İlk və tarixi uçuş...
27.04.2024 [10:25]
Azərbaycan Prezidenti Füzulidən beynəlxalq səfərə yola düşüb
Azərbaycan Prezidenti İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib. Səfər Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə reallaşıb. Bu səfərlə bağlı bir mühüm məqam isə xüsusi diqqət çəkir. Bu da Prezident İlham Əliyevin növbəti xarici səfərə işğaldan azad olunmuş ərazilərdən - postmüharibə mərhələsində sürətlə bərpası həyata keçirilən Füzuli şəhərindən yola düşməsidir. İlk dəfədir ki, dövlətimizin başçısı Füzuli Hava Limanından beynəlxalq səfərə gedib.
Qalib Azərbaycanın niyyəti və gücü
Müharibədən və pandemiyadan çıxmış ölkənin yenə də öz imkanları hesabına bu cür nəhəng infrastruktur yaratması ölkəmizin niyyətini və gücünü bütün dünyaya nümayiş etdirir. Niyyətimizi dövlətimizin başçısı müxtəlif auditoriyalarda dəfələrlə bəyan edib: İşğaldan azad edilmiş ərazilərimiz dünyanın ən gözəl, cənnət məkanına çevriləcək. Çevrilir də. Bəhs olunan ərazilərin siması demək olar ki, hər ötən gün dəyişir. Müasir infrastruktur yaradılır, yollar salınır, su, elektrik xətləri çəkilir, qazlaşdırma ilə bağlı layihələr hazırlanır. Yerlə-yeksan edilmiş ərazilərdə müasir yanaşmalar əsasında kəndlər, şəhərlər salınır. Bir sözlə, Qarabağa onun əsl sahibləri, canıyananları gəliblər və ora soydaşlarımızın ilk köçü başlayıb.
İşğaldan azad olunmuş ərazilərdə göülən ən mühüm işlərdən biri isə burada üç hava limanının yaradılmasıdır. Artıq Füzulidə, Zəngilanda inşa olunan hava limanları istismara verilib. Laçın Hava Limanının tikintisi isə sürətlə davam etdirlir. İşğaldan azad olunmuş ərazilərdə Füzullidə, Zəngilanda və Laçında olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən reylef şəraitinə malikdir. Xüsusilə qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoymaq, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gedib-gəlmək imkanları yaradır.
İşğaldan azad edilmiş ərazilərdə hava limanlarının inşasının önəmini şərtləndirən digər bir mühüm amilə diqqət yetirək. Qalib Azərbaycan Şərqi Zəngəzuru regional haba çevirmək niyyətindədir. Söhbət əslində, regionda yaranan yeni reallıqlardan, Xəzər-Qara dəniz hövzələri və daha geniş coğrafiyada formalaşacaq əlverişli, rəqabətqabiliyyətli daşıma-logistika-tranzit imkanlarından gedir. Bu, bölgənin bütün dövlətləri üçün böyük iqtisadi üstünlük deməkdir. Şübhəsiz ki, yeni reallıqların formalaşmasında Azərbaycanın rolu və mövqeyi aparıcıdır. Ölkəmiz Avrasiya məkanında cəlbedici nəqliyyat dəhlizinin formalaşmasında dominantlıq mövqeyini mükəmməl infrastruktur yaratmaqla möhkəmləndirmək istəyir. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək hava limanları yeni yaradılacaq Zəngəzur dəhlizinin çox mühüm həlqələrini təşkil edəcək. Dünyanın dörd bir tərəfindən yeni aeroportlara çatdırılacaq yüklər buradan digər beynəlxaq səviyyəli marşrutlara istiqamətləndiriləcək.
Başqa aktual bir məsələ daxili daşımalarla bağlıdır. İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin genişlənməsi ilə əlaqədar oraya daha böyük həcmlərdə yüklərin çatdırılmasının zəruriliyi getdikcə artır. Hava limanları bu tələbatı qarşılayacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayacaq və yaxud Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Ağdamı görmək, turist kimi bu yerlərə səfərlərə getmək istəyən insanlar üçün rahat gediş-gəliş imkanı yaranıb.
İşğaldan azad olunmuş ərazilərdə üç hava limanının inşası, həmçinin hərbi nöqteyi-nəzərdən də çox önəmlidir. Müharibə başa çatandan sonra Azərbaycan dövlət sərhədləri boyunca yeni zastavalar inşa edir. Onlardan bir neçəsi Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni tikilən aeroportlar sərhəd bölgələrimizə hərbi təyinatlı yüklərin operativ qaydada çatdırılmasını təmin edəcək.
Qarabağın ilk hava qapısı
Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
Qeyd edək ki, açılışdan sonra Füzuli Beynəlxalq Hava Limanına və oradan digər istiqamətlərə uçuşlar uğurla baş tutur. Füzuli Hava Limanı azad Qarabağımızın ilk hava qapısıdır. Dövlət başçımızın növbəti beynəlxalq səfərinə paytaxtdan deyil, məhz Füzulidən yola düşməsi son dərəcə qürurvericidir. Bir vaxtlar biz bunu təsəvvürümüzdə belə canlandıra bilməzdik. İndi isə dünya azərbaycanlıları möhtəşəm hadisələrin sevincini və qürurunu yaşayırlar...
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54

