Referendum Aktının xalqımız tərəfindən qəbul olunacağını əminliklə söyləyə bilərik
09.09.2016 [10:13]
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, ölkəmiz mühüm siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da Azərbaycanda ümumxalq səsverməsi keçiriləcək. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiyaya üçüncü dəfə dəyişikliyin edilməsi məqsədilə təşəbbüs irəli sürmüşdür. Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş verən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir.
1991-ci ildən indiyədək Azərbaycanda 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə seçkisi keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanunumuz - Konstitusiyamız 1995-ci il noyabrın 12-nə təyin olunmuş referendumda qəbul edilib. Ötən dövrdə Konstitusiyaya zəruri dəyişikliklərin edilməsi 2002-ci və 2009-cu illərdə referendum yolu ilə baş verib.
Bu il sentyabrın 26-na təyin edilmiş referendumda Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. Böyük əminliklə qeyd etmək istəyirəm ki, Referendum Aktında nəzərdə tutulan bütün təkliflər Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə tam uyğundur və onun həyata keçirilməsinə təminat verir. Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsində deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”. Konstitusiyaya təklif olunan dəyişiklikləri dərindən təhlil etdikdə aydın olur ki, nəzərdə tutulan dəyişikliklərin əsas mahiyyəti insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi, dövlətin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsinə zəmin yaratması ilə əlaqədardır. Ona görə də mən Referendum Aktında nəzərdə tutulan təkliflərin hamısını bütövlükdə dəstəkləyirəm və hesab edirəm ki, bu dəyişikliklər respublikamızın demokratik və hüquqi dövlət quruculuğu istiqamətində irəliyə atdığı ən uğurlu addımlardan biridir.
- Sizcə, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər hansı zərurətdən yarandı?
- Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin birinci hissəsində deyilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bu istiqamətdə ölkəmizdə qanunvericilik bazası daim təkmilləşir və respublikamızın sosial-iqtisadi inkişaf səviyyəsinə və beynəlxalq aləmdə tutduğu siyasi mövqeyə uyğun hüquqi tənzimləmə mexanizminin dəyişməsinə ehtiyac yaranır. Təklif edilən Referendum Aktı da bu ehtiyacı ödəmək üçündür. Bununla əlaqədar bəzi təkliflər barədə öz münasibətimi bildirmək istəyirəm.
Əvvəla, çox məmnun olduğumu bildirirəm ki, 14 il bundan əvvəl - 2003-cü ilin fevral ayının 1-də prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması haqqında Milli Məclisdə qaldırdığım məsələ təklif olunan dəyişikliklərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklər və əlavələrə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siyasi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb. Bu yeni təsisat dövlət idarəçiliyini Prezidentin həyata keçirdiyi islahatlara sürətlə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Konstitusiyada müxtəlif vəzifələrə seçilmək hüququnun məhdudlaşdırılmasına dair hazırda mövcud olan yaş senzinin aradan qaldırılması haqqında Referendum Aktında nəzərdə tutulan dəyişiklikləri də çox dəyərli və lazımlı təkliflər hesab edirəm. Bu, onunla əlaqədardır ki, hazırkı Azərbaycan gəncləri öz intellekt səviyyəsinə, dünyagörüşünə, idarəetmə qabiliyyətinə və digər xüsusiyyətlərinə görə 20-25 il bundan qabaqkı gənclərdən xeyli fərqlənir və üstünlüyü ilə seçilir. Nəzərdə tutulan bu dəyişiklik gənclərin sosial-iqtisadi sahədə olduğu kimi, ictimai-siyasi sahədə də daha aktiv iştirakına şərait yaradacaq, demokratiyanın inkişafına təkan verməklə hər bir vətəndaşın öz hüquqlarından tam və geniş istifadə etməsinə imkan verəcəkdir. Yəni seçmək hüququ olan 18 yaşlı gənc həm də seçilmək hüququ əldə edir.
- “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmununda Əsas Qanuna əlavə nəzərdə tutulur. Bu əlavə mülkiyyət münasibətlərində nə kimi yeniliklərə səbəb olacaq?
- Konstitusiyanın “Mülkiyyət hüququ” adlanan 29-cu maddəsinə yeni iki hissənin əlavə edilməsi barədə təklifi də yüksək qiymətləndirirəm. Qeyd etdiyim kimi, Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə uyğun olaraq dövlətin ali məqsədlərindən birinin Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi olduğundan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin həll edilməsi hökumətin qarşısında duran ən vacib məsələdir. Bu problem barədə hörmətli Prezidentimiz İlham Əliyev Prezidentliyinin ilk vaxtlarından indiyə kimi bir çox təsirli tədbirlər görmüş və bu məsələdə əsaslı uğurlar əldə edilmişdir. Bununla yanaşı, əhalinin dinamik artımı, vətəndaşlarımızın sosial rifah halının durmadan yaxşılaşması ərzaq məhsullarına olan tələbatı da artırır. Ona görə də ərzaq təhlükəsizliyinin tam təmin edilməsi üçün kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqdan səmərəli istifadə etmək ən önəmli vəzifədir.
Bildiyiniz kimi, ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də islahatlar aparılmış və Konstitusiyamızın 13-cü maddəsinə uyğun olaraq mülkiyyətin bir növü olan torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları bərqərar olmuşdur. Son illər aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, xüsusi mülkiyyətə verilmiş torpaqların bir hissəsi - təxminən 200 min hektar əkin sahəsi uzun müddətdir ki, istifadəsiz saxlanılır. Bu da ərzaq təhlükəsizliyinin təmin edilməsinə böyük zərbədir və dövlətimizin öz öhdəliyini yerinə yetirməsində böyük əngəl törədir. Bununla əlaqədar Vergi Məcəlləsinə (hər hektar becərilməyən sahəyə görə 100 manat vergi), Cinayət Məcəlləsinə (188-ci maddə, azadlıqdan məhrumetmə) və digər normativ hüquqi aktlara dəyişikliklər edilmişdir. Lakin Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin toxunulmazlığının təsbit olunması, Torpaq Məcəlləsində təyinatına uyğun istifadə olunmayan torpaqların geri alınmasının xüsusi mülkiyyətə aid edilməməsi bəzi mülkiyyətçilərdə bu məsələyə dair arxayınçılıq və biganəlik yaratmışdır. Bununla əlaqədar Konstitusiyanın 29-cu maddəsinə “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” və “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmununda iki hissə əlavə edilməsi təklif olunur. Bu dəyişikliyin mahiyyəti odur ki, əgər kimsə mülkiyyətindən, o cümlədən torpaqdan cəmiyyətin məqsədləri üçün istifadə etmirsə və ya ondan qanunvericiliyə uyğun başqalarının istifadəsinə şərait yaratmırsa, dövlət həmin mülkiyyəti əvəzini ödəmək şərtilə özgəninkiləşdirə bilər. Bu da insan hüquqlarına ziddiyyət təşkil etmir və dövlətin ali məqsədinə çatmasına imkan yaradır.
- Eldar müəllim, hazırda təbliğat-təşviqat kampaniyası davam edir. Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupu kampaniya çərçivəsində seçicilərlə çoxsaylı görüşlər keçirir. Bu görüşlərlə əlaqədar təəssüratlarınız necədir?
- Biz qətiyyətlə inanırıq ki, Referendum Aktında təklif olunan bütün dəyişikliklər ölkəmizdə insan hüquqları və azadlıqlarının daha mükəmməl qorunmasına, respublikamızın demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsinə, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Biz hamımız bu Referendum Aktının qəbul edilməsi üçün partiyamızın qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsinə öz layiqli töhfəmizi verməyə çalışırıq.
Qeyd etdiyiniz kimi, təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlər keçiririk. Görüşlər zamanı əhali ilə Konstitusiya islahatlarının əhəmiyyəti haqqında fikirlərimizi bölüşür, seçiciləri sentyabrın 26-da seçki məntəqələrinə gedib Referendum Aktını dəstəkləməyə çağırırıq. Sevindirici haldır ki, ölkə vətəndaşları Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayırlar. İnsanlar Prezident İlham Əliyev tərəfindən irəli sürülən bütün təşəbbüsləri müdafiə etdiklərini qeyd edirlər. Bu mənada, sentyabrın 26-da Referendum Aktının xalqımız tərəfindən qəbul olunacağını əminliklə söyləyə bilərik.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

