/ / Mübariz Qurbanlı: Seçki Məcəlləsinə hazırkı düzəlişlər texniki xarakterlidir və onun ciddi ekspertizasına ehtiyac görmürəm
Mübariz Qurbanlı: Seçki Məcəlləsinə hazırkı düzəlişlər texniki xarakterlidir və onun ciddi ekspertizasına ehtiyac görmürəm
10.06.2010 [01:57]
- Belə bir layihənin irəli sürülməsi hansı zərurətdən doğurdu?
- Azərbaycanda keçirilən seçkilər və seçkidən sonrakı proses müəyyən təcrübəni ortaya qoyur. Biz Seçki Məcəlləsinə zaman-zaman müxtəlif dəyişikliklər, əlavələr edirik. Seçki Məcəlləsi ATƏT-in, Avropa Şurasının müvafiq qurumları ilə birgə müzakirələr nəticəsində hazırlanıb və Milli Məclis onu qəbul edib. Başqa ölkələrdə keçirilən seçkilərin də təcrübəsi nəzərə alınır. Dünyada seçki kampaniyalarının gedişi ilə bağlı müxtəlif yeniliklər ortaya çıxır. İndiki şəraitdə seçki kampaniyasının uzun müddət aparılması seçiciləri yorur. Namizədlər üçün də təşviqat kampaniyasının uzun olması əlverişli deyil. Bu gün texnoloji baxımdan böyük yeniliklər ortaya çıxıb. KİV, media, müxtəlif formalarda internetdən istifadə seçki kampaniyasını müasirləşdirməyi tələb edir. Avropa Şurasına, ATƏT-ə daxil olan ölkələrin seçki kampaniyalarını geniş təhlil etdikdən sonra Azərbaycanda seçki müddətinin həddindən artıq uzun olduğunu gördük. Elə ölkələr var ki, orda seçki kampaniyasına 35, yaxud 40 gün vaxt ayrılır. Söhbət yalnız təşviqat kampaniyasından deyil, namizədlərin irəli sürülməsi, qeydiyyata alınması və təşviqat kampaniyasının həyata keçirilməsi müddətinin cəmindən gedir.
- Konkret hansı ölkələri misal çəkə bilərsiniz?
- Misal üçün, İspaniyanı, Almaniyanı, Fransanı, Böyük Britaniyanı. Gürcüstanda seçki kampaniyasının müddəti bizim layihədə müəyyən etdiyimiz müddət qədərdir. Ukraynada, Baltikyanı ölkələrində də bu müddət ya 60 gündür, ya da bir qədər azdır. Böyük əraziyə malik olan Rusiyada isə müddət 80 gündür. Avropa Şurasına, ATƏT-ə daxil olan ölkələr sırasında Azərbaycan seçki müddətinin uzunluğuna görə ilk onluqda yer tutur. Seçki kampaniyaları seçkilərin kulminasiya nöqtəsi hesab olunur. Seçkilərə isə bir qayda olaraq təsadüfi adamlar qatılmır. Siyasi baxımdan yetişmiş, siyasi proseslərdə müəyyən təcrübə toplamış şəxslər namizədliklərini irəli sürürlər. Biz seçki kampaniyası müddətini 75 gündən 60 günə endirəndə bunu da nəzərə alırıq. Bu təklifin məqsədi yalnız və yalnız seçkinin optimal müddətdə reallaşdırılmasına, kampaniyanın daha yüksək səviyyədə aparılmasına və onun yorucu xarakter almamasına nail olmaqdan ibarətdir. Təklif etdiyimiz düzəlişlər seçkilərin azad, ədalətli, bərabər keçirilməsinə heç bir mənfi təsir göstərməyəcək, əksinə, yardım edəcək.
Məlumdur ki, seçki kampaniyası zamanı müəyyən vəsait xərclənir. Bu prosesin həyata keçirilməsi üçün dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına müəyyən miqdarda vəsait ayrılır, məntəqə və dairə seçki komissiyalarının fəaliyyəti maliyyələşdirilir. Namizədlərə təşviqat məqsədi üçün ayrıca vəsait ayrılmasına isə ehtiyac yoxdur. özü də nəzərə alsaq ki, həmin vəsait iri həcmdə deyil, söhbət 200 manatdan gedir. Ona görə də biz belə bir vəsaitin ayrılması təcrübəsinin aradan qaldırılmasına tərəfdarıq. ümumiyyətlə, Azərbaycanda Mərkəzi Seçki Komissiyasının namizədlərə təşviqat üçün ayırdığı vəsaitlərlə bağlı mənfi tendensiyanın şahidi olmuşuq. Bəzi şəxslər seçkiyə qatılaraq kampaniya zamanı dövlətdən aldıqları vəsaiti xərcləyirlər, 3 faizlik baryeri keçə bilməyəndə isə vəsaiti geri qaytarmırlar. Halbuki, qanuna görə, 3 faizlik baryeri keçə bilməyən namizəd sözügedən vəsaiti dövlətə qaytarmalıdır.
- İrəli sürdüyünüz layihəyə hansı beynəlxalq təşkilatdan rəy almısınız, onu hansı beynəlxalq qurumun eksperizasından keçirmisiniz?
- Biz hər qanunumuzu hər dəfə xarici ekspertizadan keçirsək, ölkəmizin suverenliyinə hörmətsizlik etmiş olarıq. Elə qanunlar var ki, onları beynəlxalq təşkilatların ekspertizasından keçirməyə ehtiyac duyulur. Amma Seçki Məcəlləsinə hazırki əlavə və dəyişikliklər layihəsi texniki xarakterli bir düzəlişdir və bu səbəbdən onun ciddi ekspertizasına ehtiyac görmürəm. Digər tərəfdən, layihə ilə bağlı iyunun 9-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində keçirilən müzakirədə ATƏT-in nümayəndəsi iştirak edirdi və o, İspaniya vətəndaşıdır. Müzakirələrdən sonra onunla söhbət elədim, soruşdum ki, sizin ölkədə kampaniya müddəti nə qədərdir? Dedi ki, sizin layihədə təklif elədiyiniz müddət belə bizim ölkədəki seçki kampaniyası müddətindən çoxdur. Hardasa 45 gündür. Onu da qeyd edim ki, seçkinin taleyi layihədə göstərilən 60 günlə məhdudlaşmır. Seçki kampaniyası böyük anlayışdır, seçkilərə qatılaraq siyasi prosesdə iştirak edən şəxs artıq cəmiyyətdə tanınan, müəyyən dünyagörüşünə malik, müəyyən konsepsiyası olan şəxsdir. Ona görə də hesab eləsək ki, seçkinin taleyi yalnız seçki müddəti ilə həll edilir, yanlış olardı. öz mesajlarını, platformanı indiki zamanda bəlkə də 10 günə bütün cəmiyyətə çatdırmaq mümkündür. Hansı dövrdür, məlumatlar atla, dəvə ilə gedib yerlərdə seçicilərə çatdırılmayacaq ki? Elektron KİV-lər var, radio, televiziya, internet, mobil telefon şəbəkəsi var və sairə.
- Bəs belə bir texniki imkanların olduğu dövrdə ölkənin hakim partiyasının mühüm bir məcəlləyə dəyişiklik etmək üçün layihə hazırlamasından nə üçün cəmiyyət yalnız parlament komitəsində müzakirələr başlananda xəbər tutur? Bu layihə niyə belə gözlənilmədən üzə çıxarıldı?
- Mən heç bir gözlənilməzlik görmürəm. Biz təşəbbüs irəli sürmüşük və bu təşəbbüs parlament komitəsində müzakirə olunub. Bundan sonra məsələyə parlamentin plenar iclasında baxılacaq. O vaxta qədər də cəmiyyətin bu layihə barədə fikir söyləməsi, müzakirələr aparması üçün kifayət qədər vaxtı var.
- Layihəni kimlər hazırlayıb və hansı deputatların imzası ilə komitəyə təqdim edilib?
- Layihə komitəyə kimin imzası ilə daxil olub, bu bəllidir. Orda heç bir gizlilik yoxdur. Onu istənilən vaxt Milli Məclisin mətbuat xidmətindən öyrənmək mümkündür. Layihənin hazırlığına gəlincə, Yeni Azərbaycan Partiyası ekspertlərinin, deputatlarının iştirakı ilə hazırlanıb. Bizdə kifayət qədər sanballı mütəxəssis, beynəlxalq, mülki, cinayət hüquqlarını, seçki hüquqlarını bilən mütəxəssislər var. Yeni Azərbaycan Partiyası dəfələrlə Seçki Məcəlləsi, seçkilərlə bağlı debat, görüş keçirib. Bizdə beynəlxalq seçki kampaniyası ilə bağlı sanballı, təhlil olunmuş sənədlər var.
- Seçki elə bir prosesdir ki, orda bir deyil, bir neçə partiya, eləcə də təkcə iqtidar deyil, müxalifət partiyaları da iştirak edir. Elə isə parlament komitəsindəki müzakirəyə müxalifətdən olan şəxslər niyə dəvət edilməmişdi? Söhbət Milli Məclisdə təmsil olunmayan müxalifət partiyalarından, onların nümayəndələrindən gedir.
- Komitənin iclası açıq idi və orda müzakirə olunan məsələ barədə Milli Məclis deputatlarının hamısı xəbərdar idi. ATƏT-in nümayəndəsi, eləcə də, jurnalistlər dəvət olunmuşdu. Başqa komitələrin üzvləri olan deputatlar da müzakirəyə gəlmişdi. O ki qaldı müxalifətdən olan şəxslərin iştirakına, bu cəbhədən olan deputatlar da iştirak edirdilər, öz mövqelərini açıqladılar, müxtəlif təkliflər səsləndirdilər. Müzakirələrdən sonra isə layihə səsə qoyuldu və plenar iclasa çıxarılması tövsiyə edildi.
Xəbər lenti
Hamısına baxElm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30

