“YENİ DAŞKƏSƏN” LAYİHƏSİ ARTIQ ÖZ HƏLLİNİ TAPDI
12.01.2013 [18:12]
Əhəd Abıyev: Möhtərəm Prezidentimizin hər bir regiona olduğu kimi, Daşkəsən rayonuna da böyük diqqət və qayğısı var
Daşkəsən rayonunda ötən il ərzində görülmüş işlərə və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Toplantıda rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev geniş nitq söyləyib, rayonda ilin yekunu ilə bağlı və “Yeni Daşkəsən” layihəsinin təqdimatı ilə əlaqədar qarşıda duran vəzifələrə dair hərtərəfli məlumat verib. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Daşkəsən rayonuna ayırdığı vəsaitlə bağlı rayon İcra Hakimiyyətində “Yeni Daşkəsən” layihəsinin həyata keçirilməsi ilə əlaqədar geniş müzakirə aparılıb, layihənin icrası üçün verilən qərara, Prezident İlham Əliyevin bu rayona diqqət və qayğısına görə bütün daşkəsənlilər ölkə rəhbərinə dərin minnətdarlıq və təşəkkürlərini bildirməklə böyük ehtiram və inamlarını ifadə ediblər.
İcra başçısı qeyd edib ki, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etməkdədir: “Hər ili böyük nailiyyətlər və qələbələr ili kimi yekunlaşdırırıq. Bu uğurların arxasında mütərəqqi baxışların daşıyıcısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici və daxili siyasəti dayanmışdır. Onun zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açmış, bu gün ölkəmiz regionun lider statusunu qazanmış və dünya dövlətləri arasında layiqli yer tutmuşdur. Hər bir ölkə vətəndaşı görür ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev cənablarını fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti, təvazökarlığı, müdrik siyasi davranışı ətrafda olanlar üçün bir örnəkdir, bir məktəbdir”.
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının bütün sahələrini əhatə edən geniş, çoxsaylı, irimiqyaslı tədbirlərin - tikinti, abadlıq, quruculuq işlərinin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü deyən İcra başçısı bildirib ki, artıq bu gün Daşkəsən rayonu inkişaf dövrünü yaşayır, böyük tikinti, quruculuq və abadlıq işlərinə başlanılıb: “Məhz möhtərəm Prezidentimizin ali diqqəti və nəzarəti sayəsində ötən bir ildə rayonumuzda xeyli iş görülmüş, “Yeni Daşkəsən” layihəsinin uğurla icrasına başlanılmışdır. Daşkəsən şəhərinin, kənd və qəsəbələrinin ümumi görkəmi xeyli gözəlləşmişdir. Məqsəd budur ki, rayonlar şəhərlərə, kəndlər rayonlara çevrilsin. Bölgələrdə əmin-amanlıq, inkişaf, tərəqqi davam etsin”.
Sonra Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qeyd edib ki, rayonda ötən bir il ərzində 15 ünvanda tikinti işləri aparılıb: “Həmin tikintilərin bir neçəsi artıq istifadəyə verilmişdir. Digərlərində isə inşa işləri davam etdirilməkdədir. Cari ildə bizi daha böyük, daha məsuliyyətli işlər gözləyir. Hər bir daşkəsənli bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə 3000 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayırdığı vəsaitə görə dərin minnətdarlıqlarını bildirir. Möhtərəm Prezidentimizin hər bir regiona olduğu kimi Daşkəsən rayonuna da böyük diqqət və qayğısı vardır. İndi 31 km uzunluğunda olan Xoşbulaq-Astaf, 25 km məsafədə olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı təmiri gündəmdədir. Yaxın aylarda həmin işin icrasına başlanacaqdır. Onu da bildirmək istəyirəm ki, bu il rayonun 26 yaşayış məntəqəsində ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyəti Aparatı üçün də yeni inzibati binanın inşasına başlanacaq. Daşkəsən şəhərinin bütün küçələrində asfaltsalma və işıqlandırma işləri başa çatdırılacaq. Şəhərin daxilində istinad divarlarının yenidən bərpası, yaşayış binalarının dam örtüklərinin dəmir lövhələrlə dəyişdirilməsi də nəzərdə tutulmuşdur. Daşkəsən şəhərini və iki qəsəbəni fasiləsiz, ekoloji cəhətdən təmiz içməli su ilə təmin edəcək yeni su xəttinin çəkilməsinə yaxın aylarda başlanılacaq”.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

