Azərbaycan Cənubi Qafqazın şəksiz lideridir
21.05.2024 [10:30]
Hikmət Hacıyevlə ABŞ rəsmiləri ölkəmizin əhəmiyyətindən danışıblar
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar dünya birliyi tərəfindən maraqla izlənməkdədir. Bunun nəticəsidir ki, bir çox dövlətlər və təşkilatlar son dövrlərdə Azərbaycanla əlaqələrin yeni mərhələsini yaratmaq, bu istiqamətdə real addımlar atmaq niyyətlərini ortaya qoyurlar. Azərbaycan isə hər zaman özünün çoxvektorlu siyasi kursuna sadiqlik nümayiş etdirib - dövlətimiz bütün ölkələrlə milli maraqlar və bərabərhüquqlu əsaslarda qarşılıqlı əlaqələrin qurulmasına tərəfdardır. Geniş spektrli əlaqələrin daha da inkişaf etdirilməsi isə bütövlükdə, Cənubi Qafqaz üçün yeni əməkdaşlıq perspektivləri formalaşdırır.
Hazırda dövlətimiz üçün əsas prioritet Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, o cümlədən Ermənistanla münasibətlərin normallşadırılmasıdır. Digət tərəfdən, mötəbər beynəlxalq tədbir olan COP29-un bu ilin noyabrında ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.
Hazırda hər iki istiqamət üzrə Azərbaycan beynəlxalq birliyin diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ABŞ-a səfəri zamanı bu məsələlər diqqət mərkəzində olub. Belə ki, Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Bu barədə Prezidentin köməkçisi X səhifəsindəki paylaşımında bildirib: “Ceyk Sallivanla çox məzmunlu görüş keçirdik. Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”. 2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan qarşıdakı mərhələdə regionda təhlükəsizlik arxitektirasının formalaşması istiqamətində addımlar atır. Bunu müşahidə edən dünya birliyi məsələnin mahiyyətini də obyektiv şəkildə dəyərləndirir. Azərbaycanın sülh üçün yaratdığı pozitiv imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məslənin real həllində maraqlı olan tərəflər həm də bu sülhün əbədiliyi və möhkəmliyi üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı və əbədi sülhü təbliğ edir. Bütün beynəlxalq aktorlar, o cümlədən da ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, pozitiv gündəliyə töhfə verilməsi birbaşa Azərbaycanın iştirakı ilə reallaşır. Bu isə qarşılıqlı tərəfdaşlığı daha da gücləndirən amil kimi çıxış edir.
Qeyd edək ki, səfər çərçivəsində Hikmət Hacıyev ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə də görüşüb. Prezidentin köməkçisi ABŞ Sülh İnstitutunda isə COP29, regional və qlobal məsələləri müzakirə edib.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22

