Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
23.01.2020 [11:12]
70 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məşhur Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Məşhur müəllim, ölkəmizdə parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsindəyik. Siz ölkəmizdə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz?
- İlk öncə mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağam.
Ölkəmizdə seçkiqabağı mühitə gəlincə, deyə bilərəm ki, insanlarda seçki əhval-ruhiyyəsi yüksəkdir. Azərbaycan hüquqi-demokratik dövlətdir, ölkəmizdə mükəmməl seçki qanunvericiliyi mövcuddur. Seçki marafonunda kifayət qədər namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğuna bir daha dəlalət edir.
Bütövlükdə, seçkilər ərəfəsində cəmiyyətimizdə siyasi fəallıq yüksəkdir. İnsanlar yenilikləri, islahatları dəstəkləyirlər. Ona görə də, budəfəki seçki aktivliyi, mən deyərdim ki, daha yüksəkdir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün dövlətimizin siyasi iradəsi ortadadır. Seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib. Namizədlər üçün bərabər imkanlar yaradılıb. Hesab edirəm ki, fevralın 9-da seçicilərimiz öz mövqelərini sərbəst şəkildə nümayiş etdirəcəklər.
- Qeyd etdiniz ki, insanlar həyata keçirilən islahatları dəstəkləyirlər. Bu baxımdan, parlament müstəvisində islahatların əhəmiyyəti nədən ibarətdir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələr üzrə dərin məzmunlu islahatlar həyata keçirilir. Təbii ki, bu islahatlar qanunvericilik sferasını da əhatə etməlidir. Ölkəmizdə aparılan islahatlar Azərbaycanın hərtərəfli inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycanda bir çox sahələrdə həyata keçirilən islahatların tamamlanması üçün ölkənin qanunverici orqanında da dəyişikliklərin aparılması zəruridir.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində genişmiqyaslı tədbirlər həyata keçirilir. Son vaxtlar daha çox icra strukturlarında baş verən islahatlar bunun cəmiyyətin inkişafı üçün faydalı olduğunu sübuta yetirdi. Bu səbəbdən islahatların tamamlanması üçün qanunverici orqanda da dəyişikliklərin aparılması labüddür və zəruridir. Bu islahatlar yalnız ölkəmizin bundan sonrakı inkişafına xidmət edə bilər. Digər sahələrdə olan islahatların uğurla həyata keçirilməsi üçün Milli Məclis yeni tipli qanunlar qəbul etməlidir. Bu isə yenilənmiş parlamentin formalaşmasını reallığa çevirir. Ona görə də, parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur. Hesab edirəm ki, 9 fevral seçkilərindən sonra formalaşacaq yeni parlament üzərinə düşən bu missiyanı layiqincə yerinə yetirəcək.
- Hazırda respublikamızın regionları sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Sizin də deputatlığa namizədliyiniz 70 saylı Masallı şəhər seçki dairəsindən irəli sürülüb. İstərdik ki, Masallı rayonunun inkişafı ilə bağlı fikirlərinizi bildirəsiniz. Əgər deputat seçilsəniz bu bölgənin daha da inkişafı üçün hansı planlar, təkliflər irəli sürməyi düşünürsünüz?
- Ölkəmizin hərtərəfli inkişafı regionların timsalında özünü yüksək səviyyədə ifadə edir. İnkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Hər il minlərlə, on minlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən turizm məkanlarına axın etməkdədirlər.
Ümumiyyətlə, 2004-cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən regionlarin sosial-iqtisadi inkişafı Dövlət proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynayır. Keçən 16 il ərzində üç Dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artaraq dünya miqyasında rekord göstəriciyə imza atdı. Ölkənin dayanıqlı və inklüziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi üçün qəbul edilən 4-cü Dövlət Proqramı da regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm Dövlət proqramıdır.
Bu mənada, Dövlət proqramları nəticəsində ötən illər ərzində Masallı rayonunda böyük quruculuq işləri həyata keçirilib. Görülən işlər həddindən artıq çoxdur. Masallı artıq respublikanın cənub bölgəsinin turizm mərkəzlərindən birinə çevrilib. Ötən illər ərzində rayonda yeni məktəblər, uşaq bağçaları, tibb ocaqları, digər sosial infrastrukturlar, istehsal müəssisələri və s. tikilib istifadəyə verilib. Eləcə də rayonda kənd təsərrüfatının inkişafı üçün ciddi addımlar atılıb. Bu gün Masallıda elektrik enerjisi problemi yoxdur, yeni yollar çəkilib, su təminatı yaxşılaşıb, əhalinin təbii qazla təminatı isə 95 faizə çatdırılıb.
Qeyd edim ki, Bakı-Astara yolunun tikilib istifadəyə verilməsi bu regionun inkişafında hədsiz dərəcədə böyük rol oynayır. Hesab edirəm ki, bundan sonrakı dövrdə regionun inkişafı daha böyük vüsət alacaq. Artan iqtisadi gücümüz, aparılan islahatlar daha böyük işlərin görülməsinə vəsilə olacaq.
Əgər millət vəkili seçilərəmsə, mən Masallının daha da inkişafında fəal iştirak etməyə çalışacağam. Bununla bağlı, seçicilərimin bütün təklif və müraciətlərini reallaşdırmaq üçün səylərimi əsirgəməyəcəm. Düşünürəm ki, birgə səylərimiz Masallı rayonunun inkişafına öz töhfəsini verəcək.
- Məşhur müəllim, qarşıdan gələn parlament seçkilərində şansınızı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, seçicilərə nə deyərdiniz?
- Təbii ki, hər bir seçki demokratiyanın vacib elementlərindən biridir. Hər bir vətəndaş üçün səsvermə hüququ mühüm amildir. Çünki parlament məhz insanların səsi sayəsində formalaşır. Ona görə də, hər bir vətəndaş seçki hüququndan istifadə etməlidir. Mən seçiciləri fevralın 9-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədlərə səs verməyə çağırıram.
Mən seçiciləri Azərbaycanın bugünkü inkişafının təməlində dayanan Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. Mən seçiciləri islahatların davamlı olmasına səs verməyə çağırıram. Bu islahatların davamlı olması üçün daha böyük güc sərf edən insanlara səs verməyə çağırıram.
Seçiciləri daha güclü Azərbaycan naminə seçkilərdə iştirak etməyə dəvət edirəm!
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

