17 beynəlxalq konfrans...
17.12.2024 [09:06]
Bakı Təşəbbüs Qrupu hesabat açıqlayıb
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə və xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı çoxlu sayda beynəlxalq konfrans təşkil edib.
Qrup tərəfindən 7-dən çox hesabat hazırlanıb
Yeri gəlmişkən, Dekolonizasiya Günü münasibətilə geniş hesabatın təqdimatı zamanı Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, bu il təşkilat tərəfindən 17 beynəlxalq konfrans keçirilib. Bu konfransların əksəriyyəti BMT-nin mənzil qərargahında reallaşdırılıb. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu tərəfindən 7-dən çox hesabat hazırlanıb və beynəlxalq təşkilatlara təqdim olunub. Həmçinin, Bakı Təşəbbüs Qrupu 2024-cü ildə 5 memorandum imzalayıb. BTQ beyin mərkəzi kimi xarici tədqiqatçılarla sıx əməkdaşlıq edir, dekolonizasiya sahəsində tanınmış araşdırmaçılarla birgə işlər görür.
A.Abbasov diqqətə çatdırıb ki, bu xüsusda, xarici tədqiqatçılar tərəfindən iki sanballı hesabat hazırlanıb: “Tədqiqatın məqsədlərindən biri materik Fransanın dənizaşırı əraziləri ilə eyni idarəçiliyə və qanunvericiliyə baxmayaraq kəskin fərqləndiyini, bu xüsusda Fransa hökumətinin məqsədyönlü diskriminasiya siyasəti yürütdüyünü oxuculara göstərməkdir. Gəlir səviyyələri, iqtisadi struktur, xarici borc, idxal və ixrac, enerji istehsalı və infrastruktur kimi əsas iqtisadi göstəricilərə diqqət yetirməklə bu araşdırma hər bir regionun üzləşdiyi fərqli çətinlikləri və imkanları təqdim edir”.
BTQ-nin sıx əməkdaşlıq etdiyi regionların sayı 18-ə çatıb
İcraçı direktor gələn il keçiriləcək tədbirlərin formatında dəyişiklik olacağını, alternativ addımlar barədə də düşünüldüyünü söyləyib. Hazırda Qrupun sıx əməkdaşlıq etdiyi regionların sayının 18-ə çatdığını bildirən A.Abbasov bunun da müsbət və mənfi yönlərinin mövcud olduğunu deyib. Gələn il Bakı Təşəbbüs Qrupunun coğrafi mövqeyini genişləndirmək planlarından danışan A.Abbasov vurğulayıb ki, BTQ 2025-ci ildən Reünyon ilə əməkdaşlığa başlaya bilər.
Fransanın müstəmləkəçi siyasəti pislənilir
“İqtisadi bərabərsizliklər və inkişafa dair çağırışlar: Fransanın bəzi dənizaşırı əraziləri ilə ABŞ-ın asılı ərazilərinin müqayisəli təhlili”ndə də materik Fransa ilə onun dənizaşırı əraziləri, faktiki müstəmləkələri olan Yeni Kaledoniya və Fransız Polineziyası arasındakı iqtisadi, eləcə də əhalinin sosial vəziyyəti və həyat şəraiti, gəlirləri, logistik imkanları və sair fərqlərin müqayisələri aparılıb”. Bu fikirləri isə hesabatın təqdimatı zamanı Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev söyləyib. O bildirib ki, Fransa iqtisadiyyatı istehsal, xidmət və texnologiya kimi sənayelərin əhəmiyyətli töhfələri ilə yüksək şaxələnib. Bunun əksinə olaraq, Yeni Kaledoniya və Fransız Polineziyasının iqtisadiyyatı materik Fransa ilə müqayisədə məhdud diversifikasiyalı turizm, mədənçıxarma və kənd təsərrüfatı kimi xüsusi sektorlardan yüksək asılılıqla xarakterizə olunur. Bundan əlavə, Fransada adambaşına düşən ümumi daxili məhsul nisbətən çox olsa da, onun xaricdəki əraziləri daha yüksək işsizlik səviyyəsi, adambaşına düşən gəlirin aşağı olması kimi problemlərlə üzləşir.
“Tədqiqat, həmçinin Fransanın dənizaşırı ərazilərinin enerji istehsalı imkanlarını araşdırır. Bildirilir ki, xüsusilə Yeni Kaledoniya mədən sənayesindən, Fransız Polineziyası isə turizm və enerji idxalından asılıdır”, - deyə şöbə müdiri qeyd edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58

