Azərbaycan regionda sülhün bərqərar olmasının fəal tərəfdarıdır
26.08.2009 [01:21]
Day.Az informasiya portalı avqustun 24-də Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəni öz saytında yerləşdirib. AzərTAc həmin müsahibəni oxuculara təqdim edir:
- Rusiya Prezidenti Dmitri Medvedev bu günlərdə Həştərxanda Xəzəryanı əməkdaşlıq məsələlərinə dair müşavirə keçirmişdir. ABŞ “Xəzərin keşikçisi” proqramı çərçivəsində Azərbaycanla fəal əməkdaşlıq etdiyi bir vaxtda Moskva Xəzəryanı regiona aid olmayan ölkələrin hərbi qüvvələrinin Xəzərdə yerləşdirilməsinin qadağan olunmasını israr edir. Siz bu faktı necə şərh edərdiniz?
- Azərbaycan regionda sülhün bərqərar olmasının fəal tərəfdarıdır. Biz bir sıra məsələlər üzrə həm Rusiya ilə, həm də Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edirik. Bütün bu məsələlərdə Azərbaycan milli təhlükəsizlik mənafeləri mövqeyindən çıxış edir. Bizim atdığımız bütün addımlar milli mənafelərimizə uyğundur və dövlətimizin milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir.
- ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir göstərə bilər?
- Mən bu məsələni bir neçə gün bundan əvvəl şərh etmişəm. Söhbət kadrların rotasiyasından gedir. Nəzərə almaq lazımdır ki, bütün sahələrdə kadrların əvəzlənməsi baş verir. Əlbəttə, biz ümid edirik və gözləyirik ki, yeni həmsədrlərin hər biri təcavüzkar dövlətin nəticə etibarilə Azərbaycan ərazisini azad etməsi üçün ondan asılı olan hər şeyi edəcək.
Ermənistana dəqiq və birmənalı şəkildə izah etmək lazımdır ki, onun irrasional və qeyri-konstruktiv mövqeyi heç bir fayda verməyəcək. Bu gün qlobal maliyyə böhranı Ermənistanı tamamilə sarsıtmışdır və bu ölkədə iqtisadi və siyasi sahədə vəziyyət günbəgün pisləşəcək. Bu, hamı üçün aşkardır. Sual edilir: Ermənistanın rəhbərliyi nə vaxta qədər öz vətəndaşlarına yalan vədlər verəcək, onları demokratik hüquqlardan və öz qonşuları ilə sülh şəraitində yaşamaq imkanından məhrum edəcək? Ermənistanın rəhbərliyi öz yanılmalarına və səhvlərinə daha rassional mövqedən yanaşmalıdır, çünki zaman onların əleyhinə işləyir.
- Bu yaxınlarda Gürcüstan MDB-dən çıxmışdır. Bu məsələ barədə şərhinizi eşitmək istərdik. Yaxın qonşumuzun həmin addımı nəyə gətirib çıxara bilər, bu, Birliyə necə təsir göstərə bilər?
- Keçən ilin avqust hadisələrindən sonra buna oxşar demarşlar gözlənilirdi. Eyni bir təşkilatın üzvləri olan iki dövlət arasında çox mürəkkəb münasibətlər yaranmışdır və yaxın perspektivdə bu münasibətlərin yaxşılaşmasının mümkünlüyü analitiklərin çoxu üçün dumanlı görünürdü.
MDB-nin özünə gəldikdə isə, bu qurum çox böyük mürəkkəbliklərlə üzləşmişdir. Qurum artıq neçə ildir ki, özünün həyat qabiliyyətli və səmərəli olmasını sübut etməyə çalışır. Əlbəttə, mövcud formatı qoruyub saxlamaq və ya dəyişmək, ab-havanı yaxşılaşdırmaq cəhdləri var. Lakin MDB çərçivəsində hər şey ikitərəfli münasibətlər səviyyəsində və çox vaxt dövlət başçılarının şəxsi qarşılıqlı münasibətləri səviyyəsində həll edilir. MDB-nin taleyinin necə olacağını soruşursunuzsa, cavab belədir ki, MDB bundan sonra da qalacaq və fəaliyyət göstərəcək, çünki belə bir ittifaqın müəyyən iqtisadi preferensiyaları mövcuddur. Lakin əgər Birlik üzvlərindən biri həmin təşkilatın üzvü olan digər dövlətin ərazisini işğal edirsə, onda tamamilə təbii olaraq belə bir sual qarşıya çıxır: bu vəziyyət nə vaxta qədər davam edə bilər? Dünyada öz üzvləri üçün siyasi və iqtisadi təhlükəsizlik perspektivlərini təmin edən daha səmərəli ittifaqların mövcud olmasını nəzərə alsaq, əlbəttə, MDB, necə deyərlər, yerində sayır.
- Son hadisələrlə, o cümlədən Rusiya ilə Azərbaycan arasında qaz təchizatına dair razılaşmalar, Ankarada NABUCCO layihəsi haqda hökumətlərarası sazişin imzalanması və Rusiyanın Baş naziri Vladimir Putinin Türkiyəyə səfəri ilə əlaqədar Siz NABUCCO layihəsinin gələcəyini necə təsəvvür edirsiniz?
- NABUCCO layihəsinin həyata keçiriləcəyi tamamilə aşkardır. Xüsusən ona görə ki, bəzi proqnozlara görə, Qərbdə maliyyə böhranı zəifləməkdədir. Bu layihə geoiqtisadi xarakter daşıdığı üçün ona çox böyük maraq var. Lakin, eyni zamanda, daha məqsədəuyğun marşrutların və layihələrin bacarıqla və səmərəli şəkildə təşkil edildiyini də görürük. Hər kəsin öz iqtisadi səmərəsi barədə düşünməli olduğu şəraitdə heç kəs başqasını gözləməyə borclu deyildir, axı biz planlı təsərrüfat dövründə yaşamırıq. Necə deyərlər, bacarana can qurban. Buna müvafiq olaraq, bəzi Qərb ölkələri mobillik və operativlik kimi kateqoriyaların əhəmiyyətini başa düşməlidirlər, çünki başqa bir məsələdə deyildiyi kimi, kim risk etməsə, o, şampan şərabı içməyəcək.
- Buyurun, indiki dövrdə Azərbaycan gənclərinin cəmiyyətin və dövlətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının vəziyyəti barədə fikrinizi bildirin.
- Bu gün Azərbaycan gənclərinin vəziyyətini “İrəli!” sözü birmənalı olaraq əks etdirir. Gənclər ölkədə baş verən prosesləri bilməyə, öyrənməyə, dərk etməyə və onların fəal tərkib hissəsinə çevrilməyə çalışırlar. Son illərdə gənclərin inkişafı üçün bir sıra dövlət proqramları qəbul edilmişdir. Mənim fikrimcə, həmin proqramlar arasında ən əhəmiyyətlisi azərbaycanlı tələbələrin xaricdə təhsil alması proqramıdır. Beləliklə, Prezident İlham Əliyevin müstəsna diqqəti və Azərbaycanı yüksək inkişaf etmiş dövlətə çevirmək istəyi sayəsində ölkədə top-menecerlərin yeni təbəqəsi formalaşır. Onlar bizim gələcək həmkarlarımızdır. Biz onları Prezident İlham Əliyevin Azərbaycanda açıq, demokratik və dünyəvi dövlət qurmaq strategiyasının tərkib hissəsi hesab edirik.
Bu gün Azərbaycan gənclərinin inkişafı və tərəqqisi üçün geniş şərait yaradılması dövlətimizin başçısının əsas prioritet məqsədidir. İndi Azərbaycan gənclərindən bircə şey tələb olunur - özlərinə qarşı tələbkarlıq və daim öz üzərində işləmək. ölkəmizin hər bir vətəndaşı başa düşməlidir ki, Prezident qarşıda duran vəzifələrin gündəliyini formalaşdırır, onun həyata keçirilməsi isə bizim hər birimizin imkanlarının gerçəkləşdirilməsi deməkdir. Azərbaycanın ən qısa dövrdə yeni zirvələrə çatması üçün biz maksimum səy göstərməliyik.
- Bələdiyyə seçkiləri ərəfəsində ölkədə siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Bələdiyyə seçkiləri - demokratik dövlətin inkişafında mühüm addımdır. Buna görə də hər kəs, ölkənin hər bir vətəndaşı bu seçkilərə maksimum məsuliyyətlə yanaşmalıdır. Bizdə seçkilərin aşkarlıq və demokratik şəraitdə keçirilməsi ənənələri, müvafiq təcrübə, sabitlik və demokratik dövlət qurmaq istəyi var. Əlbəttə, artıq müəyyən bloklar və ittifaqlar yaratmaqdan dəm vuran zəif müxalifət də var. Biz az da olsa, ümid edirik ki, hər halda onlar öz ideya və təkliflərinin maraqlı və səmərəli təbliğini təşkil edə biləcəklər. Zənnimcə, ölkədə siyasi vəziyyət məsələsini seçkilərə az qalmış müzakirə etmək daha maraqlı olar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24

