/ / Azərbaycanın möhtəşəm inkişafı anti-azərbaycançı, ermənipərəst dairələri narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdə sabitliyi pozmağa cəhd göstərirlər
Azərbaycanın möhtəşəm inkişafı anti-azərbaycançı, ermənipərəst dairələri narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdə sabitliyi pozmağa cəhd göstərirlər
08.02.2019 [09:53]
Milli Məclisin deputatı Tahir Süleymanov www.yap.org.az saytına müsahibə verib:
- Azərbaycanın dinamik inkişafı və beynəlxalq nüfuzunun mütəmadi olaraq artması bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Həmin anti-Azərbaycan dairələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, ikili standartlara əsaslanan qərəzli yanaşma nümayiş etdirirlər. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Yüksək iqtisadi inkişafa malik, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bunun nəticəsidir ki, bölgənin əsas iqtisadi-siyasi aktoru sayılan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir. Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr isə onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Eləcə də bu gün demokratik prinsiplərin inkişafına, bu prinsiplərə sədaqətinə görə ölkəmiz postsovet məkanında birinci, dünyanın ən aparıcı dövlətləri arasında isə öncül sırada dayanır. Demokratik təsisatların inkişafına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə gedən siyasi proseslərdə, o cümlədən insan haqlarının qorunması məsələsində hər zaman şəffaflığı, qanunun tələblərinin qorunması prinsipini əsas tutur.
Cənab Prezident İlham Əliyev Özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan dünyada ilk sıralarda dayanır. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan iqtisadi potensialını daha da artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir. Dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib.
Təbii ki, bu uğurların fonunda müəyyən beynəlxalq dairələr, qurumlar, anti-azərbaycançı mərkəzlər və erməni lobbisi çox narahatlıq keçirir. Ona görə də vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər. Bütün bunlar məqsədli şəkildə həyata keçirilir ki, ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri Azərbaycana etimad etməsinlər. Amma hər zaman belə planlar fiaskoya uğrayıb. Son vaxtlar yenə də həmin qüvvələr fəallaşmağa başlayıblar. Amma hər zaman olduğu kimi, bu dəfə də məqsədlərinə çata bilməyəcəklər.
- Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən antimilli ünsürlər, yəni ölkəmizdəki “beşinci kolon” nümayəndələri də Azərbaycanda sabitliyin pozulmasına çalışır, mitinq adı altında təxribatçı hərəkətlərə yol verirlər. Bu fakt özlüyündə nəyi ifadə edir?
- Azərbaycanda radikal müxalifət düşərgəsində cəmləşənlərin daim milli maraqlara zidd mövqe sərgiləmələri, özlərinin korporativ maraqlarını hər şeydən önə çəkmələri cəmiyyətdə onlara qarşı adekvat münasibət formalaşdırıb. Bu gün ölkəmizdə insanlar radikallara açıq şəkildə “yox” deyərək özünün məqsədyönlü siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxaran iqtidarla həmrəylik nümayiş etdirirlər. Dağıdıcı ünsürlərin düzənlədiyi hər bir tədbir isə cəmiyyətimizin onlara olan mənfi münasibətini növbəti dəfə açıq şəkildə ortaya qoyur. Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir.
Uzun illərdir ki, düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsinin xarici antimilli mərkəzlərin sifarişləri əsasında “fəaliyyət proqramı” qurması hər kəsə bəllidir. Bu mənada, dağıdıcıların mövsümi olaraq “qabarma-çəkilmə” proseslərinə məruz qaldığı da göz önündədir. Belə ki, illərdir anti-azərbaycançı dairələrin direktivləri əsasında birləşən-ayrılan, küsən-barışan, aksiya keçirən radikal ünsürlərin mövqeyi, məqsədi ortada olub. Ancaq antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çox uzaqdadırlar. Məlumdur ki, demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual müstəvidə yanaşma nümayiş etdirmək, eləcə də fərqli məsələlərlə bağlı konsepsiya irəli sürməkdir. Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanların məqsədləri isə yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib.
Qeyd olunmalıdır ki, bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar. Adını “demokrat” qoymuş dağıdıcı ünsürlər keçirdikləri aksiyalar zamanı çıxışlarında da cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlanır. Maraqlıdır ki, min bir yalanla gəncləri çaşdırmağa niyyətlənən liderciklər və bunun kimi siyasi alverlə məşğul olanlar 1992-ci ildə xalqın, dövlətin başına hansı oyunları açdıqlarını, ölkənin müstəqilliyini təhdid altına alacaq təhlükələr yaratdıqlarını dilə gətirmirlər.
1992-ci ildə sadalanan xəyanətlərlə yadda qalan, bu gün də dağıdıcılıqdan başqa bir fəaliyyəti olmayan və fərqli xarici maraqların danışan dilinə, əlaltısına çevrilmiş radikal düşərgə təmsilçiləri hər addımda Azərbaycanın milli mənafeyinə zidd mövqe tuturlar. Milli birliyin daha da gücləndirilməsinə, siyasi və iqtisadi sabitliyin qorunub saxlanmasına, dövlətçilik və milli maraqlara xidmət edən siyasi kursun davamlılığına qarşı “cəbhə” açmağa cəhd göstərən, xalqın iradəsinə qarşı düşmən mövqe sərgiləyən radikal kəsimin əsas fəaliyyət xətti isə, qeyd etdiyimiz kimi, məhz ermənipərəst xarici mərkəzlərin sifarişləri əsasında formalaşır.
- Bu gün sosial şəbəkələrdə bəzi qruplar tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı təhqiramiz, radikal çağırışların səsləndirilməsi cəmiyyətdə böyük narazılıq doğurur. Bu cür hallara qarşı qanunvericilik səviyyəsində hansı addımlar atılmalıdır?
- Ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər anti-azərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bəzi maraqlı xarici qüvvələrin oyuncağına çevrilmiş, ölkə daxilində özünü “müxalifət” qismində təqdim etməyə cəhd göstərən dağıdıcıların ölkəmizdə bərqərar olan demokratik prinsiplərə kölgə salmaq üçün ermənipərəstlərin “mətbəx”ində hazırlanan yalanları yaymağa çalışması, bu məqsədlə aksiyalar keçirməsi isə onların siyasi kimliyini bir daha üzə çıxarır. Yəni bu kampaniyalar Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi “ortaq tədbirlər”dir.
Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş istifadə olunur. Sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan heç də xoş olmayan məqsədlər üçün istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır. İnsanların şərəf və ləyaqəti təhqir olunur və s. Bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

