/ / Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində daha çox keyfiyyət göstəricilərinə nail olmalıyıq
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində daha çox keyfiyyət göstəricilərinə nail olmalıyıq
01.09.2020 [09:11]
Milli Məclisin deputatı Fatma Yıldırım www.yap.org.az saytına müsahibə verib:
- Fatma xanım, bu günlərdə Milli Məclisin Gənclər və idman komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans keçirilib. Videokonfransda siz də iştirak etmisiniz. Mövzunun aktuallığı ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında gənclər mühüm rola malik əsas qüvvələrdən biri hesab olunur. Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edir. Xüsusən də, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin inkişaf Strategiyası və digər sərəncamlardan irəli gələn tədbirlər müasir gəncliyimizin intellektual, fiziki və mənəvi, bir sözlə hərtərəfli inkişafını təmin etmişdir. Görülmüş çoxsaylı tədbirlər nəticəsində əminliklə deyə bilərik ki, respublikamızda gənclər siyasəti uğurla davam etdirilir.
Ötən dövrlər ərzində əldə olunan mühüm nailiyyətlərdən biri də gənclərin dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin təmsilçilik səviyyəsinin artırılmasıdır. Ölkəmizdə son 3 bələdiyyə seçkilərinin nəticəsində gənclərin üzv olaraq seçilmə statistikasına əsasən 2009-cu ildə 26%, 2014-cü ildə 36%, son seçkilərdə isə 1606 bələdiyyə üzrə 15000-ə yaxın bələdiyyə üzvündən 40% gənclərin seçilməsi doğrudan da böyük uğurlarımızdan sayılır. Lakin, əldə olunan bu kəmiyyətdəki irəliləyişlərlə bərabər çalışmalıyıq ki, bələdiyyələrin fəaliyyətində keyfiyyət göstəricilərinə də nail olaq.
Tədbirdə bu istiqamətdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin Elm və təhsil komitələrinin üzvü kimi təkliflərimi səsləndirdim.
- Həmin təkliflər nədən ibarətdir?
- Bildiyimiz kimi, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi yerli ekoloji proqramlardan bəhs edir. Gənclər belə proqramların hazırlanması və qəbul edilməsində təşəbbüskarlıq və fəallıq göstərməlidir. Son bələdiyyə seçkilərində seçilmiş gənclər yeni ideyalarını qanunvericilikdə nəzərdə tutulduğu qaydada əsaslandırmaqla üzvü olduğu bələdiyyənin və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən müvafiq komissiyaların rəhbərliyinə bildirməlidirlər.
Məlumdur ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə əhalinin və təsərrüfat subyektlərinin tələbatına uyğun olaraq təmin edilməsi aktual və həlli vacib olan məsələlərdən biridir. Yaranmış vəziyyət üzv olduğum parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində deputatların və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin iştirakı ilə müzakirə edilib.
Bilirsiniz ki, qeyd etdiyimiz məsələ ilə bağlı Prezident İlham Əliyev iyul ayında aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirmiş, mövcud vəziyyət hərtərəfli təhlil edilmişdir. Müzakirələrin nəticəsi olaraq olaraq “Tədbirlər planı” təsdiq edilmiş və əlavə tədbirlər görülməsi üçün bir sıra müvafiq sərəncamlar verilmişdir. Hesab edirəm ki, bələdiyyələr də bu prosesdən kənarda qalmamalı, qanunvericiliklə müəyyən edilmiş vəzifələrini yerinə yetirməlidirlər.
Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələrək bələdiyyələrin içməli su və suvarma suyunun istifadəsində iştirakı üçün geniş imkanlar vardır. Belə ki, əhali arasında suvarma və içməli sudan istfadə olunmasına dair təbliğat işlərinin aparılması, suvarma sularının istifadəçiləri arasında düzgün və növbəliliklə bölünməsinin, həmçinin sahələr arası su arxlarının təmizlənməsinin təşkil edilməsi bələdiyyələrin əsas vəzifələrindən biridir. Qəsəbə və kəndlərdə mövcud bulaq və kəhrizlərin mənbəyinin ətrafının təmizlənməsi və dezinfeksiya işlərinin aparılması, əhaliyə verilən içməli su borularının təmiri və yeniləri ilə əvəz edilməsi işlərini bələdiyyələr həyata keçirməklə sakinlərin etimadını daha da qazanmış olardı.
Yerli ekoloji proqramlar tərtib edərkən bələdiyyə ərazisinin abadlaşdırılması, məişət tullantılarının yığılması və digər sahələr üzrə dövlətin həyata keçirdiyi tədbirlərdən kənar olaraq yerli layihələrin tərtibinə üstünlük verilməlidir.
- Sizcə, bələdiyyələr öz potensialından, gənclərin imkanlarından səmərəli istifadə edə bilirmi? Yerli özünüidarəetmə orqanları inkişaf üçün daha hansı addımlar ata bilərlər?
- Çox arzu edərdim ki, qanunvericilikdə nəzərdə tutulan təhsil və məktəbəqədər tərbiyə müəssisələri yaradılsın. Bilirsiniz ki, ölkəmizdə xeyli sayda özəl uşaq baxçaları yaradılmışdır. Maliyyə imkanı yaxşı olan bələdiyyələrdə belə sosial yönümlü təşəbbüslərin irəli sürülməsi çox təqdirəlayiq hal olar.
Bu gün gənc bələdiyyə üzvlərinin əksər çoxluğunu qadın üzvlər təşkil edir. Ölkəmizdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva geniş miqyaslı gender siyasətinin reallaşmasına çox böyük dəstək verir. Hesab edirəm ki, həmin siyasətə uyğun olaraq yerli özünüidarəetmədə həm gənclərin, həm də qadınların rolunun artırılması prosesi paralel davam etdirilməlidir.
Artıq bir sıra bələdiyyələrdə gender komissiyalarının yaradılması istiqamətində tədbirlər görülür. Bir neçə bələdiyyə isə pilot olaraq müəyyən edilmişdir. 93 saylı Bərdə şəhər seçki dairəsinin deputatı olaraq mənim üçün çox xoşdur ki, Bərdə şəhər bələdiyyəsi də pilot olaraq müəyyən edilib və bələdiyyəyə həm texniki, həm də metodiki kömək göstərilir. Yaradılacaq həmin komissiyanın işində və digər tədbirlərdə çalışacağam ki, müəyyən dəstək göstərək və tövsiyyələrimimzi çatdıraq.
Düzdür, ola bilsin ki, istər yerli ekoloji, istərsə də digər sahələrdə təşəbbüslər maliyyə çətinliyi, kadr potensialı və ya digər səbəblərdən bələdiyyə rəhbərliyi tərəfindən ilkin olaraq dəstəklənməyə bilər. Lakin, gənclər ruhdan düşməməli, öz ərazilərində vətəndaşların sosial sifarişlərindən irəli gələn təkliflərinin həlli yollarını daha da əsaslandırmalıdır. Yaxşı olar ki, beynəlxalq təcrübədən yararlanaraq, yerli və xarici donorlara layihələrlə müraciət edilsin. Bir sözlə, potensial yerli imkanları bir daha təhlil eməklə, gənclər öz təşəbbüskarlığını davam etdirməlidir.
Artıq iki ildir ki, bəzi bələdiyyələr dövlət büdcəsindən subvensiya alırlar. Yaxşı olardı ki, dayanıqlı gəlir məmbələrinin yaradılması istiqamətində aidiyyatı qurumlara layihələr təqdim edilsin. Əgər, doğrudan da layihələr qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməklə büdcə gəlirlərinin artmasına səbəb olacaqsa yəqin ki, gec-tez həmin layihələr dəstəklənəcəkdir.
Həmçinin 2020-ci il respublikamızda “Könüllülər ili” elan olunub. Pandemiya dövrünü əhatə edən 2020-ci ildə bələdiyyələr könüllülərin iştirakı ilə müəyyən tədbirlər təşkil edə bilərlər. Ərazilərdə olan əhaliyə gənclər qədər yaxın heç kim ola bilməz. Ona görə də vətəndaşlar arasında maarifləndirmə tədbirlərində fəal iştirak etməklə onların məmnunluğunu təmin edən dövlət və bələdiyyə maraqlarını ifadə edən mesajlar çatdırmaq lazımdır.
Bir sözlə, gənclər elə fəallıq göstərməlidir ki, bu, yerli özünüidarəetmədə gənclərin rolunu artırmaqla ölkə bələdiyyələrinin inkişafına töhfə olsun.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

