Bakı beynəlxalq humanitar forumu bir növ intellektual Davosa çevrilə bilər
05.10.2011 [10:39]
Bakı beynəlxalq humanitar forumu bir növ intellektual Davosa çevrilə bilər. Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu fikri oktyabrın 10-11-də Bakıda keçiriləcək foruma hazırlıq məsələsini şərh edərək söyləyib.
- Mixail Yefimoviç, foruma hazırlıq işləri son mərhələdədir, panel diskussiyalarının mövzuları, iştirakçıların tərkibi və tədbirlərin proqramı artıq məlumdurmu?
- Bütün işlər nəzərdə tutulan plan üzrə gedir. Təbii ki, bütün panellərin iştirakçıları müəyyən edilmişdir. Bunlar çox maraqlı tanınmış insanlardır. Hazırda biz panel problemini detallaşdırırıq. Bu işlə riyaziyyatçılar məşğuldur, lakin bütövlükdə hər şey hazırdır. Zənnimcə, bu forum çox maraqlı və bir sıra cəhətlərə görə ibrətamiz olacaqdır.
- İki ölkənin Prezident administrasiyalarının rəhbərləri - Ramiz Mehdiyev və Sergey Narışkin bu hadisəyə hazırlıqla əlaqədar Moskvada keçirilmiş işgüzar görüşdə qeyd etmişdilər ki, bu forum müəyyən mənada unikal olacaq, əvvəlkindən fərqlənəcək, tədbirdə çoxlu maraqlı adamlar iştirak edəcəklər. Bəzi iştirakçıların adlarını deyə bilərdinizmi?
- Əlbəttə, orada mədəniyyət sahəsini təmsil edən Sofi Lorendən başlamış Andron Konçalovskiyə qədər çox məşhur şəxslər olacaqdır. Bundan əlavə, foruma görkəmli riyaziyyatçılar, fiziklər, bioloqlar, filosoflar, ictimai xadimlər də gələcəkdir.
Rusiyanı rəsmi səviyyədə RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin təmsil edəcəkdir. O, Rusiya Prezidenti Dmitri Medvedevin forum iştirakçılarına təbrikini çatdıracaqdır. Bundan əlavə, həmin forum çərçivəsində Rusiya və Azərbaycan prezidentlərinin kitabları təqdim ediləcəkdir. Həmin kitablarda onların humanitar məsələlərə dair məqalələri toplanmışdır.
- Bu forum ölkələrimizin mədəniyyətlərinin yaxınlaşması üçün xüsusi bir format kimi nəzərdə tutulmuşdur. Azərbaycan və Rusiya prezidentlərinin patronajı isə bu tədbirə xüsusi əhəmiyyət verəcəkdir. Siz Azərbaycanın mədəni siyasətini necə qiymətləndirirsiniz və bu forum ölkələrimiz arasında bu sahədə qarşılıqlı münasibətlərin inkişafına necə təsir göstərəcəkdir?
- ümumiyyətlə, mən belə hesab edirəm ki, Azərbaycanla Rusiyanın təkcə mədəniyyət sahəsində deyil, həm də siyasət və iqtisadiyyat sahələrində əlaqələri çox yaxşıdır. Aydındır ki, hər şey daha yaxşı ola bilər, lakin mənim fikrimcə, əlaqələrimiz yüksək səviyyədədir və bizim əməkdaşlığın ruhuna yüksək dərəcədə uyğundur. Prezidentlərimiz bir-biri ilə çox yaxşı ünsiyyət saxlayırlar. Bu da ölkələrimiz arasında münasibətlərdə baş verən dəyişikliklərin çox mühüm göstəricisidir.
- Bu gün Azərbaycan müxtəlif beynəlxalq, o cümlədən mədəniyyətlə əlaqədar tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Sizin fikrinizcə, Bakı humanitar forumu həmin tədbirlər arasında hansı yeri tutur?
- Hesab edirəm ki, Bakı forumu bir növ intellektual Davosa çevrilə bilər. Məncə, prezidentlər - Dmitri Medvedev və İlham Əliyev bu tədbiri öz nəzarətləri altına götürərkən məhz bu mövqedən çıxış etmişlər. Mənə belə gəlir ki, insanların elmi, iqtisadi, sənaye ilə bağlı fəaliyyətinin humanitar aspektlərini müzakirə etmək cəhdi bu gün dünyada mövcud vəziyyətin qiymətləndirilməsinə kifayət qədər yeni yanaşmadır. Digər tərəfdən, forumda dünya birliyində intellektual mühitə yüksək dərəcədə təsir göstərən insanların toplaşacağını nəzərə alsaq, məncə, bu forum həm Bakı, həm də Moskva üçün çox maraqlı və əhəmiyyətli olacaqdır.
- Sonuncu sual. Bu günlərdə Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edir. Siz Azərbaycanın bu illər ərzində qazandığı uğurları necə qiymətləndirirsiniz?
- 20 il ərzində Azərbaycan çox böyük yol keçmişdir. Biz bilirik ki, Sovet İttifaqı dağılandan sonra bu respublika fəlakət həddində idi və şükürlər olsun ki, Heydər Əliyevin və Onun məsləkdaşlarının müdrikliyi və əzmkarlığı sayəsində fəlakətin qarşısını almaq mümkün olmuşdur. Mən bütün sonrakı illərdə Azərbaycanda baş verən hadisələri müşahidə etmək şərəfinə nail olmuşam. Bu proseslər ölkə rəhbərliyinin - Ulu öndər Heydər Əliyevin, indiki dövlət başçısı İlham Əliyevin iradəsinə, Azərbaycan xalqının ləyaqətlə, alnıaçıq, üzüağ yaşamaq, gələcək haqqında düşünərək yaşamaq əzminə uyğun inkişaf edir. Mən çoxmillətli gözəl Azərbaycan xalqını Azərbaycanın müstəqilliyin bərpa edilməsinin 20 illiyi münasibətilə məmnuniyyətlə təbrik edirəm və ona gələcəkdə də firavanlıq, dünya birliyində məhəbbət və hörmət arzulayıram. Rusiya Azərbaycanın, Azərbaycan xalqının sadiq dostudur. Əminəm ki, bütün azərbaycanlılar bunu bilir və ümid edirəm ki, bu dostluq əbədi olacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06

