Hikmət Babaoğlu: YAP-ın güc aldığı yeganə mənbə xalqdır
21.11.2017 [09:58]
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun SİA-ya müsahibəsi:
- Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. Partiyanın Azərbaycanın uğurlarındakı rolu nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin müstəqillik tarixinin memarıdır deyə bilərik. Çünki YAP 1992-ci ildə yarandı, o zaman Azərbaycanın müstəqilliyinin cəmi 1 yaşı var idi. Çox təəssüf ki, həmin dövrdə Azərbaycanın iqtisadiyyatı, sənayesi və digər sahələri kimi siyasi, hüquqi, ideoloji, mənəvi dəyərlər sistemi çökmüşdü. Yeni Azərbaycan Partiyası mürəkkəb tarixi mərhələdə yarandı. Onun yaradıcısı və ilk Sədri, böyük dövlət xadimi Ulu öndər Heydər Əliyev partiya nizamnaməsini Öz əlləri ilə yazarkən, şübhəsiz ki, bütün bunları nəzərə almışdı. O zaman Azərbaycanda funksional dövlətin yaradılmasına, ölkəmizdə yeni hüquqi-siyasi sistemin formalaşmasına zərurət vardı. Bütün bunların yaradılması üçün tərəddüdsüz deyə bilərik ki, yeni mənəvi, siyasi baxışlar, ideologiya ortaya çıxmalı idi. YAP-ın nizamnaməsində sonradan Azərbaycanın Konstitusiyasında öz əksini tapan siyasi, mənəvi, ideoloji sistemin əsasları var. Bunu Ümummilli lider Heydər Əliyev Öz əlləri ilə yazıb. Ona görə də biz YAP-ın uğurlarını qiymətləndirərkən, heç şübhəsiz, bütün bunları nəzərə alaraq qiymətləndirməliyik. YAP yarandığı gündən bu günədək heç bir halda bu prinsiplərdən geri durmadı, əksinə onu inkişaf etdirdi.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın yubileyi ilə bağlı etdiyi çıxışda da bu məsələlərə toxundu. Dövlət başçısı hər şeydən öncə partiya yarandığı dövrdə ölkəmizdəki xaotik, dağıdıcı proseslərin şərhini verdi. Müxalifət partiyası kimi yaranan YAP-ın ölkənin siyasi palitrasına qoşulması və yeni rəng gətirməsi, əslində, ondan sonrakı mərhələdə siyasi sistemin keyfiyyətini müəyyənləşdirməklə həm də demokratiya, insan hüquqları, fikir, söz azadlıqları kimi məsələlərin təminatçısı oldu.
- Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu YAP qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilə bildi. Partiyanın bu uğuru nədən qaynaqlanırdı?
- Bütün hallarda YAP-ın güc aldığı yeganə mənbə xalq oldu. Prezident İlham Əliyev də bu günlərdə bəhs olunan çıxışında bildirdi ki, Azərbaycanda sabitliyin təminatçısı xalqdır. Bu gün Yeni Azərbaycan Partiyasından danışarkən biz onu ümumxalq partiyası kimi səciyyələndiririk. Bu, YAP-ın nə dərəcədə böyük partiya olmasından xəbər verməklə yanaşı, ölkəmizin ictimai, siyasi, mədəni həyatının bütün sferalarına təsirinin göstəricisidir.
Əslində, YAP-ın yaranması Azərbaycan xalqının, cəmiyyətinin sosial sifarişi kimi meydana çıxmışdı. Belə ki, ölkə başçısının da çıxışında qeyd etdiyi kimi, 91 nəfər şəxs Ulu öndər Heydər Əliyevə müraciət etdi və Azərbaycanın bütün bölgələrindən olan 500 nəfərdən çox nümayəndənin iştirakı ilə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Bu da onu göstərir ki, Azərbaycanın bütün bölgələrində yaşayan insanların belə bir partiyanın yaradılmasına ehtiyacı var idi. Bundan sonrakı mərhələdə YAP hər keçirilən seçkilərdə verdiyi vədləri yerinə yetirməyi bacardı. Dövlət başçısı yubiley çıxışında bu məsələni də qabartdı. Azərbaycan Prezidenti çıxışında dedi ki, YAP verdiyi bütün sözləri yerinə yetirib və ona görə də 1993-cü ildən indiyədək keçirilən bütün seçkilərin qalibi olub. Azərbaycan xalqı siyasi baxımdan savadlı xalqdır və baş verənlərə adekvat münasibət göstərməyi bacarır. Azərbaycan xalqı YAP-ın hakimiyyətə gəlməsindən sonra gördü ki, partiya, sözün həqiqi mənasında, xalqın maraqlarının müdafiəçisi kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti söyləyir: “Hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir”.
Əlbəttə, öz əməli fəaliyyətində bu fəlsəfəni rəhbər tutan partiya liderinə hamı səs verəcək. Ümumiyyətlə, YAP Azərbaycana siyasi mədəniyyət gətirdi, siyasi etik davranışların əsasını qoydu, ölkəmizdə funksional dövlət yaratdı, Azərbaycanda elmin, təhsilin və digər sahələrin inkişafı ilə bağlı çox böyük işlər gördü. Eyni zamanda, cəmiyyətə ümumi, ictimai ahəngdarlığı təmin edəcək elə bir ideologiya müəyyənləşdirdi ki, cəmiyyətin hər bir fərdi müxtəlif sosio-etnik fərqliliklərinə baxmayaraq, özünü Azərbaycan dövlətinə mənsub hesab etdi. Burada fərdin etnik mənsubiyyətinə, hansı təbəqəyə mənsub olmasına baxmayaraq, elə normalar müəyyən edilib ki, hər bir azərbaycanlı özünü orada yaxşı hiss edir. Hesab edirəm ki, YAP-ın bu günə qədər hakimiyyətdə olmasının əsas səbəblərindən biri elə bundan ibarətdir. Çünki biz 1990-cı illərin əvvəllərində, YAP yaranana qədər fəaliyyət göstərən digər partiyaların tezisində bunları görmürdük.
- YAP-ın üzvlərinin sayı artmaqdadır. Lakin ən maraqlı məqam gənclərin YAP-a marağının artmasıdır. Bu, partiyanın gəncləşməsi demək deyilmi?
- Bu gün biz partiyanı gənclər partiyası kimi səciyyələndirə bilərik. Çünki YAP-a üzv olanların 40 faizini gənclər, 50 faizə yaxınını isə qadınlar təşkil edir. Qadın üzvlər arasında da gənclərin sayı kifayət qədərdir. Ümumiyyətlə, bu gün YAP-ın üzvlərinin sayı 700 min nəfərdən çoxdur. Bu mənada düşünürəm ki, YAP-ın ümumxalq partiyası adlandırılması yerində səslənən ifadədir. YAP-ın ən böyük nailiyyəti bundan ibarətdir.
- YAP yarandığı dövrdə və daha sonra bir sıra partiyalar fəaliyyət göstərsə də, zaman keçdikcə onlar tarixə qovuşdu. YAP-ın uzunmüddətli fəaliyyətinin sirri nədən ibarətdir?
- Partiya ilk növbədə siyasi dünyagörüşü və dəyərlərə söykənməlidir. Partiya hansısa liderin ətrafına topladığı 5 nəfərdən ibarət ola bilməz. Partiya nizamnaməsi olmadan, dəyərləri mənimsəmədən özünü lider elan etmiş şəxsin məqbul və ya qeyri-məqbul, radikal, liberal fikirlərindən ibarət olmamalıdır. Siyasi sistemi analiz edərkən qarşımıza çıxan ən birinci institut siyasi partiyalardır. Çünki siyasi partiyalar digər təşkilatlardan hakimiyyətə gəlmək iddiası ilə seçilirlər. Ona görə də hakimiyyətə gəlmək istəyən təşkilatın mütləq konseptual əsaslara söykənən ciddi fəaliyyət proqramı olmalıdır. Lakin başqa partiyalar bunu edə bilmədilər. Çünki onların bunu edəcək intellektual potensialı və dövlətçilik təcrübələri yox idi. Bizim bəxtimiz onda gətirdi ki, YAP-ın qurucusu məhz Ulu öndər Heydər Əliyev olub. Mən əminliklə deyə bilərəm ki, YAP-ın bütün nailiyyətləri məhz bu böyük tarixi şəxsiyyətin, dövlət xadiminin Öz əli ilə partiyanın nizamnaməsində yazdığı ideya, fəlsəfi, hüquqi prinsiplər əsasında əldə olundu. Bu gün də YAP uğurlu model kimi bütün nailiyyətlərin əsasında durmaqdadır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır ifadəsinin real təsdiqidir. Bu, partiyamızın gələcəkdə də böyük nailiyyətlər əldə etməsinin təminatçısıdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

