Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "İranın bu jesti münasibətlərə müsbət təsirini göstərəcək"

"İranın bu jesti münasibətlərə müsbət təsirini göstərəcək"

05.09.2012 [23:10]

“Mən düşünürəm ki, istənilən halda İranın bu ölkədə həbs olunan azərbaycanlı şairləri azadlığa buraxması jesti iki ölkə arasındakı münasibətlərə öz müsbət təsirini göstərəcək. Biz dəfələrlə İran tərəfinə açıq və ya yaxud diplomatik vasitələrlə çatdırmışıq ki, iki ölkə arasındakı münasibətlərdə belə hallar yolverilməzdir”. Bunu “Azadinform”a açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, azərbaycanlı şairləri İrana dəvət edib, sonra bu ölkədə həbs etmək və bunun adını da şairlərin İrana qeyri-qanuni gəlməsi, burada qeyri-qanuni görüşlər keçirməsi ilə əlaqələndirmək ayıbdır: “İran xalqı da Azərbaycan xalqı kimi qonaqpərvər xalqdır. İranı və Azərbaycanı həmişə bu cür qonaqpərvərlik fərqləndirib. Düşünürəm ki, qonağı dəvət edib həbs eləmək qonaqpərvərliyə yaraşmaz. Onların azad olunması xoş məramdır. Düşünürük ki, bu bizim sonrakı münasibətlərimizə müsbət təsirin göstərəcək”.
Ə.Həsənov qeyd edib ki, ümumiyyətlə, İranla Azərbaycan arasındakı münasibətlər sözün həqiqi mənasında çərçivələri aşmamalıdır. “Yalnız dost, mehriban qonşuluq, qarşılıqlı hörmət, qarşılıqlı dəstək olmalıdır. Biz münasibətlərə ilk növbədə bu prinsipləri şamil edirik. Biz hər birimiz müstəqil dövlətik, hər birimizin maraqları, dostları var. İki ölkə arasındakı münasibətlərə nə bizim dostlarımız, nə də əleyhdarlarımız təsir göstərməlidir. Biz maksimum şəkildə çalışmalıyıq ki, münasibətlərimizi yaxşı saxlayaq. Düşünürəm ki, bundan sonra bu belə də olacaq” - deyə Ə.Həsənov vurğulayıb.
Paylaş:
Baxılıb: 1029 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30