Dekabrın 10-dan 30-dək...
07.12.2024 [11:35]
Bələdiyyə seçkilərində mühüm mərhələ
Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanda son illərdə bələdiyyələr icra mexanizminin mühüm bir qoluna çevrilməkdədir. Funksional icra mexanizmi kimi yerli özünüidarəetmə orqanlarının rolunun artması isə ilk növbədə dövlətin bələdiyyələrə göstərdiyi davamlı qayğı, məqsədyönlü şəkildə aparılan islahatlar, səmərəli fəaliyyəti hədəfləyən hüquqi bazanın möhkəmləndirilməsi sayəsində mümkün olur.
Hazırda ölkəmiz sayca altıncı bələdiyyə seçkiləri ərəfəsindədir. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, yerli özünüidarəetmə orqanlarına növbəti seçkilər gələn il yanvarın 29-da keçiriləcək. Bu, müstəqillik tariximizdə respublikanın bütün ərazisində keçiriləcək ilk bələdiyyə seçkiləri olacaq. MSK-nın sədri Məzahir Pənahovun verdiyi məlumata əsasən Azərbaycanda 685 bələdiyyə üzrə ümumilikdə, 8071 üzv seçiləcək.
Namizədlərin qeydə alınması üçün...
Respublikamızda növbəti bələdiyyə seçkilərinin də rəqabət şəraitində və şəffaf şəkildə baş tutması üçün ciddi hazırlıqlar görülür. Məlum olduğu kimi, MSK tərəfindən “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” təsdiqlənib. Qarşıdan gələn seçkilərlə bağlı bütün fəaliyyətlər bəhs oluan sənədə uyğun qaydada həyata keçirilir. İndiyədək MSK-nın bir neçə iclasında seçkilərlə bağlı aktual müzakirələr aparılıb və mühüm qərarlar qəbul olunub.
“Təqvim planı”na uyğun olaraq gələn həftədən etibarən seçki prosesində mühüm mərhələ başlayır. Söhbət bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə start verilməsindən gedir. Bununla bağlı müvafiq müddəa bəhs olunan sənəddə öz əksini tapıb.
“Təqvim planı”nda qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-ya təqdim edə bilər.
Seçki Məcəlləsinə əsasən, seçki sənədləri səsvermə gününə ən çoxu 50, ən azı 30 gün qalmış saat 18:00-dək təqdim edilməlidir. “Təqvim planı”nda bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək nəzərdə tutulub.
Bələdiyyə sədrləri necə seçiləcəklər?
Azərbaycanda bələdiyyələrin yeni tərkibinin ilk iclasının keçirilməsi və sədrinin seçilməsi ilə bağlı qaydalar da təsdiqlənib. Bu, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilən dəyişikliyə əsasən mümkün olub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev müvafiq dəyişikliyin əks olunduğu Qanunu imzalayıb
Dəyişikliyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyə seçkilərinin yekunları elan edildikdən sonra beş iş günü müddətində keçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədri seçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasa sədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elan edəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədək aparacaq.
Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasında bələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyi təsdiq ediləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19

