/ / Əli Həsənov: AŞPA-dakı iflasdan sonra Ştrasser ya Azərbaycan xalqından üzr istəməli, ya da ki, siyasətdən getməlidir...
Əli Həsənov: AŞPA-dakı iflasdan sonra Ştrasser ya Azərbaycan xalqından üzr istəməli, ya da ki, siyasətdən getməlidir...
26.01.2013 [14:23]
AŞPA-dakı iflasdan sonra Kristofer Ştrasser ya Azərbaycan xalqından üzr istəməli, ya da ki, böyük Avropa siyasətindən çəkilməlidir. Bu fikri Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.
Əli Həsənovun sözlərinə görə, həddən artıq emosional insan və subyektiv mülahizəli siyasətçi təəssüratı yaradan almaniyalı deputat K.Ştrasser bir ildən çoxdur ki, alman seçicilərini, bəzi AŞPA üzvlərini və hakimiyyət ehtiraslarının reallaşdırılması istiqamətində ona böyük ümidlər bəsləyən bir çox Azərbaycan müxalifətçilərini aldadaraq antiazərbaycan ovqatına kökləmiş və sonda da məyus etmişdir.
“Artıq sirr deyil ki, Ştrasser konkret sifarişli missiya həyata keçirmişdir və onun Azərbaycana qarşı hücumlarının arxasında Almaniyanın müəyyən siyasi dairələri, bu ölkənin İnsan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq və “Amnesty İnternational” təşkilatı durmuşdur. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan ictimaiyyəti dəfələrlə onların Azərbaycana qarşı vahid mərkəzdən istiqamətləndirilən eyni məzmunlu bəyanatları və açıqlamalarının şahidi oldu. Buna görə də, AŞPA-nın sağlam düşüncəli əksər deputatları onun və həmin antiazərbaycan dairələrin hazırladığı, heç bir real əsası olmayan, sifarişli və qondarma qətnaməyə yox deməklə həm cənab Ştrasserə və onun havadarlarına ciddi siyasi dərs verdi və onlara layiq olduqları yeri göstərdi, həm də bu çılğın deputatın çiyinlərindən məsuliyyətsiz və ağır yükü götürdü. Qoy bir də nə Ştrasser, nə də onun kimi düşünən digər subyektiv mülahizəli AŞPA üzvləri öz şəxsi mülahizələrindən çıxış edərək ayrı-ayrı dövlətlərə və xalqlara əsassız böhtan atmasınlar, milyonlarla seçicisi olan parlament üzvlərini aldatmasınlar. Belə hallar onların siyasətçi karyerasının sonu ola bilər”, - PA rəsmisi deyib.
Əli Həsənov onu da qeyd edib ki, bu məğlubiyyət təkcə cənab K.Ştrasserin məğlubiyyəti deyil, həm də ona Avropada, Almaniyada və bizim ölkəmizdə dəstək verən, mövcud reallıqları öz maraqlarına uyğun təhrif edərək AŞPA-da və digər beynəlxalq qurumlarda Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizə təzyiq göstərmək istəyən bəzi antiazərbaycan ünsürlərin, yerli və xarici qondarma hüquq-müdafiə təşkilatlarının və hüquq müdafiəçilərinin, habelə digər “qrantyeyənlərin” acı məğlubiyyətidir.
“Təsadüfi deyil ki, “Amnesty İnternational”, “Human Rights Watch”, “Article XlX” və onun koordinatoru olduğu “Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu” adlı qondarma qurum və digər xarici hüquq-müdafiə təşkilatları AŞPA-da müzakirələr ərəfəsində və plenar iclasın gedişində Almaniya və Ermənistan nümayəndə heyətləri ilə paralel şəkildə Azərbaycana qarşı ciddi təbliğat aparmış, deputatlara təzyiq göstərərək, onları Ştrasserin hesabatına səs verməyə məcbur etmək istəmişlər. “Human Rights Watch” təşkilatının son qərəzli, qeyri-obyektiv bəyanatı da antiazərbaycan dairələrin bu uğursuzluğunu ört-basdır etmək, onun məsuliyyətini AŞPA-dakı sağlam düşüncəli deputatların və Azərbaycanın beynəlxalq tərəfdaşlarının üzərinə atmaq istəyindən irəli gəlir”, - deyə PA rəsmisi vurğulayıb.
Əli Həsənov bildirib ki, həmin təşkilatın nümayəndələrinin faktlarla manipulyasiya etmək cəhdlərini və bundan irəli gələn subyektiv mülahizələrini heç bir halda ciddi qəbul etmək olmaz.
“Onların məntiqinə görə, K.Ştrasserin hesabatının şübhəli mənbələrinin qərəzli iddiaları AŞPA kimi mötəbər qurumun əksər deputatlarının rəyindən daha etibarlıdır. “Human Rights Watch” təşkilatının nümayəndələrinə tövsiyə edərdim ki, həmməruzəçilər Pedro Aqramund və Cozef Debono Qrexin hesabatı ilə daha yaxından tanış olsunlar. Bu balanslı sənəddə əksini tapmış nöqsanlar və mübahisəli məsələlərlə yanaşı, Azərbaycanda qanunvericilik bazasının, məhkəmə sisteminin və digər sahələrin təkmilləşdirilməsində, korrupsiyaya qarşı mübarizədə əldə olunmuş uğurlar xüsusilə qeyd edilmişdir. Onlara bir daha xatırlatmaq istərdim ki, ümumdünya siyasi, iqtisadi, humanitar proseslərin fəal iştirakçısına çevrilmiş və tam müstəqil siyasət yeridən Azərbaycan Respublikası beynəlxalq əməkdaşlıq məsələlərində, o cümlədən nüfuzlu beynəlxalq qurumlarla münasibətlərində Azərbaycan dövlətinin və xalqının maraqlarını rəhbər tutur. Beynəlxalq təşkilatların, müxtəlif xarici qurumların təklif və təşəbbüsləri də məhz Azərbaycan xalqının maraqları prizmasından qiymətləndirilir. Azərbaycan iqtidarı heç vaxt xalqın iradəsinin əleyhinə addım atmamış və bundan sonra da atmayacaq. Buna görə də müxtəlif maraqlı xarici dairələrin Azərbaycana təzyiq göstərmək cəhdləri birmənalı şəkildə nəticəsiz qalacaq”, - deyə Əli Həsənov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

