Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Joao Suareş Dağlıq Qarabağ münaqişəsini daim diqqətdə saxlayıb

Bahar Muradova: Joao Suareş Dağlıq Qarabağ münaqişəsini daim diqqətdə saxlayıb

18.01.2013 [01:48]

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Joao Suareş bu il fevralın 18-19-da regiona səfər edəcək. Bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
B.Muradova qeyd edib ki, bu səfər təşkilatın qış sessiyasından əvvəl baş tutacaq. Onun sözlərinə görə, ATƏT PA-nın qış sessiyası fevralın 21-22-də Vyana şəhərində keçiriləcək.
Nümayəndə heyətinin rəhbəri deyib ki, xüsusi nümayəndə Cənubi Qafqazın hər üç dövlətinə də səfər edəcək və bu səfər Azərbaycandan başlayacaq.
“J.Suareş ATƏT PA-nın prezidenti olduğu zaman Dağlıq Qarabağ münaqişəsini daim diqqət mərkəzində saxlayıb. Məhz onun səyləri nəticəsində münaqişə ilə bağlı ATƏT PA-nın 2011-ci ilin oktyabrında Xorvatiyada keçirilən sessiyasında müzakirələr təşkil edildi. Biz səfər zamanı onun “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi ilə də görüşünü təşkil etməyə çalışacağıq” - deyə, vitse-spiker vurğulayıb.

Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31