Erməni keşişlər revanşist siyasətçi rolunda...
09.04.2024 [10:25]
Qazax rayonunun Ermənistanın işğalı altında olan dörd kəndinin Azərbaycana qaytarılması məsələsi aktuallaşdıqdan sonra erməni cəmiyyətində aqressiya da artmaqdadır. Bu məsələ rəsmi şəxslər, siyasətçilərlə yanaşı erməni keşişlərini də siyasətdə “fəallaşmağa” sövq edib. Belələrindən biri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır. Qalstanyan Müqəddəs Məryəmin anım günü - ibadət zamanı sərhəd kəndlərinin sakinlərinə müraciətində revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb. “Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrildi”-deyən, keşiş iddia edib ki, sərhəddə yerləşən məbəd Allahın himayəsinə şəhadət verir, həm də həyatımızın dirilməsinin simvoludur. “Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır. Həyatımız burada başlayır, amma burada bitmir. O, dirilmə yolunda sınaqlardan keçəcək”-deyə keşiş söyləyib.
Yeri gəlmişkən, bu, həmin Qalstanyandır ki, revanşist olması ilə qürur duyduğunu demişdi. Hələ ötən ilin dekabrında o, revanşist olması ilə bağlı bu cür öyünmüşdü: “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”. Qalstanyan ötən ay isə Ermənistan hökumətini tənqid etməklə və qorxaq adlandırmaqla da gündəmə gəlmişdi. “Tavuş bölgəsində 4 kəndin təslim edilməsi ilə bağlı bəyanat təkcə düşmən tələbi deyil, həm də təəssüf ki, Ermənistan hökumətinin, onun rəhbərinin zəifliyinin və açıq şəkildə deyə bilərəm ki, vətən mərhəmətinin olmaması psixologiyasının ifadəsidir”-deyən, keşiş Paşinyan və komandasına belə üsyan etmişdi: “Aldığın mirası unutmaq və ya özününkü hesab etməkdən qorxmamaq üçün ya kor olmalısan, ya da mürtəd olmalısan, özün üçün ayağa qalxa bilməsən. Bütün bu prosesdə bizə daim xəyanət və rədd cavabı verildiyini desəm, sizə sirr deməyəcəyəm. Bu, “Artsax” sülhü ilə başladı, ondan imtina, depatriasiya addım-addım davam edir. Bu müddət ərzində biz yalan adı ilə yaşamışıq, yaşayırıq, ?ətənimizdən əl çəkmişik, torpağı təslim etmişik və bu gün də bizi qorxudurlar ki, bunu etməsək, müharibə olacaq”.
Bütün bunlar təsdiqləyir ki, Azərbaycanın sülh çağırışları qarşılığında Ermənistanda revanşizm meyllər güclənməsi ilə diqqət çəkir. Nə qədər qəribə görünsə də, məğlub ölkədə yeni müharibə, azərbaycanlılara nifrət çağırışları edənlərin ideoloqları rolunda din xadimləri, keşişlər, katalikoslar çıxış edirlər. Din xadimləri revanşistlərə qoşularaq, Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi çağırışları edirlər ki, tərəflər arasında sülh sazişi imzalanmasın. Hətta bir müddət öncə Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan bəyanatla çıxış edərək təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırmaqdan da çəkinmədi: “Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”.
Ümumiyyətlə, tarixən Ermənistan ilə Azərbaycan arasında yaranan qarşıdurmalarda hər zaman xüsusi rol oynayan erməni kilsəsi indiki mərhələdə də özünün qara niyyətindən əl çəkmək istəmir. Qeyd etdiyimiz kimi, onlar artıq uzun müddətdir ki, sülhün bərqərar olmasına, sabitliyin formalaşmasına qarşı qəti mövqe ilə çıxış edir, sülh prosesinə növbəti dəfə zərbə vurmaqdan ötrü cəmiyyətdə revanşizm hisslərini qızışdırır, itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağırışlar edirlər. Əslində, din hər zaman birləşdirici və sülhyaradıcı funksiyası ilə tanınıb. Erməni kilsəsinin bu qızışdırıcı, müharibəyə təhrik edən mövqeyi isə heç bir dinlə, müqəddəsliklə uzlaşmır. Əksinə, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın son vaxtlar radikal çıxışları da bunu təsdiqləyir.
NARDAR
Xəbər lenti
Hamısına baxFormula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31

