III Avropa Konfransının iştirakçıları Qarabağdakı mina problemi barədə məlumatlandırılıb
06.12.2024 [17:44]
Dekabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, çıxış zamanı nazir Azərbaycanın COP29-a sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.
Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Onlarla təşəbbüs və əhəmiyyətli tədbirlərlə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.
İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğunu diqqətə çatdırıb.
Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti bildirilib.
Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.
C.Bayramov, həmçinin ölkəmizin bərpaolunan enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib. Yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında, Avropa İttifaqı ilə, habelə Gürcüstan, Rumıniya, Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar və layihələrin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüslərin, Xəzər və Qara dəniz hövzələrini birləşdirəcək yaşıl enerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.
Orta Dəhlizin inkişafından, Azərbaycan vasitəsilə keçən əmtəələrin həcminin artımından danışan nazir nəqliyyat və kommunikasiyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeyd edib.
Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparılmış müzakirələr, təşkilat çərçivəsində mövcud problemlər və perspektivlərdən söhbət açıb.
C.Bayramov, o cümlədən tədbir iştirakçılarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Sülh müqaviləsinin layihəsi, həmçinin delimitasiya prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin sülh gündəliyinə hədə törətdiyi bildirilib.
Sonra nazir tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

