/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsindəki texniki peşə məktəbinin açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsindəki texniki peşə məktəbinin açılışında iştirak edib
15.09.2012 [16:42]
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.
Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Mehriban xanım Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxıb.
Foyedə Ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşədə Ümummilli liderin abidəsi qoyulub. Abidə Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü professor Natiq Əliyev tərəfindən hazırlanıb.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib.
Bildirilib ki, məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, videoçəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotelemontajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq.
Burada təhsil ikiillikdir. Bu il məktəbə ilk qəbul aparılmışdır və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-ə çatacaq. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcəklər.
Məktəbin yeməkxanası ilə tanış olan Mehriban xanım Əliyeva burada yaradılmış şərait və səliqə-sahmandan razılığını bildirib.
Daha sonra Azərbaycanın birinci xanımı məktəbdəki çəkiliş və səsyazma studiyalarına, rejissor otağına baxıb. Məlumat verilib ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar birbaşa yayım imkanlarına malikdir.
Mehriban xanım Əliyeva məktəbin akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanaları ilə də tanış olub.
Kitabxana ilə tanışlıq zamanı bildirilib ki, burada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də var.
Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib. İdman zalının divarlarını Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı və diqqəti əks etdirən fotoşəkillər bəzəyir.
Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirib, burada tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

