Məlahət İbrahimqızı: ABŞ qərəzli hay-küyə görə müttəfiqini itirməz
23.12.2015 [10:21]
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının SİA-ya müsahibəsi:
- Məlahət xanım, Ermənistan Azərbaycanın tərəfdaşları ilə münasibətlərinə xələl gətirmək istiqamətində çalışır. Son günlər ən çox danışılan məsələ Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kris Smitin ABŞ Konqresinə təqdim etdiyi qərəzli layihəsidir...
- Amerika Birləşmiş Ştatları (ABŞ) dünyanın supergüc dövlətidir. ABŞ gündəmi, dünya siyasətini müəyyənləşdirən dövlətlərdən ən əsasıdır. Bu ölkə uzun illərdir ki, Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan antiterror koalisiyasına ilk qoşulan ölkələrdən biridir. Amerika ilə enerji təhlükəsizliyi, tədqiqatı sahəsində yaxından əməkdaşlıq edirik. Regionda Azərbaycan Amerikanın ən yaxın müttəfiqlərindəndir. “Əsrin müqaviləsi”ndən başlayaraq, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Böyük İpək yolu, həmçinin bir sıra digər strateji, qlobal əhəmiyyətli layihələrin gerçəkləşdirilməsində Amerika Azərbaycanın bir nömrəli tərəfdaşlarından olub. Amerika qocaman bir dövlətdir. ABŞ Helsinki Komissiyası kimi hansısa qeyri-hökumət təşkilatının qaldırdığı qərəzli hay-küyə görə müttəfiqini itirməz. Tərəfdaşlarımızla münasibətlərimizə xələl gətirməyə çalışan qüvvələr həmişə olub. Onlar öncələr də belə cəhdlər ediblər. Ancaq buna nail ola bilməyiblər və bilməyəcəklər.
- Bu gün bütün dünya bilir ki, Azərbaycan müstəqil siyasət yürüdür, sürətlə inkişaf edir və tərəfdaşları ilə yaxşı münasibətlər qurub. Bu uğurlar isə ölkəmizə qısqanclıqla yanaşanları və düşmənlərimizi heç də sevindirmir...
- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu arasında yüksək səviyyəli görüş keçirildi. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır. Bəzi üzdəniraq destruktiv qurumlar isə mətbuatda Türkiyə-Azərbaycan münasibətlərini qaralamağa çalışdılar. Ancaq onlar heç bir vasitə ilə buna nail ola bilməyəcəklər.
Bir neçə gün öncə Azərbaycan və Ermənistan prezidentləri görüşdü. Görüşdən sonra Azərbaycan Prezidenti Vətəninə qayıtdı. Sarkisyan isə Moskvaya getdi. Hamı bilir ki, Ermənistan Rusiyanın forpostudur. Ermənistan müstəqil dövlət deyil. Azərbaycanın isə bütün məsələlərdə konkret mövqeyi var. Mövqeyimiz ilk növbədə xalqımızın, daha sonra isə ölkəmizlə tərəfdaşlarımızın ortaq maraqlarına xidmət edir. Ancaq Ermənistanın öz fikri yoxdur. Düşmən ölkə hər vəchlə Azərbaycana ziyan vurmağa çalışır.
Ümumiyyətlə, müstəqil siyasət yürüdən, güclənən dövlətlərə qarşı qısqanclıq olur. Azərbaycan Cənubla da, Şimalla da yaxşı münasibətlər qurub. Bu isə bəzilərini narahat edir.
- Məlahət xanım, Azərbaycanı istəməyən qüvvələr ölkəmiz haqqında qarayaxma kampaniyası aparmağa cəhd edirlər. Bu gün Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan işlər haqqında nə deyə bilərsiniz?
- Aranı qarışdırmağa çalışanlar da yaxşı bilirlər ki, Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur, söz, mətbuat azadlığı, demokratiya hökm sürür. Yazırlar ki, guya Azərbaycana təzyiqlər var və buna görə Əfv Məsələləri Komissiyasının qərarı ilə kimlərsə həbsdən azad ediləcək. Əfv Məsələləri Komissiyası 20 ildir ki, fəaliyyət göstərir. Belə olan halda hansı təzyiqdən söhbət gedə bilər?
1994-cü ilə qədər 3 minə yaxın gənc Azərbaycandan çıxarılmışdı. Ordu düzgün formalaşmadığına görə valideynlər övladlarını qurban vermək istəmirdilər. Ulu öndərimiz 3 minə yaxın fərari gənci əfv etdi.
Azərbaycana rəhbərlik etmək asan deyil. Bu gün dünyada gedən proseslər göz qabağındadır. Dünya coğrafiyasını bölüşdürürlər. Kim inanardı ki, Ukrayna belə hala salınar? Orta Şərqdə gedən hadisələr, neftin qiymətinin kəskin ucuzlaşması da hər kəsə məlumdur. Dünyada terror hadisələri və müharibələr çoxalır. Belə bir vəziyyətdə cənab Prezidentimiz Azərbaycan xalqının əmin-amanlığını qoruyub saxlayır, cəsarətli və müstəqil siyasət yürüdür. Xalqımız bunun dəyərini, qiymətini bilməlidir. Ara qarışdıranlara, təxribat yaradanlara imkan verməməliyik.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

