Uğurlarımızın əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dayanır
31.12.2012 [16:17]
Əli Əhmədov: Prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir
Məlum olduğu kimi, Azərbaycan son illər sürətlə inkişaf edir və həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Belə ki, müstəqilliyini 21 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb. Eyni zamanda, inzibati-planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Qeyd edək ki, Azərbaycanın hərtərəfli, uğurlu inkişafı başa çatmaqda olan 2012-ci ildə də davam edib. Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və Azərbaycanı regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu model Azərbaycanın iqtisadi inkişafını sürətləndirməklə yanaşı, əhalinin sosial rifahının yüksəlməsində də özünü təcəssüm etdirir. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın diversifikasiyasını şərtləndirən əsas amillərdən biridir.
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov da 2012-ci ilin yekunları ilə bağlı mətbuata verdiyi müsahibəsində bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı, ümumiyyətlə, ölkəmizin son illərdəki yüksəlişinin əsasını təşkil edir. Əli Əhmədovun sözlərinə görə, həqiqətən də, respublikamız beynəlxalq icma, eləcə də, çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar tərəfindən dinamik inkişaf edən ölkə kimi etiraf olunur: “Məlumdur ki, Azərbaycanın son illərdə iqtisadi inkişafının kökündə dayanan ən mühüm və həlledici faktor neft amilidir. Lakin son illərdə, xüsusən də, 2012-ci ildə müşahidə etdiyimiz dəyişikliklərdə inkişafın daxili strukturunda yeni meyilin ortaya çıxdığı görünür. Bu da ölkənin iqtisadi potensialında qeyri-neft sektorunun rolunun artması ilə əlaqədardır. Əgər inkişaf templəri nöqteyi-nəzərindən müqayisə aparsaq, qeyri-neft sektorunun yüksəliş tempi neft sahəsində müşahidə olunan inkişaf tempindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu ondan xəbər verir ki, ildən-ilə Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında neft sektoru ilə yanaşı, qeyri-neft sektoru və bu sahədə əldə olunan gəlirlər daha çox rol oynamağa başlayacaq. Hesab edirəm ki, bu, Azərbaycanın inkişafının müvəqqəti deyil, uzunmüddətli xarakter daşıdığı haqqında da ciddi qənaət ortaya qoymağa əsas verir”.
YAP Sədrinin müavini hesab edir ki, neft hasilatının yaratdığı imkanlardan iqtisadiyyatın digər sferalarının inkişaf etdirilməsi üçün faydalı şəkildə istifadə edilməsi sayəsində Azərbaycanın iqtisadi inkişafının daxili strukturunda çox ciddi müsbət dəyişikliklərin əsası qoyulub. Onun sözlərinə görə, bu meyillərin genişlənməsi gələcəkdə Azərbaycanın iqtisadi inkişafının daha çox dərəcədə qeyri-neft sahələrinə, yəni, tükənməyən sərvətlərə söykənəcəyinə inanmağa imkan verir.
Əli Əhmədov həmin müsahibəsində Azərbaycanın inkişafı prosesində YAP üzvlərinin fəal rol oynadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən siyasətin uğurlar qazanmasına böyük töhfələr vermiş insanların birliyidir: “Bu mənada, YAP müasir Azərbaycan tarixinin yaradılmasında özünün fədakarlığı ilə yaxından iştirak edir və inanıram ki, uzun illər bu, belə olacaq. YAP cəmiyyətimizin siyasi cəhətdən ən fəal və yüksək potensiala, intellektə malik olan insanlarını birləşdirir... Siyasi fəallığa gəlincə, Yeni Azərbaycan Partiyası ölkəmizdəki siyasi proseslərin önündə gedir. YAP-ın bir çox məsələlərlə bağlı mövqeyi cəmiyyətimiz üçün əhəmiyyət daşıyır. Partiyamız gələcəyə ümidlərlə baxır. Hesab edirik ki, YAP-ın daxili monolitliyi, birliyi, böyük siyasi və intellektual potensialı gələcəkdə də partiyamızın böyük uğurlarını təmin edəcəkdir”.
Bu məqamda onu da vurğulayaq ki, dinamik inkişaf edən Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Regionda tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir.
Qeyd edək ki, Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Bu il Azərbaycan üçün vacib bir məqam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlamasıdır. Məsələ ilə bağlı YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, gənc Azərbaycan dövlətinin BMT kimi çox əhəmiyyətli bir beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası kimi vacib qurumuna sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bilavasitə göstəricisidir: “Digər bir tərəfdən, belə bir məsuliyyətli vəzifənin Azərbaycan tərəfindən icra olunması həm də respublikamızın bütün dünyada özünü təqdim etməsi və tanıtması baxımından böyük əhəmiyyət kəsb edir”.
Təbii ki, qazanılan bütün bu uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dayanır. Prezident İlham Əliyevin siyasətində xalqa xidmət prinsipi başlıca meyardır və bu, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin dövlət başçısının siyasətini dəstəkləməsini şərtləndirən başlıca amildir. 2013-cü ildə ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, bu seçkilərdə də cənab İlham Əliyevin xalq tərəfindən birmənalı şəkildə dəstəklənəcəyi şübhəsizdir. Müsahibəsində sözügedən məsələyə də toxunan Əli Əhmədov bildirib ki, partiyamızın 2013-cü il üçün ən böyük layihəsi seçkilərin uğurla keçirilməsi olacaq: “Yeni Azərbaycan Partiyası hesab edir ki, Prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir, bütün xalqımız Onun namizədliyini dəstəkləyir və hesab edir ki, Onun növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsi 2013-cü ilədək həyata keçirilən uğurlu siyasətin davam etdirilməsi və vətəndaşlarımızın gələcək uğurlardan faydalanması deməkdir. Bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək, Onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər. Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uyğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək. Seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

