2020-ci ilin büdcəsinə dəyişikliklər yeni iqtisadi çağırışlara əsaslanır
11.08.2020 [09:31]
Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, məlum olduğu kimi, Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi. Büdcənin dəyişməsini zəruri edən əsas iqtisadi amillər hansılardır?
- Azərbaycan iqtisadiyyatı 2020-ci ili çox nikbin iqtisadi-sosial göstəricilərlə başlamışdı və cari ildə ölkəmizdə inkişaf dinamikasının sürətlənəcəyi proqnozlaşdırılırdı. Bütün makroiqtisadi göstəricilər ümidverici idi, birinci rübdə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdi. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artmışdı. ÜDM-in tərkibində bütün sektorların artımı qeydə alınmışdı. Ancaq mart ayından sonra dünyada baş verən qlobal təlatümlərin Azərbaycana təsirləri artmağa başladı, xüsusilə də koronavirus pandemiyasının geniş yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb oldu. Dünyanın bir parçası olan Azərbaycan bu proseslərdən heç cür kənarda qala bilməzdi və iqtisadi təzyiqlər ölkəmizə təsirlərini göstərməyə başladı. Bütün bu mənfi tendensiyalara baxmayaraq hökumət 2020-ci ilin birinci yarısında bütün iqtisadi-sosial tədbirləri tam uğurla başa vurdu, xüsusilə də büdcə-maliyyə öhdəlikləri artıqlması ilə icra edildi. Ancaq məsələ ondadır ki, ilk 6 ayda ayda dövlətin maliyyə-büdcə-fiskal öhdəlikləri tam və vaxtında icra olunsa da, qarşıdakı aylarda pandemiyanın diktə etdiyi yeni tələblər iqtisadi və maliyyə davranışının, fiskal mühitin də xüsusiyyətlərinin dəyişməsini labüd edir. Nəzərə alsaq ki, pandemiya hələ davam edir və nə vaxt bitəcəyini müəyyən etmək çox çətindir, onda qarşıdakı aylarda bir sıra vacib sahələrin - səhiyyənin artan ehtiyaclarının ödənilməsi, əhalinin həssas sosial qruplarının, dövlət şirkətləri, sahibkarlıq subyektləri və kiçik-orta biznesə dövlət dəstəyinin göstərilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, digər dövlət ehtiyaclarının təmin edilməsi olduqca zəruridir. Bütün bunlar isə dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Bu çağırışlar dövlət büdcəsi qarşısında yeni çağırışların təmin olunması,büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədi ilə büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsini dövlət və icmal büdcələrinə yenidən baxılmasını zəruri etmişdi. Məhz buna görə də, büdcəyə dəyişiklik, daha doğrusu 2020-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı qərar qəbul edildi.
- Dəyişikliklərdən sonra dövlət büdcəsinin gəlir və xərcləri hansı həcmdə müəyyən edildi?
- Cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə10,5 milyon manat azdır. Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəyə transferti 850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları isə 30 milyon manat artırılıb. Dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58 faizi və yaxud 13 milyard 990 milyon manatı neft sektorunun, 42 faizi və ya 10 milyard 134 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.
Beləliklə, dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatını və ya 50,6 faizini Dövlət Neft Fondunun transferti, 7 milyard 190 milyon manatını və ya 29,8 faizini Dövlət Vergi Xidmətinin daxilolmaları, 3 milyard 830 milyon manatını və ya 15,9 faizini isə Dövlət Gömrük Komitəsinin daxilolmaları təşkil edəcəkdir. Büdcənin 804 milyon manatı (3,3 faiz) büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları olacaqdır. Yəni burada qeyri-neft gəlirlərinin, yəni vergi və gömrük daxilolmalarının həcminin azalmasının əsas səbəbləri koronavirus pandemiyası ilə əlaqədar qeyri-neft sektoru üzrə maliyyə gəlirlərinin azalmasıdır.
2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri isə 27 milyard 492,2 milyon manat təşkil edəcəkdir. Bu, ötən il təsdiq edilmiş büdcə göstəricinə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin xərclərinin 18 milyard 46,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir.
Dövlət büdcəsinin kəsiri dürüstləşmədən 608 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat səviyyədə olacaqdır.
- Büdcəyə dəyişiklikdən sonra iqtisadi və sosial sahələrdə nəzərdə tutulan maliyyə məslələrini icra etməkdə çətinlik yaranmayacaqdır?
- Dürüstləşdirilən büdcəmiz ölkəmzin maliyyə planlarını tam və bütün istiqamətlər üzrə icra etməyə imkan verəcəkdir. Büdcəmiz yenə də əsas etibarilə sosialyönümlü olmaqla, sosial müdafiə və dsətək tədbirlərinin gücləndirilməsinə, bütün sosial layihələrin uğurla başa çatdırılmasına, dövlətin iqtisadi sahələrə dəstəyinin tam şəkildə başa çatdırılmasına, biznesə və investorlara maliyyə dəstəyinin davam etdirilməsinə, nəzərdə tutulan vacib iqtisadi proqramların gerçəkləşməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, büdcəmiz qeyri-neft sektorunun dayanıqlı inkişafını, maliyyə intizamının gücləndirilməsini və şəffaflığın artırılmasını təmin edir. Ölkəmiz pandemiyanın yaratdığı bu həssas dövrü cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyacaq və yenidən inamla öz inkişaf yoluna davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30

