Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakı Bəyannaməsi

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakı Bəyannaməsi

05.12.2012 [02:14]

Biz, Azərbaycan, Ermənistan, Banqladeş, Kamboca, Çin, Hindistan, İndoneziya, İran, İraq, Yaponiya, Qazaxıstan, Koreya Respublikası, Qırğızıstan, Laos, Livan, Malayziya, Maldivlər, Monqolustan, Nepal, Pakistan, Papua Yeni Qvineya, Filippin, Rusiya, Şri-Lanka, Suriya, Tacikistan, Türkiyə, Tayland və Vyetnamın siyasi partiyalarının rəhbərləri və nümayəndələri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında iştirak etmək üçün Azərbaycan Respublikasının paytaxtı Bakıda toplaşmışıq. Assambleya Yeni Azərbaycan Partiyası tərəfindən “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusunda 2012-ci il noyabrın 22-23-də təşkil edilmişdir.
ICAPP VII Baş Assambleyası Bakıda sürətlə dəyişən dünya kontekstində keçirilmişdir. İqtisadi, mədəni və siyasi gücün qlobal tarazlığı sarsılmaz bir şəkildə Qərbdən Şərqə keçməkdədir. ICAPP Asiyanın ən tanınmış birliklərini “Asiya əsri” kimi qəbul olunan aparıcı bir yola istiqamətləndirməklə bir araya gətirən yeganə forumdur. Dinlərarası harmoniya və siyasi plüralizm ICAPP-ın əsas prinsipləri sırasındadır.
12 il əvvəl Manilada əsası qoyulan ICAPP-a 53 Asiya ölkəsindən 336 siyasi partiya (hakim və müxalif) üzvdür. ICAPP irq, din, etnik mənşə, cins, yaş, siyasi inam və ideologiyalararası maneəni aradan qaldıran yeganə beynəlxalq təşkilat kimi formalaşmışdır. ICAPP həm də Latın Amerikası və Afrikaya qədər çatan əməkdaşlıqlar yaradaraq öz sferasını genişləndirmişdir. ICAPP və COPPPAL təşkilatlarının keçən ilin oktyabr ayında Mexikoda keçirilən birgə konfransında Asiya, Latın Amerikası və Afrika siyasi partiyalarını birləşdirən yeni bir təşkilat yaratmaqla bağlı razılığa gəlinmişdir. Bu baxımdan biz Sudanın Milli Konqres Partiyasının (NCP) ICAPP-da müşahidəçi kimi iştirak etməsini alqışlayır və ICAPP kimi bir təşkilatın Afrikada da yaradılmasını dəstəkləyirik.
Bu gün ICAPP özündə cəmiyyətlərimizin dinamiklik, fəallıq, yaradıcılıq və innovasiya ilə böhranları və iqtisadi çətinlikləri dəf etmək xüsusiyyətində əksini tapan qüvvətli Asiya ruhunu təcəssüm etdirir.
Hazırda ICAPP-ın Asiya gənclərini və qadınlarını birləşdirmək məqsədilə yaradılan Gənclər və Qadınlar qanadları, təbii fəlakətlərlə bağlı yaradılan ICAPP Tibbi Fövqəladə Forumu, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) və Latın Amerikası və Karib bölgəsi siyasi partiyalarını birləşdirən COPPPAL-ın akkreditasiya etdiyi şöbələr vasitəsilə iqlim dəyişikliyi məsələləri ilə məşğul olan Beynəlxalq Ekoloji Təhlükəsizlik Təşkilatı (İESCO) və ictimai rəyin qüvvəsindən istifadə etmək məqsədilə siyasi partiyaları və sivil təşkilatları birləşdirən Mərkəzçi Asiya-Sakit Okean Demokratlar İnternasionalı (CAPDİ) kimi tərəfdaşları vardır.
Biz, ICAPP Xartiyası və hər iki ildən bir keçirilən assambleyalarda qəbul edilən Manila (2000), Banqkok (2002), Pekin (2004), Seul (2006) və Pnompen (2012) bəyannamələrinin prinsip və ruhuna olan öhdəliyimizi bir daha bəyan edirik.
Bir daha bəyan etmək istərdik ki, sülh bölünməzdir, əməkdaşlıq cəmiyyət, mədəniyyət və ölkələrin “ürək və düşüncələrini” ələ almaq üçün yeganə yoldur. Vurğulamaq istərdik ki, bugünkü dünyada təhlükəsizlik anlayışında öncüllük insan təhlükəsizliyinə verilməlidir. ICAPP korrupsiya ilə mübarizə apararaq, zorakılığı rədd edərək, toqquşmaların qarşısını alaraq insan-mərkəzli inkişaf yanaşmasına üstünlük verir. ICAPP insanları bəşəriyyət üçün ciddi təhlükə yaradan müharibə və qlobal istiləşmə kimi təhlükələrdən qorumaq nümunəsi axtarır.
Asiya ssenarisini izləyərkən optimistliyə əsas olduğunu, baş verən iğtişaşlar və çaxnaşma arasında Asiyada ayrı-seçkilik və ixtilafı aradan qaldıran sülh və əməkdaşlıq işarələrini görürük.
Biz ICAPP-ın ən böyük üzvü olan, dinc, çiçəklənən və sabit cəmiyyətin qurulmasında uğuru əks etdirən 5-ci nəsil hakimiyyətə siyasi keçidə rəhbərlik edən Çin Kommunist Partiyasının 18-ci Konqresinin nəticələrini alqışlayırıq.
Uğurlu dövlət siyasətinin məqsədi kimi sülh və əməkdaşlıq Filippində Manila mərkəzi hakimiyyəti və cənubda müsəlman döyüşçülər arasında onilliklər boyu davam edən münaqişəyə son qoyan Prezident III Benino Aquino sayəsində əldə edilən tarixi sülh razılığı çərçivəsində aşkar görünür. Eyni zamanda, bu, Myanmanın dünyaya açılmasında da özünü göstərir. Biz ICAPP-ın 2012-ci ilin sentyabr ayında Myanmada hakimiyyət və müxalifət arasında vasitəçi olmasını yüksək qiymətləndiririk.
Hazırda seçilmiş hökumətlərin hakimiyyətdə olduğu Misir, Tunis və Liviyada baş verən siyasi çevrilişləri alqışlayırıq.
Zorakılığın davam etdiyi Asiyanın ən gərgin nöqtələrinin birindən gələn müsbət siqnalları qiymətləndiririk: Cənub-Qərbi Asiya sülh və əməkdaşlıq yolunda irəliləyir. Pakistan, Əfqanıstan və ABŞ-ın daxil olduğu Üçtərəfli Komissiya Taliban ilə danışıqların da daxil olduğu sülh prosesi üzərində çalışır ki, 2014-cü ildə xarici hərbi qüvvələrin Əfqanıstandan çıxması üçün münasib şərait yaransın. Hindistan ilə Pakistan arasında dörd il davam edən münaqişənin normallaşması üçün aparılan danışıqların yekunlaşmasını, həmçinin Kəşmir məsələsi ilə bağlı ICAPP-ın təkan verdiyi və irəli sürdüyü dialoq prosesini alqışlayırıq. Nepaldakı güllə deyil, seçkiyə önəm verən siyasi çevriliş onilliklər boyu davam edən silahlı münaqişəyə son qoydu.
Kamboca və Tayland arasında Prea Vixear məbədi ilə bağlı münaqişənin sülh yolu ilə həlli və Kamboca və Şərqi Timorda əldə olunan sülh və sabitlik göstərir ki, rəhbərliyə şərait yaradıldıqda kin və nifrət dostluq və əmin-amanlıqla əvəz oluna bilər. Biz Taylandın hakim və müxalifət partiyalarını qanunlara və demokratiyaya uyğun olaraq ölkəni sevilən və hörmət edilən kral Bumibol Aduljadenin hakimiyyəti altında birləşdirmək üçün “Sarı Köynəklilər” və “Qırmızı Köynəklilər” birliklərinin bağışlanması və amnistiyası ilə bağlı qətnamələr üzərində düşünməyə çağırırıq.
Bununla belə, Asiyada davam edən münaqişələrlə bağlı narahatlığımızı da ifadə etmək istəyirik: Fələstində (Qəzza) silahdan istifadə, Koreya yarımadasında sülh və sabitliyin bərpası tələbi və ya İranla nüvə məsələsinin silah yolu ilə həlli təhlükəsi. Asiyada mövcud olan qaynar nöqtələr beynəlxalq hüquq və BMT qətnamələrindən istifadə vasitəsilə, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Siyasi partiyalar Cənubi Tayland və ya Myanmada Rohinqayas məsələlərində öz vəzifələrini yerinə yetirməlidirlər. Bu məqsədlə də 2011-ci ilin avqustunda Banqkokda ICAPP və Saranrom Xarici Məsələlər İnstitutunda irəli sürülən regiondakı münaqişələrin həllində hökumətlərə yardım edən Asiya Sülh və Əməkdaşlıq Şurasının yaradılmasını tövsiyə edirik.
Cənubi Qafqazdakı vəziyyətə gəldikdə, biz ədaləti, beynəlxalq hüququ aliliyi və BMT-nin Dağlıq Qarabağ problemi ilə bağlı qətnamələrini dəstəkləyir, Azərbaycan Prezidenti İlham Əliyev və Yeni Azərbaycan Partiyasının regionda sülh, əməkdaşlıq və təhlükəsizliyi təmin etmək, ölkə daxilində demokratik strukturları gücləndirmək cəhdlərini alqışlayırıq. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır.
Aydındır ki, nəsildən-nəslə ötürülən ekoloji tənəzzül və yoxsulluq dövrümüzdə bəşəriyyətin qarşılaşdığı ən ciddi təhlükələrdir. Biz Asiyanın bəzi ərazilərini məhv edən iqlim dəyişikliyinin təsirlərini aradan qaldıran eko-təhlükəsizlik fəaliyyətini dəstəkləyirik. Biz ICAPP-ın BMT-nin proqram və təşkilatları ilə əməkdaşlıq üçün Baş Assambleyada müşahidəçi statusu qazanmaq təşəbbüsünü alqışlayırıq.
Biz 2010-cu ildə Çinin Yunnan əyalətinin paytaxtında keçirilən Yoxsulluğun aradan qaldırılması ilə bağlı ICAPP konfransının Kunminq bəyannaməsinin nəzərdə tutduğu Asiya Yoxsulluq Əleyhinə Fondun və Asiya Mikro Maliyyələşmə Fondunun yaranması qərarını təsdiqləyirik. Biz, həmçinin adı çəkilən fondun ərazisinin COPPPAL daxilində Latın Amerikası və Karib hövzəsindəki tərəfdaş siyasi partiyaların və Afrika siyasi partiyalarının yardımı ilə Qlobal Yoxsulluq Əleyhinə Fond ərazisi qədər genişləndirilməsini istəyirik.
Fürsətdən istifadə edib Suriyanı sülhə çağırır və Dəməşq hökumətini, həmçinin müxalifəti azad və ədalətli seçkilər vasitəsilə seçilən hökumətin daxil olduğu milli əmin-amanlıqla bağlı razılıq üzərində işləməyə dəvət edirik. Bir çox beynəlxalq və regional cəhdlər uğursuz alındığından BMT-nin rəhbərliyi altında fövqəladə seçkilərin keçirilməsini təklif edirik ki, bu seçkilər Suriya xalqının öz rəhbərləri ilə bağlı iradəsini və Suriya milli müxalifətinin xüsusiyyətlərini əks etdirəcəkdir. Əks təqdirdə, münaqişənin sektalar və etnik təmizlənməyə aparıb çıxarmaq və Orta Şərqdə daha geniş əraziyə yayılmaq təhlükəsi vardır.
Biz BMT-nin Baş Katibi Pan Gu Munun heç bir diskriminasiya və ikili standartlar olmadan nüvə silahının olmadığı bir dünya fikrini dəstəkləyirik. Biz Qazaxıstan Prezident Nursultan Nazarbayevin BMT Baş Assambleyasının 66-cı sessiyasında irəli sürdüyü “Nüvə silahının olmadığı dünyanın Universal Bəyannaməsi”ni yaratmaq təşəbbüsünü paylaşır və onun nüvə silahının yayılması əleyhinə mübarizə və BMT daxilində qlobal təhlükəsizlik əldə etmək cəhdlərini yüksək qiymətləndiririk.
Biz, həmçinin Asiyada mövcud olan ərazi münaqişələrinin silah və zor yolu ilə deyil, qəbul olunmuş beynəlxalq hüquq prinsipləri və BMT Xartiyası əsasında həllini dəstəkləyirik. Bu ərazilərdə olan siyasi fərqlər qarşılıqlı marağa əsaslanaraq normal iqtisadi və mədəni əlaqələrə mane olmamalıdır.
ICAPP XXI əsrdə inkişaf etdiyindən və genişləndiyindən biz problemlərlə bağlı yeni ideyaların və təşəbbüslərin carçısı olmaq öhdəliyimizi bir daha təsdiqləyirik. Bu, gələcəyə olan inamı artıracaq və Asiya əhalisini hökmdarsız və nökərsiz bir dünyada sülh və əmin şəraitdə inkişaf etmək ümidlərini möhkəmləndirəcəkdir.
ICAPP-ın Bakıdakı VII Baş Assambleyası qurumun gənclər, qadınlar təşkilatlarının yaranması ilə yadda qalmışdır. Bu iki təşkilatın köməyi olmadan heç bir ölkə inkişaf edə bilməz.
Biz, bir çox ölkədə əksəriyyət təşkil edən gənclərin Asiyanın həyatındakı vacib rolunu alqışlayırıq. ICAPP-ın Gənclər Qanadı özünün internet səhifəsi, təşəbbüsləri və fəaliyyəti ilə gənclərin enerji, yaradıcılıq və fəallığını artıracaqdır. Buna görə də biz Yeni Azərbaycan Partiyasının 2013-cü ilin yayında İCAPP Gənclər Forumuna ev sahibliyi etmək təklifini yüksək qiymətləndiririk.
ICAPP Qadınlar Qanadının yaradılmasını alqışlayır və hiss edirik ki, bu addımla ICAPP bu gün Asiya cəmiyyətinin bütün əsas seqmentlərini əhatə edir.
Meksikanın yeni Prezidenti Enrike Pena Nietoya, hakim Korporativ İnqilab Partiyası və COPPPAL-a ICAPP-ın Meksikaya və BMT-yə narkotika istehsalının, eləcə də paylanmasının artdığı bir dövrdə narkotikaya qarşı mübarizə üçün Meksikada Qlobal Sammitlə bağlı çağırışını cavablandırdığı üçün təşəkkür edirik.
ICAPP kral Norodom Sihanouka Asiya Birliyinə verdiyi töhfəyə və özünün, ailəsinin və ölkəsinin qarşılaşdığı çətinliklərə baxmayaraq, qəti mövqeyinə görə təşəkkürünü bildirir.
Biz, VII Baş Assambleyanın Bakıda təşkil edilməsinə və qonaqpərvərliyə görə Azərbaycan hökuməti və Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
VII Baş Assambleyada iştirak edən Asiyanın müxtəlif ölkələrindən gələn siyasi partiya və təşkilat nümayəndələrinə təşəkkürümüzü bildiririk.
23 noyabr, 2012-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində yekdilliklə qəbul edilmişdir.

Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31