Radikal müxalifət bu il keçiriləcək prezident seçkilərində də məğlubiyyətə məhkumdur
08.01.2013 [11:36]
Əli Əhmədov: Hər bir ölkənin vətəndaşı ölkəsinə ləyaqətlə xidmət edən insanın rəhbərlik etməsini istəyir və belə bir rəhbər isə Azərbaycanda var
Bu bir həqiqətdir ki, uğurlu və sürətli inkişafın müasir modelini dünyaya təqdim edən Azərbaycan dövləti qısa bir zamanda yerləşdiyi regionun aparıcı siyasi aktoruna çevrilib. Təbii ki, bunun mərkəzində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, həmçinin, Prezident İham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasi kursun birmənalı şəkildə xalqın və dövlətin mənafeyinə xitdmət göstərməsi dayanır. Məhz, bu səbəbdən Azərbaycan xalqı keçirilən bütün seçkilərdə bu siyasi kursa inandığını, etimad etdiyini təsdiqləyib.
Onu da qeyd edək ki, Azərbaycanda adını müxalifət qoyan radikal düşərgə fəaliyyətinin istiqamətini birmənalı şəkildə dövlətin və xalqın maraqlarının əksinə yönəldib. Demokratik inkişaf yolunda irəliləyən Azərbaycan dövlətinin uğurlarına hər addımda xələl gətirməyə çalışan, hər məqamda dövlətimizin imicinə qarşı mövqe tutan radikal düşərgə bu il keçiriləcək prezident seçkilərində iştirakla bağlı hələ də qeyri-müəyyənliklər içindədir. Lokal düşərgədaxili mübarizələri özünə peşə seçən, bundan başqa, antiazərbaycançı dairələrin sifarişləri əsasında hərəkət edən radikal düşərgə növbəti prezident seçkilərində də məğlub olacağını bilir və buna məhkumdur.
Təbii ki, radikal düşərgənin 2013-cü ildə keçiriləcək prezident seçkilərində məğlubiyyətini qətiləşdirən və şərtləndirən mühüm səbəbələr mövcuddur. Ən əsası Azərbaycanda dövlət-xalq birliyi mövcuddur ki, məhz, bu birlik əldə olunan nailiyyətlərin təməli sayılır. Bundan başqa, son illərdə ölkəmizdə mühüm tədbirlərin keçirildiyi zamanlarda yalan təbliğatlar qurmaqla, fərqli xarici dairələrin əmrləri ilə dövlət və xalq mənafeyinə zidd mövqedə dayanmaqla, Azərbaycan xalqının düşməni ermənilərlə dostluq və müttəfiqlik yaratmaqla radikal düşərgə əsl simasını bir daha cəmiyyətimizə nümayiş etdirmiş oldu. Birmənalı şəkildə xəyanətdən başqa hər hansı bir adı olmayan bu addımlar, mövqe radikal düşərgənin əsl niyyətinin də ortaya çıxmasına şərait yaradır. Bəzi xarici, hətta ermənipərəst dairələrin maddi dəstəyi ilə öz yalanlarını tirajlamağa çalışan radikal düşərgə bununla da, öz ağalarına xidmət etmiş olur. Təbii ki, bu xidmət xalqa xidmətlə tərs mütənasiblik təşkil edir.
Heç bir konsepsiyası, planı olmayan, yalnız pafoslu yalanlar danışmağı bacaran radikal düşərgə, bununla da, bu il keçiriləcək prezident seçkilərində də heç bir uğura ümid etmədiyini özü etiraf edir. Azərbaycan xalqı son illərdə ölkəmizdə əldə olunan inkişafın davam etməsini istədiyini hər bir seçkidə nümayiş etdirir. Yeri gəlmişkən, qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov deyib ki, 2013-cü il ölkənin ləyaqətlə getdiyi yolun daha bir mərhələsidir. Millət vəkili bildirib ki, biz əminik ki, partiyamızın Sədri cənab İlham Əliyev yenidən xalqın uğurlu seçimi olacaq, seçkilərdə qalib gələcək, Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasətin bundan sonrakı 5 il ərzində də davam etməsinin həm şahidi olacağıq, həm də, bu prosesdə iştirak edəcəyik: “Xalqımız İlham Əliyevin növbəti 5 ildə də Prezident kimi fəaliyyət göstərməsini ona görə arzulayırlar ki, Prezidentimizin həyata keçirdiyi siyasət, ölkədəki sabitlik, ölkənin iqtisadiyyatında baş verən inkişaf, Azərbaycanın dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması, mövqeyinin möhkəmlənməsi vətənpərvər ruhlu hər bir vətəndaşın maraq və mənafelərinə uyğundur”.
Əli Əhmədov əlavə edib ki, hər bir ölkənin vətəndaşı ölkəsinə ləyaqətlə xidmət edən insanın rəhbərlik etməsini istəyir və belə bir rəhbər isə Azərbaycanda var: “Təbiidir ki, növbəti seçim etməyə ehtiyac belə yoxdur. Bu hisslər və duyğular Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində qənaətinin formalaşmasının əsasını təşkil edir. Eyni zamanda hesab edirəm ki, partiyanın üzvləri olaraq biz prezident seçkilərinin fəallıqla, ölkənin seçki məcəlləsinə uyğun olaraq, demokratik keçirilməsi üçün fədakar olmalı, maraq nümayiş etdirməliyik. Bununla biz dünyaya həm Azərbaycanda olan demokratiyanı, həm də Prezident İlham Əliyevin ictimaiyyətin dəstəyinə sahib olduğunu göstərməliyik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

