Bakıda QİƏT PM-in Baş Assambleyasının 40-cı plenar sessiyası öz işinə başlayıb
28.11.2012 [00:08]
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası öz işinə başlayıb. Azərbaycan Respublikası Milli Məclisinin və QİƏT PM-in sədri Oqtay Əsədov qonaqları salamlayıb, sessiyanın işinə uğurlar arzulayıb.
O.Əsədov deyib ki, tədbirdə Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak edirlər. Əminəm ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr təşkilatımızın məqsədlərinə nail olmağımıza kömək göstərəcək.
On doqquz il öncə yaradılmış Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi özünü parlamentlərarası dialoqun demokratik forumu və xalqlar arasında möhkəm əlaqələr yaratmağın səmərəli vasitəsi kimi təsdiqləyib. Parlament Məclisi Qara dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə məkanına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından böyük potensiala malik olduğunu sübuta yetirib.
Müasir dünyada siyasi inkişaf meyillərinin mühüm bir hissəsi regional inteqrasiya proseslərinin geniş vüsət alması ilə bağlıdır. Bu proseslərin mərkəzində dayanan regional təşkilatların yaratdığı əməkdaşlıq imkanları dövlətlər arasında ikitərəfli və çoxtərəfli əsasda siyasi, iqtisadi, mədəni və digər əlaqələrin dərinləşməsinə yol açır. Məmnunluq hissi ilə qeyd edirəm ki, QİƏT çərçivəsində həyata keçirilən işbirliyi təşkilatın üzvləri arasında siyasi münasibətlərin daha da möhkəmlənməsinə, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə kömək göstərir.
Azərbaycan Respublikasının Milli Məclisi QİƏT PM çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir. Altı ay bundan əvvəl Azərbaycan parlamenti quruma sədrliyi qəbul edib və bu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışıb. Bu müddətdə təşkilatın fəaliyyəti daha da təkmilləşib, onun beynəlxalq nüfuzu bir qədər də yüksəlib.
Sədr vurğulayıb ki, hazırda Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan siyasi, iqtisadi, ekoloji və digər problemlərin bir çoxunu ölkələrin səylərini birləşdirmədən həll etmək mümkün deyil. Digər tərəfdən, bölgəmizin dünya siyasətində və iqtisadiyyatında artan rolu Qara dəniz ailəsinin bütün üzvləri arasında sıx əməkdaşlığın vacibliyini ön sıraya çıxarır.
Təşkilatımızın üzvü olan dövlətlərin birgə səyləri ilə həyata keçirilmiş iqtisadi layihələr, xüsusən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, yekunlaşmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, icrasına hazırlıq görülən TANAP qaz kəməri layihəsi və digər layihələr Qara dəniz bölgəsinin nə qədər böyük potensiala malik olduğunu göstərir. İnanıram ki, getdikcə sayı artan bu layihələr bölgəmizin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaq.
Təəssüf ki, indiyədək həll edilməyən bir sıra problemlər, o cümlədən bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun dinamik inkişafı yolunda böyük maneəyə çevrilib, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir. Biz əminik ki, bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, regionumuzun sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verərdi.
Sonra O.Əsədov iclası açıq elan edib.
Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin sədri (TBMM) Cəmil Çiçək çıxış edib, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib. C.Çiçək deyib ki, Qara dəniz regionundakı ölkələr müxtəlif mədəniyyətlərə malik olsalar da, bu bölgə bizim ortaq əməkdaşlıq məkanımızdır. Bütün fərqliliklərə baxmayaraq, əməkdaşlığımızı inkişaf etdirmək yalnız və yalnız xalqlarımızın maraqlarına xidmət edir.
Türkiyə parlamentinin sədri bildirib ki, Qara dəniz bölgəsinin mövcud potensialı və iqtisadi inkişafı getdikcə dünyanın diqqət mərkəzinə çevrilir. QİƏT regionda sülh layihəsidir və təşkilat yarandığı gündən bunu uğurla həyata keçirir, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində ciddi fəaliyyət göstərir. Regionda sülh və sabitliyi təmin etmək üçün biz dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik.
TBMM sədri, həmçinin QİƏT çərçivəsində parlamentlərin sıx əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını bildirib, bir sıra təkliflər səsləndirib.
QİƏT-in baş katibi Viktor Tvirkun çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təşkilatın son 6 ay müddətində gördüyü işlər barədə məlumat verib.
Baş katib deyib ki, QİƏT-in Belqrad toplantısında regionun davamlı inkişafını təmin etmək üçün layihələrin reallaşdırılması, bu istiqamətdə, xüsusilə də Qara dəniz regionunda dairəvi nəqliyyat yolunun tikilməsi və bununla da region ölkələri arasında ticarət dövriyyəsinin artırılması əməkdaşlığa öz töhfəsini verəcək.
Baş katib bildirib ki, təşkilatın fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilib.
Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan baş katib deyib ki, sammitin yekununda bəyannamə qəbul edilib və burada üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürüblər. Bu öhdəliklərə əsasən region ölkələri arasında ticarət dövriyyəsinin artırılması, davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi, təhsil və gənclər sahəsində investisiyaların yatırılması və digər məsələlər aiddir. Baş katib onu da əlavə edib ki, hazırda təşkilata sədrlik edən Türkiyə qurumun regional əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlayıb. Bu planda əsasən regionun davamlı inkişafı, nəqliyyat, təhsil, kommunikasiya, İKT, elm, texnologiya və digər məsələlər öz əksini tapmışdır ki, bu da regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.
Baş katib yaxın vaxtlarda QİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini, 2013-cü ilin yanvarından isə Ukraynanın QİƏT-ə sədrliyi qəbul edəcəyini bildirib.
Sonra iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.
İclasda, həmçinin prosedur məsələlərə baxılıb, reqlamentə dəyişikliklər edilib, QİƏT PA-nın yaranmasının XX ildönümü ilə bağlı bəyannamə qəbul olunub.
Daha sonra QİƏT PA sədrinin müavinləri, QİƏT PA-nın baş katibinin inzibati və maliyyə məsələləri üzrə müavinləri seçilib, Assambleyanın 2013-cü il yaz sessiyasının tarixi və yeri müəyyənləşdirilib.
Türkdilli Ölkələrin Parlament Assambleyasına QİƏT-də müşahidəçi statusu verilib.
Plenar sessiyada qurumun iqtisadiyyat, ticarət, texnoloji və ekoloji məsələlər komitəsinin təqdimatında “QİƏT ölkələrinin dözümlü iqtisadi inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu” mövzusunda məruzə dinlənilib. Quruma üzv dövlətlərin nümayəndələri məsələyə münasibət bildiriblər. Məruzəyə dair tövsiyə layihəsi müzakirə edilərək qəbul olunub.
İş gününün sonunda qurumun hüquqi və siyasi məsələlər komitəsindən daxil olmuş “QİƏT-ə üzv dövlətlərdə kibertəhlükəsizliyin möhkəmlənməsində parlamentlərin rolu” məsələsinə də baxılıb. Məruzədən sonra müvafiq tövsiyə layihəsinə dair fikir mübadiləsi aparılıb və sənəd səsə qoyularaq qəbul edilib.
Bununla da QİƏT PM-in Baş Assambleyasının 40-cı plenar sessiyası dünənki işini yekunlaşdırıb. Sessiya noyabrın 28-də öz işini davam edəcək, QİƏT-ə üzv dövlətlərin şəhərlərinin iqtisadi, ekoloji, mədəni, sosial inkişafının problemləri, iqtisadi-ticari, texnoloji və ekoloji, hüquqi və siyasi məsələlər müzakirə olunacaq.
İclasın sonuncu günü rotasiya qaydasında QİƏT PM-ə sədrlik Azərbaycandan Bolqarıstana veriləcək.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

