İslahatlar olan yerdə biz müsbət nəticələr görürük
01.05.2020 [10:33]
Sabir Rüstəmxanlı: Hazırda ölkədə siyasi münasibətlərin inkişafı istiqamətində real işlər görülür
Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.
Ötən həftə Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi də ekspertlər tərəfindən hüquqi və siyasi islahatların nümunəsi kimi dəyərləndilir.
Müsahibimiz Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə söhbətimiz bu haqdadır.
- Sabir müəllim, Ali Məhkəmənin Plenumunun qərarı ilə Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu hadisəni necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, Ali Məhkəmənin bu qərarını müsbət qiymətləndirirəm. Bu qərar hüquqi əsaslara söykənməklə yanaşı, digər aspektdən də əhəmiyyətlidir. Bu da ondan ibarətdir ki, həmin qərar cəmiyyətimizdə siyasi münasibətlərin inkişafı baxımından önəmlidir. Bilirsiniz ki, hazırda ölkədə siyasi münasibətlərin inkişafı istiqamətində real işlər görülür. İqtidarla müxalifət partiyaları arasında siyasi dialoqla bağlı ilkin addımlar da atılıb.
Prezident İlham Əliyev çıxışlarında hakimiyyətlə siyasi partiyalar arasında münasibətlər, siyasi dialoq, partiyaların Milli Məclisdə təmsilçiliyi haqqında fikirlərini bildirib. Təbii ki, atılan bu addımlar Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Çünki burada məqsəd sabitlik, dialoq, vətəndaş həmrəyliyi və milli birliyin gücləndirilməsidir. Parlament müstəvisində islahatlar da bu baxımdan önəmlidir. Milli Məclisin Sədrinin müavinlərindən biri, həmçinin komitə və komitə sədrlərinin müavinləri arasında müxalifət partiyalarının nümayəndələri var. Bu da siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır.
Mən düşünürəm ki, təkcə parlament müstəvisində deyil, digər dövlət qurumlarında da ayrı-ayrı partiyaları, o cümlədən müxalifəti təmsil edən sağlam düşüncəli, savadlı insanlara yer verilməlidir. Bu da cəmiyyətimizdə siyasi münasibətlərin daha da inkişafı, vətəndaş həmrəyliyinin, milli birliyin güclənməsi üçün çox vacib addım olardı.
- Ali Məhkəmənin Plenumunun qərarı ölkəmizin hüquq sistemində aparılan islahatların nəticəsi olaraq nə kimi əhəmiyyət kəsb edir?
- Bəli, təbii ki, Ali Məhkəmənin məlum qərarının qəbul olunmasında ölkəmizin hüquq sistemində aparılan islahatlar öz rolunu oynayır. Dövlət başçısı bütün sahələrdə islahatlar həyata keçirir. Hüquq sistemində də islahatların aparılması vacibdir. Çünki islahatlar olan yerdə biz müsbət nəticələr görürük.
- Müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Əhməd Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunur. Buna münasibətiniz necədir?
- Azadlıq Partiyasının sədri Əhməd Oruc siyasətçi olmaqla yanaşı, həm də öz sözü, öz mövqeyi olan ziyalılardan biridir. Onun xəstə olmasına təəssüflənirəm, Allahdan ona şəfa arzulayıram. Biz vaxtilə Əhməd Orucla müəyyən məsələlərdə çiyin-çiyinə olmuşuq. İndi isə onun sağlamlığında ciddi problemlər yaranıb. Dövlət başçısı da bu səbəbdən ona və ailəsinə dəstək verib. Öz növbəsində Əhməd Orucun ailəsi də Prezidentə təşəkkür məktubu göndərib.
Dövlət başçısının bu addımını çox müsbət qiymətləndirirəm. Çünki bu addımın maddi tərəfi ilə yanaşı, mənəvi yükü də böyükdür. Prezident İlham Əliyev bu xeyirxah əməllərini, bu ənənəni həmişə davam etdirir. Bilirsiniz ki, Prezident İlham Əliyev tərəfindən indiyə kimi səhhətində yaranmış problemlə bağlı bir sıra yaradıcı insanlara, mədəniyyət və incəsənət xadimlərinə, eləcə də siyasət adamlarına dəstək verilib. Həmin insanların xaricdə müalicəsini də dövlət və ya Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bütün bunlar çox xeyirxah əməllərdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

