/ / Hökumətin fəaliyyətini qiymətləndirərkən əsaslı inkişaf meyilləri və bu meyillərin nəticələri dəyərləndirilməlidir
Hökumətin fəaliyyətini qiymətləndirərkən əsaslı inkişaf meyilləri və bu meyillərin nəticələri dəyərləndirilməlidir
16.03.2013 [11:03]
Əli Əhmədov: Azərbaycan hökumətinin illik hesabatında bütövlükdə ölkəmizdə son illər müşahidə olunan inkişaf tendensiyasının davam etdiyinin şahidi oluruq
“Hökumətin fəaliyyətini qiymətləndirərkən əsaslı inkişaf meyilləri və bu meyillərin nəticələri dəyərləndirilməlidir. Bu baxımdan, Azərbaycan hökumətinin illik hesabatında bütövlükdə ölkəmizdə son illər müşahidə olunan inkişaf tendensiyasının 2012-ci ildə də davam etdiyinin şahidi oluruq. Bu inkişafın göstəriciləri o qədər əhəmiyyətli və genişdir ki, onları görməmək mümkün deyil”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov parlamentin dünən keçirilən iclasında çıxışı zamanı deyib.
Əli Əhmədov, müxalifət nümayəndələrinin ölkəmizdə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı sahəsində ciddi problemlərin olması ilə bağlı iddialarının əsassız olduğunu bildirib. Onun sözlərinə görə, son illər əldə olunan nailiyyətlərdən biri də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə olunan nəticələrdir. Belə ki, indi Azərbaycan əhalinin ərzağa olan tələbatının əhəmiyyətli bir hissəsini öz daxili istehsalı hesabına ödəyir. Amma bir neçə il əvvəl vəziyyət tamamilə fərqli idi. Bu istiqamətdə olan kiçik problemlərin yaxın zamanlarda həll olunacağına inanırıq.
Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycan vətəndaşlarının tələbatları sistemində ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, əgər biz 10-15 il bundan əvvələ nəzər salsaq, insanların aldığı əməkhaqlarının 80-85 faizinin ən zəruri tələbatların ödənilməsinə xərcləndiyini müşahidə edirdik. İndi isə burada ciddi srtuktur dəyişikliyi baş verib. İnsanların tələbatları sistemi zənginləşib və aldıqları əməkhaqlarının çox hissəsini ərzağa sərf etmək məcburiyyətində qalmırlar. Millət vəkilinin fikrincə, bu, Azərbaycanda iqtisadi inkişaf nəticəsində insanlarımızın həyatında baş verən dəyişikliklərin əhəmiyyətli bir hissəsidir.
“Əhəmiyyətli nailiyyətlərdən biri də, əhalinin real pul gəlirlərinin artım tempinin kifayət qədər yüksək olmasıdır. Bu da ondan xəbər verir ki, yaradılan azad iqtisadi mühit Azərbaycan vətəndaşlarının bütövlükdə həyat səviyyəsini, onların gəlirlərini də artırır. Tələbatlar sisteminin artması fəaliyyətin zəifliyinin yox, əksinə, fəaliyyətin kifayət qədər yüksək nəticələrinin ifadəsidir. Əgər 15 il əvvəl insanlar yalnız çörək istəyirdisə, bu gün isə təkcə çörək yox, gözəl evlər, maşınlar, istirahət istəyir və s. Əgər inkişaf olmasaydı, insanların bu tələbatlar sistemi də formalaşmazdı” - deyən YAP Sədrinin müavini hesab edir ki, nailiyyətlərlə yanaşı görüləcək işlər də var.
Pul gəlirlərinin artmasının təbəqələşmə də yaratdığını deyən Əli Əhmədov bildirib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının geriyə qalması fərqi artırır. Onun fikrincə, müəllimlər, həkimlər, elmi işçilər, kiçik məmurların əməkhaqlarının, eləcə də, pensiyaların artırılması hökumətin qarşısında duran başlıca vəzifələrdən biri olmalıdır.
Əli Əhmədov əhalinin aztəminatlı hissəsinin mənzil təminatı haqqında da təkliflər verib. “Hökumət ilkin olaraq ucuz mənzillərin tikintisini stimullaşdırmalıdır. Digər tərəfdən isə, uzunmüddətli kreditlər verilməsi yolu ilə aztəminatlı ailələrin mənzil problemini yaxşılaşdırmaq mümkündür. Eyni zamanda, uşaq evlərində tərbiyə alanların sonrakı taleyi ilə də ciddi şəkildə məşğul olmaq lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə bu yöndə ciddi işlər görmək olar. Yataqxanalar tikmək olar ki, valideyn himayəsindən məhrum olanların uşaq evlərini tərk etdikdən sonra yaşayış yerləri olsun. Eləcə də, onları işlə təmin etmək üçün də müəssisələr açmaq mümkündür. Yəni bu insanları taleyin ümidinə buraxmaq olmaz. Həmçinin, hesab edirəm ki, regionlar sürətlə inkişaf etdiyi bir şəraitdə regionların idarə olunmasının da daha yüksək səviyyəyə qaldırılması imkanları yaranıb. Bölgələrin dotasiyalar vasitəsilə idarə olunmasından imtina etmək lazımdır. Doğrudur, bu, indiki halda müəyyən problem yarada bilər. Amma yerli icra hakimiyyəti strukturlarının fəaliyyətinin daha ədalətli və səmərəli şəkildə qiymətləndirilməsi baxımdan əhəmiyyət kəsb edə bilər” - deyən, YAP Sədrinin müavini bütövlükdə, Azərbaycan Hökumətinin 2012-ci il ərzindəki fəaliyyətini müsbət qiymətləndirib.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

