Bakıdan Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edilib
06.12.2024 [12:03]
Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransının açılışı olub.
AZƏRTAC xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Konfransın açılışında çıxış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib.
“Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır”, - deyən Sen Martin parlamentinin üzvü bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.
Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, kolonializmin Sen Martin adasındakı təsirləri kimlik itkisindən və assimilyasiyadan çox uzağa gedib. O bildirib ki, adanın xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır.
"Sen Martinin xalqı birdir, baxmayaraq ki, kolonializm onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir", - deyə deputat diqqətə çatdırıb.
Sonra “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell “Sen Martində ikili müstəmləkəçilik irsi” mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, Qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdıraraq vurğulayıb: “İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib”.
Abbas Abbasov, həmçinin Bakı Təşəbbüs Qrupunun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.
Konfransda, eyni zamanda, Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58

