Beyin Mərkəzləri Platformasının və onun internet portalının təqdimatı olub
21.10.2024 [15:15]
Oktyabrın 21-də Beyin Mərkəzləri Platformasının və onun internet portalının (think-tanks.az) təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beyin Mərkəzləri Platforması Azərbaycanda siyasi, iqtisadi, daxili, ekoloji və digər əhəmiyyətli istiqamətlər üzrə ixtisaslaşan beyin mərkəzlərinin şəbəkəsidir. Platformanın yaradılmasında əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması, dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiya və əməkdaşlığın qurulması, həmçinin beyin mərkəzlərinin fəaliyyətləri barədə ictimaiyyətdə məlumatlılığın artırılmasıdır.
Çıxışlardan əvvəl Beyin Mərkəzləri Platformasının internet portalı barədə geniş təqdimat dinlənilib.
Sonra çıxış edən Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov dövlətimizin başçısı İlham Əliyevin ölkəmizdə elmi-analitik institutların fəaliyyətinə xüsusi diqqət və qayğısından danışıb. O bildirib ki, Azərbaycan Prezidenti tədqiqatların yalnız dövlət institutları tərəfindən yox, həm də vətəndaş cəmiyyəti daxilində inkişaf etdirilməsi üçün milli donor institutlarının yaradılması haqqında qərar qəbul edib. F.Axundov qeyd edib ki, hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə 400-dən çox layihə maliyyələşdirilir. Müasir qlobal çağırışlar, eləcə də süni intellekt və rəqəmsallaşma fonunda beyin mərkəzlərinin üzərinə böyük iş düşdüyünü deyən sektor müdiri əmin olduğunu bildirib ki, Beyin Mərkəzləri Platforması Azərbaycanın dünyaya çıxışını və dünyada Azərbaycan barədə məlumatlılığın artırılmasında mühüm rol oynayacaq, birgə layihələrin inkişafına, yeni tərəfdaşlıqların qurulmasına və müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparılmasına töhfə verəcək.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev platformanın 7 təsisçidən ibarət olduğuna, hazırda 27 beyin mərkəzinin burda təmsil edildiyinə və fəaliyyətin konsensus əsasında qurulduğuna diqqət çəkib. Beyin mərkəzlərinin yaranma tarixinə toxunan BMTM sədri Mərkəzin fəaliyyətinin əsasən aktual, praktiki məsələlərə yönəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi bitsə də, təhdidlər hələ bitməyib, əksinə genişlənərək daha mürəkkəb xarakter alıb.
Dəyişən dünyada beyin mərkəzlərinin artan əhəmiyyətinə toxunan Azərbaycan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov bu məsələdə dövlət strukturlarının da üzərinə mühüm iş düşdüyünü, lakin işin analitik bazasının hazırlanmasının da eyni dərəcədə vacib olduğunu qeyd edib. E.Namazov platforma çərçivəsində illik toplantıların keçirilməsinin, birgə elmi nəşrlərin hazırlanmasının effektivliyin artırılmasına töhfə verəcəyini bildirib.
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc beyin mərkəzlərinin vahid platformasının yaradılmasının ölkəmizin qlobal risklərdən qaynaqlanan çağırışlara hazırlığındakı əhəmiyyətinə toxunub. Ermənistan və onun havadarlarının dezinformasiya siyasətindən danışan Z.Oruc erməni diasporunun beyin mərkəzlərinə sızaraq anti-Azərbaycan təbliğatı apardığını və bu səbəbdən beyin mərkəzlərinin rəqabətədavamlılığının artırılmasının zəruriliyinə diqqət çəkib. Deputat, həmçinin Türk Dövlətləri Təşkilatı daxilində beyin mərkəzləri alyansının yaradılmasının vacibliyinə toxunub.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun (İDD) direktoru Fariz İsmayılzadə ADA və BMTM-in birgə təşkilatçılığı ilə artıq 6 dəfə beynəlxalq beyin mərkəzləri forumunun təşkil edildiyini, 3 saatdan çox davam edən məhsuldar görüşlərin əhəmiyyətinə toxunub. Qərarqəbuletmə prosesində və xarici siyasətlə bağlı mesajların təşviqində beyin mərkəzlərinin rolunun artırılmasından danışan F.İsmayılzadə bu istiqamətdə beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlığın vacib yer tutduğuna diqqət çəkib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal trendlər fonunda platformanı vaxtında atılmış addım kimi qiymətləndirib. Dövlətlər və cəmiyyətlərin inkişafında kollaborativ institutların əhəmiyyətinə toxunan V.Qasımlı bəzi böhran vəziyyətlərində beyin mərkəzlərinin həlledici roluna diqqət çəkib. O, ABŞ, Avropa İttifaqı və Çinin inkişaf strategiyalarının hazırlanmasında beyin mərkəzlərinin rolundan bəhs edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beyin mərkəzlərinin sayının artırılmasının zəruriliyindən danışıb. O, beyin mərkəzləri və ictimaiyyət arasında əlaqələrin intensivləşdirilməsinin, xüsusən də bölgələrdə bu işin təşviqi istiqamətində konkret addımlar atılmasının vacibliyinə toxunub. R.Həsənov, həmçinin media ilə beyin mərkəzlərinin münasibətlərinin koordinasiyalı formada aparılmasının zəruri olduğunu bildirib.
Son 3-4 ildə qlobal səviyyədə Cənubi Qafqaz regionunun tədqiqatına xüsusi diqqət ayrıldığını deyən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov ölkəmizin özünün bu tədqiqatlara təşkilatçılıq etməsinin əhəmiyyətinə toxunub. O, həmçinin Beyin Mərkəzləri Platformasının ümumi koordinasiyada effektivliyinin artırılmasından bəhs edib.
Çıxışlardan sonra beyin mərkəzlərinin cəmiyyətdə rolu, xarici beyin mərkəzləri ilə əməkdaşlıq barədə, həmçinin siyasi və iqtisadi mövzularla bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16

