Bu gün müxalifət özünün ictimai-siyasi dayaqlarının yetərincə olmadığını dərk edir
19.05.2010 [10:06]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədovun SİA-ya müsahibəsi:
- Əli müəllim, parlament seçkiləri öncəsi vəziyyəti necə dəyərləndirirsiniz?
- Parlament seçkilərinin keçirilməsi üçün Azərbaycanın qanunvericiliyinə uyğun olaraq hərtərəfli şərait yaradılıb. Hər hansı bir partiya seçki kampaniyasına qoşulmaq niyyətində olsa kampaniya qoşula və təşviqatını apara bilər. Hesab edirəm ki, Azərbaycanda seçki öncəsi vəziyyət kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Müxalifət partiyaları isə dəfələrlə Azərbayacnda keçirilən seçkilərdə iştirak etməkdən imtina ediblər. Bu imtinanın arxasında duran əsas məqam ictimai dəstəyin olmamasıdır. Seçkidə vətəndaşların səsini qazana və onların dəstəyini əldə edə bilməmək digər amillərlə gərək izah olunmasın. Bunun arxasındakı səbəblər düzgün araşdırılmalıdır. Qarşıdan parlament seçkiləri gəlir. Qanunvericiliyə uyğun olaraq seçkilərin keçirilməsi üçün Azərbycan hökuməti lazımı tədbirləri görüb. Bundan sonra da bu tədbirlər qanunauyğun olaraq görüləcək. Güman edirəm ki, seçkilərdə siyasi partiyaların iştirakı da buna əyanı nümunə olacaq.
- Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə partiyanın rayon və şəhər təşkilatlarının iştirak etdyi ümumrespublika müşavirəsinin kecirilməsində əsas məqsəd nə idi?
- Yeni Azərbycan Partiyası ümumiyyətlə, Azərbaycanın bütün regionlarında müşavirə keçirir. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və son illər Azərbaycanda çox böyük quruculuq işləri aparılır və bunun sayəsində Gəncədə həyat bütünlüklə dəyişib. Regional konfransın keçirilməsində əsas məqsəd proseslərə bir baxış həyata keçirmək idi. Bildiyiniz kimi, noyabr ayında parlament seçkiləri keçiriləcək. Partiya daxilində parlament seçkilərinə hazırlıq ilə əlaqədar fikir mübadiləsi, müzakirələrin aparılması üçün biz konfransın Gəncədə keçirilməsini düzgün hesab etdik. Bütün bunlar hamısı Yeni Azərbaycan Partiyasının, bir yandan isə ölkəmizdə baş verən proseslərin inkişafının dəyərləndirilməsi üçün əhəmiyyətli oldu. Digər bir tərəfdən, bu, seçki strategiyamızın ayrı-ayrı detallarının müəyyənləşdirilməsi üçün hədəflərimizin dəqiqləşdirilməsi baxımından əhəmiyyətli idi. ümid edirəm ki, çox maraqlı görüş keçirildi, fikir mübadiləsi aparıldı. Guman edirəm ki, bu görüş bütövlükdə YAP-ın yerli strukturlarının daha da canlanmasına, qarşıdan gələn parlament seçkilərinə hazırlığın səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.
- YAP-ın parlament seçkisi öncəsi yeni strategiyası barədə nə deyə bilərsiniz? Hər hansı yenilik gözlənilirmi?
- Yeniliyi həyat özü müəyyənləşdirir. 2010-cu seçkisi il bundan əvvəlki parlament seçkilərindən əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan bu illər ərzində xeyli inkişaf edib. Bu inkişaf özünü bütün sferalarda biruzə verir. Azərbaycanın siması dəyişib, vətəndaşların həyatında böyük dəyişikliklər baş verib. Azərbaycanın dünya birliyində, regionda rolu və əhəmiyyəti daha da artıb. Bunların hamısı yaşadığımız dövrün və Azərbaycanın yeniliklərdir. Əgər həyatda yeniliklər baş verirsə seçki kampaniyasının strategiyasındada əhəmiyyətli dəyişikliklər istər-istəməz baş verməlidir. Bu reallıqları və gerçəklikləri nəzərə almalıyıq. Bir fakti da qeyd edim ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində YAP-ın 400 000 üzvü var idisə, hazırda bu rəqəm 500 mindən coxdur. İnsanlar YAP-a ona görə daxil olurlar ki, partiyanın rəhbəri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər və YAP-a çoxlu sayda insanların daxil olması İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən dəstəklənməsinin əyani ifadəsidir. Bütün bunların hamısı seçki kampaniyamızın strategiyasında öz əksini tapmalıdır. Bütün bunlara əsaslanaraq demək olar ki, bizim qarşıdan gələn parlament seşkilərində daha böyük qələbə və uğura ümid bəsləmək haqqımız var.
- Beynəlxalq təşkilatların təklifləri əsasında seçki komissiyalarının tərkibinə və ya Seçki Məcəlləsin hər hansı dəyişiklik edilə bilərmi?
- Azərbaycanda seçkilərin keçirilməsi üçün seçki komissiyalarının formatı kifayət qədər səmərəlidir və bunu dəyişdirməyə heç bir ehtiyac yoxdur. Seçki prosedurlarının təkmilləşdirilməsi ilə bağlı hər hansı təklif səslənirsə Azərbaycan hökuməti tərəfindən buna baxıla bilər. Bir məqamı da xatırlatmaq istəyirəm ki, yaxınlarda Milli Məclisin yaz sessiyası başa çatır. Payız sessiyası isə oktyabr ayında fəaliyyətə başlayacaq. Bunu nəzərə alaraq Azərbaycanın Seçki Məcəlləsində ciddi dəyişikliyin həyata keçirilməsi üçün vaxt baxımından imkan yoxdur. Noyabr ayının əvvəllərində ölkəmizdə parlament seçkiləri keçiriləcək. Ondan iki ay yarım əvvəl seçki kampaniyasına start veriləcək. Seçki ərəfəsində Seçki Məcəlləsinə dəyişiklik etmək məqsədəuyğun sayıla bilməz. çünki siyasi partiyalar artıq seçki kampaniyasına hazırlıq işlərinə başlayırlar. Belə bir məqamda seçki komissiyalarının tərkibinə və Seçki Məcəlləsinə hər hansı bir dəyişiklik etmək məqbul sayıla bilməz.
- Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq. Bunun ikitərəfli münasibətlərə nə kimi müsbət təsiri ola bilər?
- Bu təbii haldır. İki qardaş ölkə arasında strateji əməkdaşlıq qurumunun yaradılması Azərbaycanla Türkiyə arasında olan münasibətləri daha da gücləndirə bilər. Regionda inkişaf rentabeliyyi artmaqdadır. Bu inkişaf Türkiyə və Azərbaycan fonunda çox ciddi əhəmiyyət kəsb edir. Bu münasibətlər bir tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasına təsir etmək imkanlarına malikdir. Bütün bunların hamısının dəyərləndirilməsi, proseslərin vaxtından əvvəl qiymətləndirilməsi, buna uyğun adekvat addımların müəyyənləşdirib atılması üçün belə bir qurumun yaranmasına ehtiyac var. Mən hesab edirəm ki, bu Azərbaycanın atacağı addımların daha da təsirli olmasına gətirib çıxaracaq.
- Müxalifət kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan ərazilərlə bağlı öz etirazlarını bildirir...
- Mitinqlərin keçirilməsi ilə əlaqədar müxalifətin məsələlərə tamamilə fərqli yanaşmasına dəfələrlə bizim tərəfimizdən aydınlıq gətirilib. Azərbaycanın qanunları çərçivəsində, hakimiyyət qurumları, yerli hakimiyyət orqanları kütləvi aksiyaların, tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayırıb və Yeni Azərbaycan Partiyası olaraq biz də bu cür tədbirlərin keçirilməsinə ehtiyac duyarkən, seçki kampaniyaları zamanı ayrılan ərazilərdə öz tədbirlərimizi keçirmişik. Sizə tamamilə səmimi şəkildə deyə bilərəm ki, Bakı şəhər İcra Hakimiyyəti və yerli icra strukturları tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün ayrılan yerlər məqsədə tamamilə uyğundur. Müxalifətin ayrılan yerlərdə kütləvi aksiyaların keçirilməsi üçün ayrılan ərazilərlə bağlı etiraz etmələrinə gəlincə, bunun mən iki başlıca səbəbini görürəm. Birincisi ondan ibarətdir ki, müxalifət kütləvi aksiya keçirmək niyyətini ortaya qoyarkən heç də öz tərəfdarları ilə görüşmək məqsədini güdmür. Apardığımız təhlil və müşahidələr onu deməyə əsas verir ki, bugünkü cəhdlərin arxasında daha çox gərginlik və beynəlxalq təşkilatlara bu mesaj göndərmək durur ki, guya Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə imkan verilmir və bunun formalarından biridə müvafiq yerlərin ayrılmamasıdır. Yenə də qeyd etmək istəyirəm ki, yerlər ayrılır, sadəcə olaraq bu yerlərdə müxalifət kütləvi aksiya keçirmək istəmir. Digər bir səbəbi onda görürəm ki, bu gün müxalifət özünün ictimai-siyasi dayaqlarının yetərincə olmamalarını dərk edir. Ona görə də, aksiyaları şəhərin elə yerində keçirmək istəyir ki, orada insan çoxluğu olsun. Hesab edirəm ki, bütövlükdə siyasi proseslərə o cümlədən də kütləvi aksiyaların keçirilməsinə bu cür bəsit yanaşılması ən azından məsələlərə qeyri-ciddi münasibət göstərməyin nümunəsidir. Sadəcə olaraq müxalifət ictimai dəstəyi yığa bilmir. Bunun üçündə bu addımı atmaq istəyir.
Xəbər lenti
Hamısına baxElm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30

