Türkiyəli nazirin Zəngəzur anonsu...
21.05.2024 [10:40]
Dəhlizin tam fəaliyyət göstərməsi 2028-2029-cu illərdə mümkün olacaq
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra regionda yaranan yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması təşəbbüsləri mühüm yer tutmaqdadır. Bu dəhliz Avropa ilə Asiya arasında iqtisadi-ticarət əlaqələrini daha da genişləndirməklə yanaşı, geosiyasi əhəmiyyət daşıyır. Bu amil həm də Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinə müsbət təsir göstərə bilər.
Dünyanın bir çox aparıcı dövlətlərinin də dəstəklədiyi bu layihənin gerçəkləşməsi isə rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən ləngiyir. Ermənistanın məqsədi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.
Türkiyəli nazirin mesajları ...
Qardaş Türkiyə də bu dəhlizin reallığa çevrilməsi üçün fəal təşəbbüslərlə çıxış edir. Bu günlərdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TGRT Haber” telekanalına müsahibəsində söyləyib ki, Qars şəhərini Naxçıvanla sərhəd olan İğdır vilayəti ilə birləşdirəcək dəmir yolunun tikintisi üzrə işlərə bu ilin sonunda başlamaq və beş il ərzində başa çatdırılması nəzərdə tutulur. Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək. Nazir xatırladıb ki, Türkiyənin şərqində 224 kilometrlik dəmir yolunun tikintisi üçün tender bu ilin əvvəlində elan edilib və hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır: “Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafədə tikinti işləri təxminən 5 il çəkəcək”. Nazir, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında dəmir yollarının tikintisinin başa çatdırılmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Layihə nə vaxt reallaşa bilər?
Türkiyəli nazirin fikrincə nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi 2028-2029-cu illərdə mümkün olacaq. “Bu marşrut Türkiyə və bütün region üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir”. O, Zəngəzur dəhlizinin dünya ticarəti üçün əhəmiyyətindən də bəhs edib, həmçinin Süveyş kanalında və Qırmızı dənizdə baş verən insidentlərlə əlaqədar qlobal ticarətdə yaranan riskləri vurğulayıb: “Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.
Abdulkadir Uraloğlunun sözlərindən də aydın olur ki, Zəngəzur dəhlizi
təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək.
Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa...
Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edir ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımdan daha yaxın və tariflərə görə də sərfəli hesab edilir. Azərbaycanın son illərdə Xəzərdə qurduğu müasir Ələt Beynəlxalq Ticarət limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan beynəlxalq hava limanlarının yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Bütün bunlar isə respublikamızın perspektivdə etibarlı tranzit ölkəsi kimi böyük həcmlərdə gəlirlər qazanmasına səbəb olacaq.
Bütövlükdə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir imkandır.
Nəzərə almaq lazımdır ki, Ermənistan da Zəngəzur dəhlizi vasitəsilə iqtisadi dividentlər qazana bilər. Lakin rəsmi İrəvan dəhlizin özü üçün nə qədər əhəmiyyətli olduğunu anlamır. Bu səbəbdən də ermənilər bu mövzuda əsassız və qeyri-ciddi bəyanatlar verirlər. Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi layihəsi” isə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Ona görə də, rəsmi İrəvan cılız iddialarından əl çəkməli və qazana biləcəyi iqtisadi dividentlərdən özünü məhrum etməməlidir. Əks təqdirdə, yalnız Azərbaycanla İran arasında razılaşdırılmış layihə icra olunacaq. Ermənistan isə dalan dövlət olaraq qalacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

