024 [11:59]
Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində Ermənistandan təxminən 300 min azərbaycanlınin deportasiya olunduğunu bildirib. Qərbi Azərbaycan İcması doğma yurdlarına qayıtmaq, reinteqrasiya üçün şəraitin yaradılmasına dair Ermənistan hakimiyyətinə rəsmi müraciət edib. İki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın yaradılması üçün Qərbi azərbaycanlıların qayıdışı mühüm şərtdir. Bu amil cəmiyyətlər arasında gerçək sülh mühitinin formalaşmasında ictimai konsensusun əhəmiyyətini ifadə edir. Prezident İlham Əliyevin sözügedən müsahibədə dediyi kimi, bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur.
Absurd iddialar...
Lakin rəsmi İrəvan Qərbi Azərbaycan İcmasının məlum müraciətinə nəinki cavab verməyib, əksinə məsələni yanlış istiqamətə yönəldir. Belə ki, Nikol Paşinyan “Armenpress”ə müsahibəsində azərbaycanlıların doğma yurdlarına qayıdışını Ermənistan ərazilərinin “işğalı” kimi səciyyələndirməyə çalışıb. O, bu fikrini rəsmi Bakının ATƏT-in Minsk qrupunun ləğv olunması haqda təklifini şərh edərkən deyib: “Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, münaqişə ilə məşğul olan formatın olması nə deməkdir? Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan da məsələyə eyni məntiqlə yanaşır. Tutaq ki, məsələn, “Qərbi Azərbaycan” məsələsinin inkişafı Ermənistan Respublikasının ərazisinə qarşı təcavüzkar siyasət həyata keçirməkdən ibarət deyil”. O, iddia edib ki, Bakı guya “Qərbi Azərbaycan” ifadəsi ilə öz konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını əsaslandırmaq istəyir.
Əlbəttə, Paşinyanın bu iddiaları tamamilə absurddur. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bildirilib ki, Nikol Paşinyanın müsahibəsində Ermənistan və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə və Qərbi Azərbaycan məsələsinə dair bir sıra fikirləri zərərli və həqiqətə uyğun deyil. Bəyanatda qedy edilib ki, erməni baş nazirin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. Vurğulamaq lazımdır ki, azərbaycanlıların əsrlərlə yaşadığı və Ermənistan tərəfindən total etnik təmizləməyə məruz qaldığı keçmiş İrəvan xanlığı, Zəngəzur və digər bölgələri əhatə edən “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən bir termindir.
Qərbi Azərbaycan İcması qayıdış hədəfinə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində nail olmaq üçün çalışdığını bəyan edib. Bu baxımdan, İcmanın Ermənistan hökumətinə rəsmi şəkildə müraciət edərək dialoq təklif etməsi xüsusilə qeyd edilməlidir. Ermənistan hökuməti tərəfindən etnik təmizləmə, ayrı-seçkilik, mülkiyyət və digər hüquqlarının pozulmasına məruz qalmış Qərbi azərbaycanlıların ilk addımı ataraq dialoqa təşəbbüs etməsi onların barışıq və sülh yolunu tutduğunu göstərir. Ermənistan hökumətinin İcmanın dialoq təklifini cavabsız qoyması isə təəssüf doğurur.
Rəsmi İrəvan beynəlxalq ictimaiyyəti də aldatmaq istəyir
“Apardığı silahlanma siyasətini suveren seçim kimi izah etməyə çalışan N.Paşinyana xatırlatmaq istərdik ki, revanşist və radikal ideologiyanın dərin kök saldığı Ermənistan hərbi güclə məsuliyyətlə davranmağı bacarmır. Bu və Ermənistanın aqressiv keçmişi nəzərə alınmaqla onun sərbəst şəkildə silahlanmasına yol vermək olmaz. N.Paşinyanın Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddiasını aradan qaldırmaqdan imtina etməsi, hələ bu azmış kimi guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının yer almasını bildirməsi onun sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir”,-deyə bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən qayıdış hüququna hörmət etməyi, silahlanma siyasətinə dərhal son verməyi və ərazi iddiasını əsas sənədlərindən çıxarmağı tələb edib.
Lakin Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu inkar etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının dialoq təklifinə qarşı çıxması qəbulolunmazdır. Ermənistan bu İcmanın fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışması beynəlxalq ictimaiyyəti də aldatmaq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

