ABŞ səfiri mediamızı niyə təhqir etdi?
27.08.2024 [10:33]
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbinin İTV-yə məlum müsahibəsinin anonsu ediləndə gözlənilirdi ki, hər zaman dünya ölkələrinə demokratiya dərsi verməyə çalışan supergüc dövlətin diplomatı səmimi olacaq, açıq danışacaq, təmsil etdiyi ölkənin Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə yanaşmasının təfərrüatlarını auditoriyaya çatdıracaq. Bununla səfir böyük narahatlığa son qoya bilərdi. Çünki hazırda ABŞ-nin Cənubi Qafqaz siyasətində, tənzimləmə prosesində, Zəngəzur Dəhlizinin açılmasına yanaşmada bir sıra məyusluq və hiddət doğuran məqamlar müşahidə edilir. Səfir isə müsahibəsində həqiqətləri, görünən gerçəklikləri bir tərəfə qoyub və ona ayrılan efir vaxtını cəfəngiyyatlarla doldurub. “Cəfəngiyyat” sözünü müsahibəsində Mark Libbinin özü işlədib. Belə ki, o, ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı “Caliber.az” portalının təqdim etdiyi konkret faktları cəfəngiyyat adlandırıb. Halbuki, diplomatın çoxmilyonlu auditoriya qarşısında real faktları təhrif etməsinin özü cəfəngiyyatdır. Səfirin diplomatik etiket qaydalarını aşaraq saytın real faktları təqdim etməsini cəfəngiyyat adlandırması Azərbaycan mediasına hörmətsizlik və təhqirdir. Budurmu, ABŞ-nin dünyaya sırımaq istədiyi demokratiya?
Bəs “Caliber.az” portalı nə yazmışdı və yaxud səfir hansı faktları təkzib edir? “Caliber.az” bildirib ki, ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Səfirin burada, necə deyərlər, nala-mıxa vurmasının yeri yoxdur. “Caliber.az” xəbərləri yayarkən etibarlı mənbələrə, faktlara istinad edir.
Digər tərəfdən, təqdim olunan məlumatlar ABŞ-nin Ermənistana hərbi dəstək göstərməsinə aid yeganə faktlar deyil. Artıq danılmaz gerçəklikdir ki, məğlub Ermənistan postmüharibə dövründə üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla revanşizm mövqeyindən çıxış edir və bu zaman havadarlarından, o cümlədən də okeanın o tayından gələn köməyə arxalanır. Son vaxtlarda ABŞ rəsmiləri İrəvanı sözün əsl mənasında su yoluna döndəriblər. ABŞ Avropa İttifaqının (Aİ) məlum missiyasının Ermənistanda yerləşdilməsinə güclü siyasi dəstək verdi. Halbuki mülki adlandırılan bu missiyanın tərkibində hərbçi mütəxəssislər də yer alırlar.
Vaşinqton bir qədər bundan əvvəl Ermənistana hərbi məqsədlər üçün vəsait ayırdığını bəyan edib. ABŞ Ermənistanla hərbi təlimlərə qatılmaqla bütün əndazələri aşıb. Həm Ermənistan, həm də ABŞ ikinci dəfə baş tutan “Eagle Partner 2024” təlimlərinin xoş məramla keçirildiyini bəyan etdilər. Ancaq heç bir halda bunu ABŞ-Ermənistan hərbi təlimlərinin gerçək məqsədi kimi qəbul etmək mümkün deyil. Verilən rəsmi məlumat iz azdırmaqdan, diqqəti “Eagle Partner 2024”-ün əsl mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyil. Burada niyyətin yalnız Ermənistan hərbiçilərinə yeni vərdişlər aşılanmasından, sülhməramlılara konkret situasiyalarda hansısa davranış qaydalarının öyrədilməsindən ibarət olduğuna inanmaq sadəlövhlük olardı. Amerika Birləşmiş Ştatları ilə Ermənistanın müqayisəsini aparaq. Onlardan birincisi dünyanın supergüc dövləti, ikincisi isə fərari ordusu ilə kapitulyasiyaya məruz qalmış ölkədir. Belə bir ölkə ilə hərbi əməkdaşlığın ABŞ-a hansısa dvidentlər gətirəcəyini təsəvvür etmək belə mümkün deyil. Elə Ermənistan hərbiçilərinin ABŞ hərbiçiləri ilə ayaqlaşa biləcəyi ehtimalı da çox aşağıdır. Ümumiyyətlə, bütün parametrlər baxımından ABŞ-Ermənistan hərbi əməkdaşlığı absurd görünür və heç bir perspektivi yoxdur. Çox doğru olaraq “Eagle Partner 2024” hərbi təlimlərinin keçirilməsi Azərbaycan-Ermənistan münasibətləri kontekstində dəyərləndirilir. Ermənistanın 44 günlük müharibədə kapitulyasiyaya uğramış ordusunu bərpa etmək imkanı yoxdur. O qənaət hasil olur ki, Fransa və ABŞ kimi ölkələr Ermənistanın dağılmış ordusunu bərpa etməyi öz öhdələrinə götürüblər. Son vaxtlarda aşkarlanan faktlar təsdiqləyir ki, Yelisey Sarayı kimi, Ağ Ev də öz öhdəliyinə sadiqlik nümayiş etdirir.
Çox doğru olaraq Pentaqonun Ermənistanda hərbi təlimlər keçirməsi, bunun ardınca silahlar tədarük etməsi məğlub ölkənin yeni müharibəyə təhrik edilməsi anlamında qəbul olunur. Səfirin hansı məzmunda açıqlama verməsindən asılı olmayaraq, bunun başqa adı yoxdur. İkinci Dünya müharibəsindən sonra Almaniyaya, Yaponiyaya tətbiq olunan qadağalar hər kəsə bəllidir. Bəs görəsən beynəlxalq prinsiplər nə üçün otuz il qonşu dövlətə qarşı işğalçılıq siyasəti aparan, sonda isə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistana şamil edilmir? Belə bir dövlətin Vaşinqton tərəfindən dəstəklənməsi hansı məntiqə sığır? Budurmu ABŞ-nin ədaləti və demokratiyası?
ABŞ-nin Cənubi Qafqaz siyasəti bir ikiüzlülük nümunəsidir. Məlum aprel görüşləri ərəfəsində və ondan sonrakı müddətdə Ağ Ev rəsmilərindən ölkəmizə çoxsaylı telefon zəngləri edildi. Onlar bizi inandırmağa çalışırlar ki, Ermənistana hərbi dəstək göstərilməsi Azərbaycana qarşı yönəlməyib. İndi isə eyni xorda səfir çıxış edir. O, ölkəsindən Ermənistana gizli silah daşınmasına dair təqdim olunmuş sübut və faktlarla bağlı sualdan yayınır. Aydın məsələdir ki, okeanın o tayından Ermənistana uçan hərbi təyyarər boş olmayıb, onlarla sülh göyərçinlərinin daşınması da absurddur, qalır yeganə versiya kimi İrəvana silahların çatdırılması. Səfirə sual edirik: Bu silahlar Ermənistana nə üçün tədarük olunur və yaxud həmin silahlar kimə qarşı tuşlanacaq?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13

