Cərimələrin sərtləşdirilməsi prosesi başa çatıb
05.11.2009 [09:49]
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun SİA-ya eksklüziv müsahibəsi:
- Cənab Nazir, qarşıdan qış mövsümü gəlir və bu aylarda Azərbaycanda ağacların kəsilməsi halları daha çox olur. Bununla bağlı hansı tədbirlərin görülməsini nəzərdə tutmusunuz?
- Nazirlər Kabineti tərəfindən planlı surətdə qışa oduncaqların hazırlanması ilə bağlı müşavirə keçirilib. Müşavirə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) sözügedən məsələ ilə bağlı müvafiq göstərişlər verilib. Hesab edirik ki, ağacların qanunsuz kəsilməsinin qarşısı bu cür yol ilə alınmalıdır.
- Bəs, bu cür halların qarşısını almaq üçün cərimələrin miqdarı qaldırılacaqmı?
- Cərimələr meşələrlə bağlı deyil. Meşələrlə bağlı cərimələr hələ bir neçə il bundan əvvəl sərtləşdirilib. Bu dəfə meşə fonduna aid olmayan yaşıllıqlarla bağlı məsələ müzakirə olunub. Artıq bu məsələ yekun mərhələdədir. Yəni, bu vaxta qədər kəndlərdə, şəhərlərdə, yol kənarlarında meşə fonduna aid olmayan ağacların kəsilməsi ilə bağlı tətbiq edilən cərimələrin miqdarı az idi. Oduncağın qiyməti isə ümumiyyətlə, nəzərə alınmırdı. Bir neçə il bundan əvvəl, biz oduncağın da qiymətinin hesablanaraq qaldırılmasına nail olduq. Hazırda cərimələrin sərtləşdirilməsi prosesi başa çatıb. Məhz bunun nəticəsində Bakıda ağackəsən şəxslər təxminən 800-1500 manat civarında cərimə ödəməli olacaq.
- Siz Azərbaycan-Antarktika ekspedisiya qrupunun üzvü kimi Antarktikada səfərdə olmusunuz. Bu cür səfərlər yenə də olacaqmı?
- Biz bu istiqamətdə ciddi işləyirik ki, bu cür səfərlər azərbaycanlılar üçün adiləşsin, Azərbaycanın muzeylərində həmin yerlərdən gətirilən kolleksiyalar saxlanılsın və dünyada dərc olunan kitablarda azərbaycanlıların adları olsun. ümid edirəm ki, yaxın vaxtlarda bu kimi yerlərə növbəti səfərlərimiz olacaq. Onu da deyim ki, Antarktikaya səfərimizlə bağlı 3 cildlik kitab hazırlanır. Kitabın I cildində Antarktikadan gətirilən geoloji materialların təhlili, II cild hidrometroloji məlumatların təhlili, iqlim dəyişmələri və bu dəyişmələrin kontekstində Antarktika prosesləri və III cild isə Antarktika yürüşünün gündəliyi, psixoloji hisslərin və müşahidələrin təhlili, fotoşəkillər və digər məlumatlar yer alıb.
- Bəs Klimancaro dağına ekspedisiyanızla əlaqədar kitab hazırlanacaqmı?
- Oradan daha zəngin materiallar gətirilib və hazırda bu istiqamətdə iş aparılır. Kolleksiya nəfis şəkildə formalaşdıqdan sonra onun ya Milli Geologiya Muzeyinə, ya da Bakı Dövlət Unversitetinin Geologiya və Biologiya muzeyinə verilməsi planlaşdırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

