80 illik yubiley mənim üçün Qarabağın azad olmasını görmək deməkdir
21.06.2021 [09:07]
Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovdur:
- Şahlar müəllim, bir neçə gün öncə 80 yaşınız tamam oldu. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik. 80 illik zirvə sizin üçün nə deməkdir və yubileyinizi hansı əhval-ruhiyyədə qeyd edirsiniz?
- Təbrik üçün təşəkkür edirəm. Yubileyimi yüksək əhval-ruhiyyədə qarşılayıram. 80 illik yubiley mənim üçün Qarabağın azad olmasını görmək deməkdir. Şanlı qələbəni, Şuşanı görmək deməkdir. Kəlbəcəri görmək arzusu ilə yaşamaq deməkdir.
- Həyat və fəaliyyətinizdə qarşınıza qoyduğunuz hədəflərə, məqsədlər çata bilmisinizmi?
- İnsanın bu dünyaya gəlişinin mənası və məqsədi vardır. Deylənlərə görə məna - nəsli artırmaq, məqsəd - xoşbəxt yaşamaqdır. Nəvələrim orta məktəblərdə təhsil alır. Qız övladım yoxdur. Amma iki gəlinim var ki, onlar da mənə qız övladlarıdır. Bakı Dövlət Universitetinin professoruyam, prorektoru olmuşam. YAP-ın yaradıcılarından biriyəm. Hesabatlara görə, 35 rayonda partiyanın təsis konfranslarını Ağabəy Əsgərovla mən təşkil etmişəm. Ulu Öndər Heydər Əliyevlə yaddan çıxmaz, unudulmaz söhbətlərim olub. Ulu Öndər əməyimi layiqincə mükafatlandırıb.
- Həyatınız daha çox elmi-pedaqoji faəliyyətlə bağlı olub. Bu sahələrdə qazandığınız nailiyyətlər haqqında məlumat verməyinizi xahiş edirik.
- Bakı Dövlət Universitetini bitirmişəm. Fizikanı dərindən öyrənmək üçün Sankt-Peterburqda, Moskvada, Kiyevdə adlı-sanlı professorların laboratoriyalarında işləmişəm. Danimarkada (Danimarka Texniki Universitetində), Finlandiyada (Helsinki Universitetində) tədqiqatlar aparmışam. Ale Kormax, Məhəmməd Yunis, Əziz Sancar kimi Nobel mükafatı almış alimlərlə həmsöhbət olmuşam. 20-dən çox gəncin elmi rəhbəri olmuşam. Fəxr etdiyim çoxlu tələbələrim var. 80 illik yubileyimdə onlardan da təbriklər almışam.
- Elmi-pedaqoji fəaliyyətlə yanaşı, ölkəmizin ictimai-siyasi proseslərində də fəal iştirak etmisiniz. Xüsusilə, Azərbaycanın taleyüklü bir dönəmində bir ziyalı olaraq öz mövqeyinizi ortaya qoymusunuz. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biri və Yeni Azərbaycan Partiyasının təşkilatlanması prosesində iştirak etmiş şəxslərdənsiniz. 80 yaşın zirvəsindən dönüb arxaya baxarkən, o zaman verdiyiniz qərar və mövqeyiniz barədə nə düşünürsünüz?
- Əvvəlla qeyd edim ki, mən təkcə imza atmamışam, həm də imzaları toplayanlardan biriyəm. 1000-dən çox müəllimi olan doğma universitetimizdən bu sənədə cəmi 18 nəfər qol çəkmişdi. Bəzi ziyalıların evlərinə gedib imza alanlardan biriyəm. Biz o zaman Ulu Öndər Heydər Əliyevə tarixi məktub yazmışdıq.
Qeyd etmək lazımdır ki, 91-lər, xalqın mənafeyini düşünərək bu məktubu yazmışdı. Tarix subut etdi ki, biz düzgün qərar qəbul etmişik. 91-ləri Ulu Ondər Heydər Əliyev YAP-ın “qızıl fondu”, cənab Prezident İlham Əliyev isə “cəsarətli insanlar” adlandırıb.
- Şahlar müəllim, Azərbaycan gənclərinə tövsiyələriniz nədir?
- Gənclərə üç tövsiyəm var: Birincisi, zamanı idarə edin, imkan verməyin ki, zaman sizi idarə etsin. İkincisi, Azərbaycanın müstəqilliyinin qədrini bilin və qoruyun. Üçüncüsü, dövət mənafeyini bütun digər mənafelərdən üstün tutun.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

