/ / Dövlət, atribut, ölkənin dəyərli insanları haqqında edilən bütün qeyri-etik, cinayət tərkibli çıxışlar anındaca yasaqlanmalıdır
Dövlət, atribut, ölkənin dəyərli insanları haqqında edilən bütün qeyri-etik, cinayət tərkibli çıxışlar anındaca yasaqlanmalıdır
20.02.2019 [10:03]
Milli Məclisin deputatı Elşən Musayev www.yap.org.az saytına müsahibə verib:
- Elşən müəllim, Azərbaycanın dinamik inkişafı və beynəlxalq nüfuzunun mütəmadi olaraq artması bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin anti-Azərbaycan dairələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, ikili standartlara əsaslanan qərəzli yanaşma nümayiş etdirirlər. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Əvvəla, hər yerdə söylədiyim fikri sizin saytınız vasitəsilə bir daha bəyan edim: Azərbaycanın uğurları, cənab Prezidentin müdrik siyasəti nəticəsində reallaşan, nəzərəçarpan inkişaf yalnız və yalnız özümüzə, Azərbaycan vətəndaşına sərf edən məsələdir. Yəni kənardan kimsənin marağında deyil ki, biz bu qədər inkişaf edək, böyük görünək, güclü olaq. Sadəcə, müəyyən qisim kənarda durur, seyrçidir, səsini çıxarmır, bəziləri isə açıq qısqanclıq edirlər. Belə olan halda da anti-Azərbaycan qüvvələr müəyyən məqamlarda və məkanlarda yaranır, formalaşır, bəlli istiqamətlərdən dövriyyəyə buraxılır. İlk dəfədirmi? Xeyr. Bu qüvvələr hər zaman olub. Ölkəmizə qarşı ədalətsizlik də olub, qarayaxma da olub, ikili-üçlü standartlar da. Bəzən hətta bu standartlar iyirmili-otuzluya çevrilir.
Xaricdə xüsusi qüvvələr var ki, onlar açıq bir formada haqqı nahaqqa qurban verərək ölkəmizə qarşı müxtəlif üsul-formatlarla hücuma keçirlər. Təbii, həmin hücumlar hər dəfəsində də dəf olunur, belələri heç bir qara niyyəti məhz Azərbaycanda həyata keçirə bilmirlər. Səbəb də sadədir: harada xalq və Prezident birliyi var, həmin münasibətlərin arasına kimsə girə bilmir. Çünki girmək mümkün deyil. Cənab İlham Əliyev ləyaqətli liderdir, O, Azərbaycanın bəxtidir, şansıdır. Belə bir şəxsiyyətin rəhbər olduğu ölkədə heç bir məkrli niyyəti, qara ideologiyanı, absurd ssenariləri həyata keçirmək mümkün deyil. Onun prinsipiallığı, yürütdüyü mükəmməl daxili və xarici siyasət bütün məqamlarda Azərbaycanı ancaq işıqlı gələcəyə aparıb, bundan sonra da aparacaq. O, Öz vətəndaşının, xalqının qarantı olmaq missiyasını ən mükəmməl şəkildə daşıyan rəhbərdir. Prezident İlham Əliyevin yanında olmaq, Onu dəstəkləmək isə artıq bizlər üçün bir tək seçici missiyası deyil, həm də şərəf məsələsidir.
- Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən antimilli ünsürlər, yəni ölkəmizdəki “beşinci kolon” nümayəndələri də Azərbaycanda sabitliyin pozulmasına çalışır, mitinq adı altında təxribatçı hərəkətlərə yol verirlər. Buna münasibətiniz necədir?
- Bu fakt onu ifadə edir ki, azərbaycanlı olmağına baxmayaraq, özünü bizdən zənn etməyən, xalqı da, vətəni də ən xırda fürsətləri olsa, hərraca çıxarmağa hazır olan qüvvələr var. Belələri üçün vətən təəssübkeşliyi deyilən anlayış yoxdur. Həmin qisim bütün siyasi fəaliyyətləri boyunca kiməsə işləyib, sifariş yerinə yetiriblər. Onlara “beşinci kolon” da deyirik, “antimilli ünsür” də, “sapı özümüzdən olan baltalar” da. Amma belələrinin əsl adı bilirsinizmi nədir? - Vətən xaini. Bax bu ad onlara daha gözəl yaraşır. Əksəriyyəti xaricdə oturub elə xaricdən də idarə olunanlardır. Bəsirət gözləri qapalı olan bu zavallılar fərqində belə deyillər ki, günbəgün hansı nifrəti qazanırlar, kənardan özlərinə qarşı necə ikrah yaradırlar. Daxildəki radikallar da onlardan geri qalmırlar. Bekar olan kimi mitinq keçirirlər. Anlamırlar ki, mitinq - insanları cinayətə, qeyri-etik çağırışlara, destruktiv fəaliyyətə yönəltməməlidir. Mitinq - anarxiya, xaos elementi deyil. Mitinq sivil formada ifadə azadlığının, fikri cəmiyyətə çatdırma mexanizminin bir qoludur. Amma bunlar mitinqlərdən, aksiyalardan da öz təyinatı üzrə istifadə etmirlər, edə bilmirlər. Çünki dediyim kimi: bu, zərurətdən deyil, bekarçılıqdan doğan məsələdir.
- Bu gün sosial şəbəkələrdə bəzi qruplar tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı təhqiramiz, radikal çağırışların səsləndirilməsi cəmiyyətdə böyük narazılıq doğurur. Bu cür hallara qarşı qanunvericilik səviyyəsində hansı addımlar atılmalıdır?
- Mən məhz bu məsələ ilə bağlı Milli Məclisin plenar iclasında da, media üzərindən də konkret təkliflərlə çıxış eləmişəm. Belə ünsürlər hansısa formada islah olunmalıdırlar. Bir vətəndaş kimi mənim arzum budur. Yolu nədir? Lap əvvəl birəbir hamısına cinayət işi qaldırılmalı, qiyabi də olsa istintaq aparılmalıdır. Daha sonra ekstradisiya müqavilələri incələnməlidir ki, kimlə hansı müqavilə şərtlərimiz var və həmin şərtlərdən çıxış edərək neyləmək olar.
İkincisi, dəfələrlə qeyd etmişəm, bir daha vurğulayıram: Dövlət, atribut, ölkənin dəyərli insanları haqqında edilən bütün qeyri-etik, cinayət tərkibli çıxışlar anındaca yasaqlanmalıdır. Bunun üçün daha ciddi və fundamental qanunvericilik əsasları yaratmalıyıq. Çünki zaman bunu tələb edir. Belə ünsürlərin videobloqlarının, təhrikçi çıxışlarının, sosial şəbəkələrdəki hesablarının Azərbaycana çıxışı əngəllənməlidir. Kimsə internet məkanında bu ünsürlərin iyrənc fikirləri ilə qarşı-qarşıya gəlməməlidir. Bizim bu fikirlərimizi bəzən kontekstdən çıxarıb internetin, sosial şəbəkələrin yasaqlanması ideyası kimi də təqdim edirlər. Xeyr, belə deyil. Əksinə, internetin gücü, resursları bir az da artsın, amma cinayətkarların həmin imkandan bəhrələnə bilməməsi şərti ilə! Tələbimiz və arzumuz məhz budur. Heç şübhəsiz, həmin antimilli ünsürlər bir gün mütləq hüquqa, qanuna, istintaqa, məhkəmələrə təslim ediləcəklər. Amma həmin zamanı, müddəti oturub sakitcə gözləməməliyik. İslahın bir çox vasitələri var. Həmin vasitələr təxirəsalınmaz formada düşünülməli, tapılmalı və icra edilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

