“Prezident seçkilərində İlham Əliyevdən başqa alternativ seçim yoxdur”
28.12.2012 [02:07]
“Bu il Yeni Azərbaycan Partiyası (YAP) 20 illik yubileyini qeyd etdi. YAP 20 ildir ki, Azərbaycan xalqına xidmət göstərir”. Bunu SİA-ya müsahibəsində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədrinin rəhbərliyi ilə ölkədə bütün sahələri əhatə edən çox böyük işlər görülür: “Məsələn, bu ilin mayında Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsi keçirildi, bir sıra beynəlxalq tədbirlər reallaşdırıldı, həmçinin dövlətimiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Uğurlarımız sırasına 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarını da əlavə edə bilərik. İlk dəfə olaraq bu oyunların ölkəmizdə keçirilməsinə dair qərarın verilməsi göstərdi ki, YAP iyirmi illik fəaliyyəti dövründə ölkədə ictimai-siyasi sabitliyin yaranmasında mühüm rol oynamaqla yanaşı, Azərbaycan xalqının maraqlarına xidmət edərək həm xarici, həm də daxili siyasətdə uğurlara imza atıb. Eyni zamanda, partiyanın maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb. 2013-cü il seçki ili olduğu üçün YAP bütün proqramını və əsas fəaliyyətini bu istiqamətə yönəldib”.
Müsahibəsində Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı növbəti əfv Sərəncamına dair sualı da cavablandıran millət vəkili deyib ki, bu, Prezidentimizin humanist siyasətinin bariz nümunəsidir: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası yaradılıb. Müxtəlif sahələrdə təmsil olunan insanların cəlb olunduğu komissiyaya ayrı-ayrı məhbuslardan, onların ailə üzvlərindən, hüquq müdafiə təşkilatlarından və digər bu səpkili orqanlardan müraciətlər daxil olur. Bütün bu müraciətlərə baxılır və ölkə başçısına təqdim olunur. Bu sərəncamlar əsasən əlamətdar günlərə təsadüf edir. Bütün bunlar Prezidentimizin humanist siyasətinin bariz nümunəsidir. Bu humanizm siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökumətinin məramı humanistliyi hər zaman əldə rəhbər tutmaqdır. Hesab edirəm ki, bu kimi sərəncamlar davamlı olacaq”.
YAP İcra katibinin müavini onu da deyib ki, bəzi mənbələrin Azərbaycanla Rusiya arasında gərgin münasibətlərin davam etdiyinə dair iddiaları əsassızdır.
Müsahibəsində radikal düşərgənin təmsil olunduğu İctimai Palatanın dağılmaq üzrə olduğunu deyən S.Novruzov “Çünki həmin təşkilata müxtəlif səpkili dəstə qrupu toplaşıb. Onlar çox gözəl dərk edirlər ki, gələn il keçiriləcək prezident seçkilərində İlham Əliyevdən başqa alternativ seçim yoxdur. Sadəcə onlar bu seçkilərə qatılmaqla maddi vəziyyətlərini yaxşılaşdırmağa çalışırlar” sözlərini əlavə edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29

