Azərbaycan Fransadan tələb edir!
02.05.2024 [10:30]
Rəsmi Parisin qərəzli siyasəti, separatizmə, işğalçıya dəstəyi bumeranq effekti verə bilər
Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Bu həmin Fransadır ki, hələ də Afrikada və dünyanın digər yerlərində bir sıra xalqları müstəmləkə altında saxlayır. Təbii ki, Azərbaycan bütün bunlara səssiz qalmır, həmin xalqların haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün dəstək verir.
Qəribədir ki, Qarabağdakı erməni separatçılarına həmişə dəstək vermiş rəsmi Paris Azərbaycanın əsarət altında saxlanılan xalqların hüquqlarının müdafiəsi istiqamətində atdığı addımları “separatizmin müdafiəsi” kimi təqdim edir. Belə ki, aprelin 29-da Fransanın daxili işlər naziri Jeral Darmanən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışıb, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya “separatçılığa dəstək verməkdə” “günahlandırıb”.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fransanın daxili işlər naziri Jeral Darmanənin ölkəmizə qarşı səsləndirdiyi əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik. Onun sözlərinə görə, Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran nazir unudur ki, məhz rəsmi Paris uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.
A.Hacızadə, həmçinin qeyd edib: “Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyan, onlara xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejimlə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur. Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhdi göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır. Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir”. “Bir daha Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı tələb edirik. Ölkəmizin milli maraqlarını qoruması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”-deyə, XİN rəsmisi vurğulayıb.
Əslində, Fransanın daxili işlər nazirinin “narahatlığı” anlaşılandır. Çünki Azərbaycan rəsmi Parisin bir sıra xalqlara qarşı repressiv siaysətinə qarşı çıxır, onların hüquqlarını fəal müdafiə edir. Son vaxtlarda Yeni Kaledoniyada keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq üçrəngli bayraq dalğalandırılır. Ötən ay Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin bir sıra görüşlər keçirib, Milli Məclislə əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənədin imzalanması Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq.
Həqiqətən də, Bakının təşəbbüsü ilə Fransanın müstəmləkəçi siyasətinə qarşı keçirilən tədbirlər beynəlxalq müstəvidə rezonans doğurur. Bu tədbirlər təkcə ölkəmizdə deyil, müxtəlif ölkələrdə beynəlxalq konfranslar formatında keçirilir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə rəsmi Parisin qanlı siyasətindən əziyyət çəkən xalqların nümayəndələri fəal iştirak edirlər. Beləliklə, Fransa nekolonializminə qarşı başlanan beynəlxalq hərəkat genişlənir bu hərəkatın məhz Bakıdan başlaması təkzibolunmaz reallıqdır. Fransa anlamalı idi ki, qərəzli siyasəti, separatizmə, işğalçıya dəstəyi bumeranq effekti verə bilər. Bu ölkə öz maraqları üçün qeyri-konstruktiv mövqeyini davam etdirsə də, planları həmişə iflasa uğrayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

