Müluzlular Azərbaycanı kəşf edir
07.02.2013 [01:11]
Azərbaycanı tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinə əsasən Fransanın Alzas regionunun Müluz şəhərində keçirilən Azərbaycan günləri böyük əks-səda doğurub. Keçirilən tədbirlər “Alzasın son xəbərləri”, “Alzas” və digər yerli mətbu orqanlarda geniş işıqlandırılıb.
Alzas bölgəsində gündəlik nəşr olunan “Alzasın son xəbərləri” qəzetində dərc olunan “Müluzlular Azərbaycanı kəşf edir” sərlövhəli məqalədə qədim tarixə, zəngin mədəniyyətə, geniş turizm imkanlarına malik olan Azərbaycan ilə ilk tanışlığa Müluz şəhərindən başlanması diqqətə çatdırılıb. Şəhərdə Azərbaycan mədəni dəyərlərindən ibarət sərginin açılmasından, incəsənət ustalarımızın konserti sayəsində müluzluların ölkəmizi kəşf etmələrindən, respublikamız barədə ətraflı məlumat əldə etmələrindən söhbət açılıb.
Qəzetin “Azərbaycan mənim məhəbbətim” sərlövhəli məqaləsində Müluzda təşkil olunan sərgidə Azərbaycanın müxtəlif adda şərablarından, musiqi alətlərindən, xalçalarından, misgərlik və dulusçuluq sənəti nümunələrindən ibarət guşənin şəhər sakinləri arasında böyük maraq doğurduğu xüsusi vurğulanıb.
Məqalədə beynəlxalq sərginin təşkil edildiyi “Park-ekspo” sərgi salonunun prezidenti Filipp Metronun Azərbaycan şərabları ilə bağlı səsləndirdiyi fikirlərinə yer verilib. O, şərabçılıq sahəsində Azərbaycanın da Alzas kimi uzun yol keçdiyini, ölkəmizdə istehsal olunan şərabların keyfiyyətinə görə diqqəti cəlb etdiyini bildirib.
Məqalədə, eyni zamanda, Alzas regionunun və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokelin Müluzun Sin teatrının binasında təşkil olunan konsertin fransızlarda böyük maraq doğurduğuna, Azərbaycanın təbii sərvətlərlə zəngin bir ölkə olduğuna dair söylədiyi fikirlərdən də bəhs olunub. Senator Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, daha çox fransız müəssisələrinin ölkəmizlə əməkdaşlıq qurmaqda maraqlı olacağına ümid etdiyini bildirib.
“Alzas” qəzetində dərc olunmuş məqalədə Müluzda təşkil edilmiş sərgidə Azərbaycan şərablarının böyük maraq doğurduğu, ölkəmizdə də şərab festivalının keçirildiyi diqqətə çatdırılıb.
“Alzasın son xəbərləri” qəzetinin başqa bir nömrəsində dərc olunmuş “Müluzlular Azərbaycanı kəşf edir” adlı məqalədə Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyəti ilə müluzluların ilk dəfə tanış olmalarından bəhs edilib. Müluz şəhərinin sakinlərinin Şərq ilə Qərbin qovuşuğunda yerləşən, Cənubi Qafqazın əsas söz sahibi olan və on milyona yaxın əhalinin yaşadığı Azərbaycan kimi sürətlə inkişaf edən, gözəl təbiətə malik bir ölkə ilə tanışlıqda bəxtlərinin gətirdiyi qeyd edilib.
Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin Fransada keçirilməsi ilə iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının bayram edildiyi diqqətə çatdırılıb.
Azərbaycan günlərinin Müluzda keçirilməsinin heç də təsadüfü olmadığı bildirilən yazıda Alzas və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokelin və onun beş senator həmkarının Azərbaycan-Fransa diplomatik əlaqələrini daha da inkişaf etdirmək üçün keçən il Bakıya səfər etdiyi xatırlanıb. Məqalədə, həmçinin senatorun “Azərbaycan sürətli inkişaf yolundadır. İnkişaf isə özlüyündə demokratiyadan xəbər verir. Azərbaycanda yalnız folklor deyil, bütün mədəni sahələrdə yüksək inkişaf tempi mövcuddur” fikirləri xüsusi vurğulanıb.
Müluzda açılan beynəlxalq sərgidə Azərbaycan guşəsi ilə tanış olan Fransa turizm şirkətinin rəsmisi Jan-Pyer Valterin ölkəmiz barədə söylədikləri fikirlər də məqalədə yer alıb. J.P.Valter deyib: “Avropa ilə Asiya arasında qapı rolunu oynayan Azərbaycan mədəniyyətini mütləq kəşf etmək lazımdır. Çünki qədim tarixə malik bu ölkə zəngin mədəniyyətə və geniş turizm imkanlarına malikdir. Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irisinin şedevr əsərlər siyahısına daxil olunmuşdur”.
Məqalədə Azərbaycan və fransız xalqlarının bir-birilərini yaxından tanımalarında belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

