/ / Azərbaycan dövləti və xalqı işğaldan azad olunmuş ərazilərə həyat qaytarmaqla dünyaya çox önəmli bir mesaj verəcək
Azərbaycan dövləti və xalqı işğaldan azad olunmuş ərazilərə həyat qaytarmaqla dünyaya çox önəmli bir mesaj verəcək
14.09.2021 [09:32]
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ramin müəllim, Vətən müharibəsinin ildönümü ərəfəsindəyik. Müharibə şübhəsiz ki, çox böyük dəyişikliklərə səbəb oldu. Sizcə, ötən bir ilə nəzər salanda hansı əsas məqamları qeyd etmək olar?
- Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan xalqının və Ordusunun qazandığı tarixi zəfərin əhəmiyyətini bir çox aspektdən qiymətləndirmək mümkündür. İlk növbədə, əlbəttə ki, Azərbaycan ədaləti bərpa etdi, 30 illik işğala son qoydu. Bu, yeni bir tarixi mərhələnin başlaması deməkdir. Azərbaycan xalqı üçün bu qələbənin mənəvi-psixoloji əhəmiyyəti olduqca yüksəkdir. Yüzminlərlə məcburi köçkün 30 ildən sonra öz doğma torpağına qayıtmaq imkanı əldə etdi. Şübhəsiz ki, hər bir müharibə həm də yeni iqtisadi və geosiyasi reallıqların yaranması ilə nəticələnir. Bu, daha yaxşı perspektivlər və ya daha çətin şərtlər də ola bilər. Bu mənada, Azərbaycanın müharibədə qazandığı zəfərin əhəmiyyəti həm də ondan ibarətdir ki, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin - əməkdaşlıq, inkişaf, sülh və sabitlik dövrünün başlaması üçün heç vaxt olmadığı qədər əlverişli şərtlər formalaşıb. Regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası, qarşılıqlı faydalı əməkdaşlıq zəncirinin qurulması - bütün bunlar nəinki Azərbaycanın, eləcə də regionun bütün xalqlarının, bölgədə fəal siyasət yürüdən böyük dövlətlərin də maraqlarına cavab verir. Bu, kifayət qədər yeni bir konfiqurasiyadır. Tarixən maraqların konfrontasiya məkanı kimi tanınan bir coğrafiyada indi fərqli bir reallıq mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanın təklif etdiyi gündəliyi bir çox ölkələr dəstəkləyir. Son günlər Ermənistandan səslənən bəzi mesajlar da onu deməyə əsas verir ki, İrəvanda da reallığı müəyyən dərəcədə düzgün qiymətləndirmək meyilləri var.
Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi anlayışı tarixə qovuşub. Əslində, cənab Prezidentin söylədiyi bu fikir yeni geosiyasi və tarixi reallıqların məğzini daha dərindən anlamağa imkan verən dərin siyasi məzmuna malik ciddi bir tezisdir. Elə bir tezis ki, Cənubi Qafqazdakı proseslərin bütün aktorları bu tezisi yeni situasiyanın formulu kimi qəbul edirlər. Hesab edirəm ki, biz müharibədən sonrakı dövrü bugünkü siyasi, iqtisadi, hərbi, demoqrafik şərtlər kontekstində təhlil etsək, gələcək haqqında nikbin düşünmək üçün nə qədər ciddi əsasların olduğunu daha aydın görə bilərik. Bugünkü situasiya birdən-birə formalaşmayıb, məhz Azərbaycan Prezidentinin illər ərzində apardığı düşünülmüş siyasət regionda hərbi, siyasi və iqtisadi balansı Azərbaycanın xeyrinə dəyişdi, həm də bir neçə dəfə. Digər tərəfdən, məhz dövlət başçımızın həyata keçirdiyi xarici siyasət kursu bizim dünyada etibarlı tərəfdaş kimi tanınmağımıza səbəb oldu. Çoxqütblü dünyanın formalaşmaqda olduğu, bir çox böyük dövlətlərin maraqlarının müxtəlif coğrafiyalarda toqquşduğu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə etibarın xeyli dərəcədə sarsıldığı indiki mərhələdə Azərbaycanın belə bir imic qazanmasının nə qədər çətin, eyni zamanda, nə qədər vacib olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur. Müharibə dövründə baş verən bir çox hadisələr, müxtəlif dövlətlərin məsələyə münasibəti, habelə beynəlxalq təşkilatlar çərçivəsində aparılan bəzi müzakirələrin nəticələrini təhlil edərkən, bir daha əmin oluruq ki, Azərbaycanın xarici siyasət strategiyası kifayət qədər dəqiq hesablamalar əsasında qurulub. Bir daha vurğulamaq istərdim ki, beynəlxalq münasibətlərin indiki mürəkkəb şərtlərində buna nail olmaq çox çətindir.
- Müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb. Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir, bu prosesi bilavasitə diqqət mərkəzində saxlayır. Necə düşünürsüz, işğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycana siyasi anlamda hansı yeni dividendlər gətirəcək?
- İşğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq işləri bu torpaqların əsl sahiblərinin kim olduğunu bir daha dünyaya nümayiş etdirir. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması, 30 il işğal altında qalmış ərazilərdə həyatın yenidən canlanması Azərbaycan xalqı üçün son dərəcə mühüm əhəmiyyətə malik bir məsələdir. Bu tarixi proseslərin və xeyli dərəcədə də Azərbaycana 90-cı illərdə rəhbərlik etmiş bəzi siyasi qüvvələrin bizə miras buraxdığı ağrılı bir problemin həlli deməkdir. Bu, Azərbaycanın gündəminin dəyişməsi deməkdir. Lakin bu həm də o deməkdir ki, heç bir işğal, təcavüz Azərbaycan xalqının iradəsini, əzmini sındıra bilməz. Əlbəttə ki, bərpa-quruculuq işlərindən sonra Azərbaycan iqtisadiyyatı üçün əlavə gəlir mənbələri yaranacaq, dövlətimizin gücünün artmasına imkan verən yeni resurslar mövcud olacaq. Bir çox iqtisadi, sosial, demoqrafik problemlərin həlli üçün daha yaxşı şərtlər formalaşacaq. Ən mühüm məsələlərdən biri isə bundan ibarətdir ki, Azərbaycan dövləti və xalqı işğaldan azad olunmuş ərazilərə həyat qaytarmaqla dünyaya çox önəmli bir mesaj verəcək. Çünki bu proses həm də bizim nələrə qadir olduğumuzu, Azərbaycan dövlətinin gücünü dünyaya bir daha nümayiş etdirmək imkanıdır. Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbə bu gün dünyanın bir çox beyin mərkəzlərində təhlil olunur, öyrənilir. Azərbaycan kimi kiçik ölkələrin dünyanın marağını cəlb edən hərbi uğurlara nail olmasına dair çox az fakt var. Bu mənada, bizim qələbəmizin miqyası kifayət qədər böyükdür. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində gedən işlərin keyfiyyəti və sürəti bizim daha bir nümunə ortaya qoya biləcəyimizi proqnozlaşdırmağa əsas verir. Qısa müddətdə bu ərazilərdə infrastrukturun bərpası istiqamətində çox böyük işlər görülüb. Təkcə Füzulidə yeni hava limanının açılması dövlətin bu istiqamətdə fəaliyyətinin miqyasını qiymətləndirmək üçün kifayətdir. Regionun nəqliyyat infrastrukturunun bu qədər sürətlə qurulması onu göstərir ki, qarşıda çox ciddi hədəflər var, bu hədəflərə nail olmaq üçün resurslar da, siyasi iradə də mövcuddur.
- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın qarşısında bu gün böyük hədəflər, vəzifələr var. Necə düşünürsünüz, bu hədəflərə nail olmaq üçün Azərbaycan gənclərinin üzərinə hansı vəzifələr düşür?
- 44 günlük Vətən müharibəsində qazanılmış tarixi zəfərdə Azərbaycan gəncliyinin imzası var. Cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, bu tarixi qələbədə böyük qəhrəmanlıq və şücaət göstərən oğullarımız, əsasən, gənclər idi. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması Azərbaycan dövlətinin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Möhtərəm Prezidentimiz yeni təyin olunan gənclər və idman nazirini qəbul edərkən də qeyd etdi ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. Hesab edirəm ki, bu fikir Azərbaycan gəncliyinin fəaliyyətinin, həyata baxışının əsas motivini təşkil edəcək. Bugünkü gəncliyin bəxti həm də onda gətirib ki, onlar qalib ölkənin vətəndaşlarıdırlar. Bu, tarixi kontekstdə baxdıqda böyük üstünlükdür, eyni zamanda, gələcək üçün həm də böyük məsuliyyətdir. Çünki bayaq da vurğuladığımız kimi, bizim qarşımızda böyük hədəflərimiz var. Hər bir Azərbaycan gənci bu hədəflərə nail olmağa öz töhfəsini verməlidir. Bunun üçünsə qazandığımız zəfərin əhəmiyyətini, miqyasını, yaratdığı yeni reallıqları düzgün təhlil edib qiymətləndirməyi bacarmalıdırlar. Azərbaycan Prezidentinin söylədiyi fikirlər əslində, müharibədən sonrakı dövr üçün dövlət gənclər siyasətinin mahiyyətini ifadə edir. Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclər dövlətimizin daha da güclü olması, sosial-iqtisadi inkişafı, hərbi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi üçün bütün imkanlarından istifadə etməlidir. Hansı sahədə çalışmağın, hansı peşə sahibi olmağın o qədər də əhəmiyyəti yoxdur. Ən əsas məsələ özünü qalib ölkənin vətəndaşı kimi hiss etmək və həyatını buna uyğun qurmağı bacarmaqdır.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

