Əli Kərimli COP29-a qarşı... by armenians invitation
01.10.2024 [16:23]
Əli Kərimli yenə də erməni aləti olduğunu, erməni lobbisinin sifarişini yerinə yetirdiyini sübut edir. Deməli, Azərbaycanın COP29-a ev sahibliyi etməsi anti-Azərbaycan dairələri və erməni lobbisini kəskin narahat edir. Odur ki, ölkəmizə qarşı qara piar maşını işə düşüb. Özünü müxalifət adlandıran Əli Kərimli bu çirkin kampaniyada baş roldadır. Erməni lobbisi kampaniyaya “effekt” vermək üçün ondan necə lazımdır, istifadə edir. Baxma, “azərbaycanlı”, “daxildən biri” olanda daha inandırıcı gəlir axı! Əli Kərimlinin “The Economist”də yazısı dərc olunub. Facebookda elə təqdim edir, elə bil nədir. Bu anti-Azərbaycan, ölkə maraqlarına zidd cızma-qaranı erməni lobbisi dərc elətdirib. Əli Kərimli nə üçün belə öyünür? “The Economist” erməni lobbisinin sifarişi əsasında yazılar dərc edən mətbu orqanlardan biridir. Google-da kiçik bir axtarış vermək kifayətdir ki, həqiqət üzə çıxsın. Burda digər məsələlərə də aydınlıq gəlmiş olur. Aydın olur ki, Əli Kərimli erməni sifarişi yerinə yetirir və bunun müqabilində vəsait alır. Başqa sözlə desək satqınlıq edir. Yoxsa, Əli Kərimli “The Economist”də yazısının dərc olunması ilə öyünməzdi. O “The Economist” ki, Azərbaycanın haqq işinə qarşı olaraq işğal müddətində Qarabağdakı separatçıları dəstəkləyən, Ermənistanı təbliğ edən yazıları zamanla dərc etməklə erməni lobbisinin sifarişçisi olduğunu təsdiqləmiş olur. Heç şübhəsiz demək mümkündür ki, Əli Kərimli erməni lobbisi ilə əlbirdir, təlimatı bu lobbidən alır. Əks halda, özünü partiya sədri, siyasətçi adlandıran Əli Kərimli də həm Vətən Müharibəsi, həm də anti-terror tədbirləri zamanı ölkənin siyasi partiyalarının imzaladığı bəyanata imza atardı. Bu ki, Azərbaycanın haqq işi, milli məsələsi idi.
Yaxın keçmişə nəzər yetirsək görərik ki, ölkəmizdə keçirilmiş hər bir beynəlxalq əhəmiyyətli tədbir və idman oyunları zamanı anti-Azərbaycan dairələr, erməni lobbisi tərəfindən qara piar kampaniyaları aparılmışdır. Hər birində də AXCP adlı dərnəyin sədri Əli Kərimli baş rolda oynadılmışdır. COP29 da həmçinin! COP29 iqlim məsələlərinə həsr olunmuş beynəlxalq tədbirdir. Bu, bütün dünya üçün vacib və aktual məsələdir. Hətta Əli Kərimli daxil Yer planetində yaşayan hər bir kəs üçün!
Əli Kərimli öyünür ki, bəs onun yazısını “The Economist” “by invitation” rubrikasında dərc edib. Məşhur “Ac hərflər” tele-tamaşasında deyildiyi kimi – “Ədə, noolsun?” Bu rubrika əslində “by armenians invitation” rubrikasıdır. Belə təsəvvür edək ki, COP29 ərəfəsində Əli Kərimli ermənilərin 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda törətdikləri ekosid haqqında bir yazı yazır. “The Economist” də bunu çap edir. Əsla belə bir hal mümkün deyil və ola da bilməz! Çünki Əli Kərimli belə bir yazı yazmaz, necə ki, indiyə kimi bu haqda bir cümlə belə danışmayıb. “The Economist”in də nəşr strategiyası bəllidir. Odur ki, Əli Kərimli “The Economist”də yazısı dərc edilib deyə öyünməsin! Azəraycana, xalqa, dövlətə qarşı kimlərinsə, haralarınsa trolu olmaq heç də öyünüləsi iş deyil!
Anar Şahmuradov,
İctimai-siyasi fəal
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

