/ / Elnur Aslanov: Azərbaycanlı gənclər ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır
Elnur Aslanov: Azərbaycanlı gənclər ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır
02.04.2012 [23:11]
- Elnur müəllim, ASAIF-in növbəti beynəlxalq konfransı haqda nə deyə bilərsiniz?
- Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun Macarıstan Respublikasının parlamentində keçiriləcək “Mən gənc səfirəm” adlı beynəlxalq konfransı azərbaycanlı gənclərin xarici ölkələrdə keyfiyyətli təhsil almaları ilə yanaşı, fəaliyyət imkanlarının yenidən dəyərləndirilməsini nəzərdən keçirəcəkdir. Konfransın rəsmi açılışında Macarıstan parlamentinin vitse-spikerinin, Macarıstan Milli Ehtiyatlar Nazirliyinin dövlət katibinin çıxışları gözlənilir. Tədbir müxtəlif mövzuları, xüsusilə xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor və lobbiçilik fəaliyyətinin formalaşdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu, Azərbaycanın gələcək inkişafında insan kapitalının əhəmiyyəti, gənclərin fəallıqlarının artmasında sosial şəbəkələrin və KİV-lərin rolunu əhatə edən panellərdə öz işini davam etdirəcəkdir. Hər bir mövzu üzrə təyin edilən məruzəçinin çıxışı və geniş müzakirələr nəzərdə tutulmuşdur. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin deputatları, media nümayəndələri və özəl şirkətlərin rəhbərləri iştirak edəcəklər.
- Sizin bu konfransdan gözləntiləriniz nədir?
- Bilirsiniz, Azərbaycan müstəqilliyini 20 ildir ki, bərpa etmiş və bu illər ərzində çətin sınaqlardan keçmişdir. Qonşu Ermənistanın təcavüzkar siyasəti, erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyəti, beynəlxalq birliyin nümayiş etdirdiyi ikili standartlar, əlbəttə, bütün bunlar təəssüf hissi doğurur. Bu gün Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı, regional inkişafın əsas aparıcı qüvvəsidir. Azərbaycanın malik olduğu geniş imkanlar onun xarici siyasətini zəruri vasitələrlə təmin etmiş, fəaliyyət imkanlarını genişləndirmişdir. Eyni zamanda, daimi tərəqqidə olan müasir dünyanın tələblərinə uyğun olaraq, Azərbaycan gələcək inkişafının möhkəm özüllər üzərində qurulmasını təmin etmək məqsədilə “neft kapitalının insan kapitalına çevrilməsi” prosesinə başlayıb və onu uğurla davam etdirir. Dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı gənclər ölkəmizin bugünkü uğurlu inkişafının sabah ehtiyac duyacağı əsas kadrlardır. Digər tərəfdən, bu, azərbaycanlı gənclərin malik olduğu təhsil baqajı, onların beynəlxalq arenada, xüsusilə öz ixtisaslarına uyğun olan sahələrdə rəqabətədavamlı kadr kimi formalaşmasını təmin edir. Bu isə o deməkdir ki, onlar seçim edib təhsil aldıqları ölkədə də qalıb işləyə bilərlər. Belə olan halda biz onları itirmirik, onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış oluruq. Hər bir insan müxtəlif məkanlarda yaşaya bilər, lakin o hər zaman əcdadlarının milli-mədəni irsinə, yaşadığı vətənə daim bağlılıq hiss edir. Bu, təbii bir hisdir, onu heç kim və heç bir qüvvə sındıra bilməz. öz məqsədlərinə nail olmaqla, onlar ümumi işə töhfə vermiş olurlar.
Qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan dövlətinin uzunmüddətli strategiyası, onun inkişaf etmiş iqtisadi sistemə əsaslanan rifah dövlətinin qurulmasına və beynəlxalq arenada mövqeyinin güclənməsinə xidmət edir. Bu gün isə konkret olaraq azərbaycanlı gənc tələbələr öz fəaliyyətləri ilə Azərbaycanın təbliğatçılarına çevrilir, onun haqlı mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına kömək edirlər. Avropanın müxtəlif ölkələrində təhsil alan 300-ə yaxın azərbaycanlı tələbənin qatıldığı hazırkı konfransı bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirirəm.
- Konfransdan öncə gənc tələbələrə və tədbirdə iştirak edəcək gənclərə hansı mesajları vermək istəyirsiniz?
- İlk mesajım, əlbəttə, Azərbaycan dövlətinin onlara göstərdiyi inam və etibarı doğrultmaq, təhsildə əldə etdikləri nailiyyətlərlə bizi sevindirməkdir. Onların əsas məqsədi yüksək keyfiyyətli təhsil almaqdır. Biz də bunu gözləyirik. İkinci mesaj isə ondan ibarətdir ki, tələbələr öz təhsilləri ilə yanaşı, asudə vaxtlarından səmərəli istifadə edərək, təşkilatlanma işini bir daha nəzərdən keçirməlidirlər. Onların öz maraq dairələrini əhatə edən sahələrdə Azərbaycan haqqında məlumatların yayılmasına töhfə vermək imkanları da müzakirə edilməlidir. Hazırda sosial şəbəkələr çoxsaylı insanların öz fikir və düşüncələrini, baxışlarını və müxtəlif məlumatları paylaşdığı məkana çevrilmişdir. Düşünürəm ki, azərbaycanlı tələbələr təhsil aldıqları ölkələrdə keçirilən elmi tədbirlərdə fəal iştirak etməli, Azərbaycan ilə bağlı müxtəlif mövzularda çıxış etməli, elmi məqalələr və əsərlər yazmalı, bilik və savadları ilə digər tələbələr üçün nümunə olmalıdırlar. Dünyanın bir çox ölkələrində Azərbaycan ilə bağlı informasiya qıtlığı vardır. Yazılan məqalələrin sayı azdır, bəziləri isə qərəzli şəkildə ermənipərəst müəlliflər tərəfindən qələmə alınmışdır. Azərbaycanlı gənc tələbələr bu məsələyə həssaslıqla yanaşmalı, həmin boşluğu doldurmaq üçün əllərindən gələni etməlidirlər. Onlar öz elmi potensiallarını vətənləri haqqında dolğun yazılara sərf etməli, növbəti tədqiqatlar üçün münbit zəmin yaratmalıdırlar. Elə etmək lazımdır ki, onlardan sonra gələn tələbələr və yaxud yerli tədqiqatçılar informasiya qıtlığından şikayət etməsinlər. Biz bu gün addım-addım öz yolumuzu təyin etməliyik. Keçiriləcək konfrans bu məsələləri tələbələrlə birgə müzakirə edəcək və onlara tövsiyələrini verəcəkdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

