20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin zirvəsidir
16.01.2010 [08:27]
Milli Məclisin deputatı, YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, tariximizin qanlı səhifələrindən olan 20 Yanvar faciəsindən 20 il ötür. Bu faciənin baş verdiyi dövrün ictimai-siyasi vəziyyətini necə xarakterizə edərdiniz?
- 1980-ci illərin sonunda keçmiş sovet respublikalarında, o cümlədən də, Azərbaycanda milli hərəkat başlanmışdı. 1987-ci ildən başlayaraq erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istiqamətində ciddi-cəhdlər etməyə başladılar. Bu da təsadüfi deyildi. 1987-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən istefaya göndərilməsi ermənilərin əl-qolunu açdı. Onlar yaranmış şəraitdən, Mixail Qorbaçov və onun ailəsinin himayəsindən istifadə edərək, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birldəşdirmək üçün fəaliyyətə keçdilər. Bu fəaliyyət erməni ideoloqu Aqembekyanın Fransanın “Humanite” qəzetinə verdiyi müsahibə ilə başlayır. Bu bir, siqnal rolunu oynadı. Sonra isə Zori Balayanın azərbaycanlılara və türklərə qarşı yönələn cızma-qaraları erməni millətçiləri üçün ideoloji mənbə rolunu oynamağa başladı.
20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı. Mixail Qorbaçov başda olmaqla, Moskvada hakimiyyətdə olan dairələr Azərbaycanı cəzalandırmaq məqsədilə ölkəmizə qoşun yeridilməsinə və qanlı terror törədilməsinə nail olurlar. ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisəsindən sonra həyatı təhlükədə olsa da, dərhal ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək qanlı faciənin törədilməsində Mixail Qorbaçov başda olmaqla, bütün günahkarların cinayətlərini dünyaya bəyan etdi.
- Sovet imperiyasının dağılmasında bir sıra ciddi amillər rol oynayıb. Bu baxımdan necə hesab edirsiniz, 20 Yanvar hadisəsinin tarixi-siyasi əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycanda baş verən bu hərəkat həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. 20 Yanvar hadisəsi sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Pribaltikada, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Xalqımız ötən əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq sovet imperiyasına qarşı mübarizə aparırdı. Amma sovet dövlətinin dağılması daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə sovetlər hakimiyyətindən imtina etməyə hazırlaşır. Bu, yalnız Moskvanın daxili siyasətində yox, xarici siyasətində də özünü göstərirdi. çünki dünyada elə proseslər gedirdi ki, Moskva sovet dövlətinin dağılacağını başa düşürdü. Buna görə də, prosesi mümkün qədər uzatmaq istəyirdilər. 20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi yer oldu.
- 20 Yanvar hadisəsini Azərbaycan tarixində dönüş anı kimi qiymətləndirmək olar? ümumiyyətlə, bu hadisənin tariximizdəki rolu barədə nə deyə bilərsiniz?
- 20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o dəhşətli gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. Qanlı yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi. Onu da qeyd edim ki, Car Rusiyasının siyasətini bu dəfə sovet imperiyası davam etdirirdi. Yenə də ayrı-seçkilik aparılır və ermənilər müdafiə olunur, imperiya Qarabağı ermənilərə vermək istəyirdi. Qarabağ uğrunda hərəkat milli azadlıq mübarizəsinə çevrildi. Xalq başa düşdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır.
- 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verildi...
- 20 Yanvar faciəsinə rəsmi səviyyədə ilk dəfə Heydər Əliyevin təşəbbüsü və bilavasitə özünün işləyib-hazırladığı qərar layihəsi əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verildi.
ümummilli lider Heydər Əliyev 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyalarında dəfələrlə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ qaldırsa da, o vaxtkı Azərbaycan rəhbərliyinin xalqın taleyinə biganəliyi nəticəsində bu məsələ öz həllini tapmadı. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı.
Xəbər lenti
Hamısına baxİdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58

