Terrorla mübarizə bir ölkənin və ya bir bölgənin yox, bütün bəşəriyyətin problemidir
17.11.2015 [16:29]
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə
- Aydın müəllim, son vaxtlar dünyanın ayrı-ayrı bölgələrində terror aktlarının sayı artmaqdadır. Terror hadisələrinin artmasının bəşəriyyət üçün təhlükəsi nədən ibarətdir?
- Ümumiyyətlə, terror bütün dünya üçün təhdiddir. Çirkin siyasi məqsədlər üçün günahsız insanlara qarşı törədilən qanlı faciələrin heç bir izahı yoxdur. Çox təəssüf ki, vaxtilə tək-tük hallarda tarixə düşən belə hadisələrin sayı son dövrlərdə çoxalıb. Dünya bəzən elə fikirləşirdi ki, terror yalnız kasıb, müharibə əməliyyatları gedən ölkələrdə olur, heç bir halda, terror ABŞ-a, Avropaya, inkişaf etmiş ölkələrə yol aça bilməyəcək. Amma 2001-ci ildə 11 sentyabr hadisəsi, son dövrlərdə bir-birinin ardınca Fransada baş verən hadisələr göstərdi ki, artıq terror milli sərhədləri çoxdan aşıb və onun hansı məqsədlər üçün edilməsindən asılı olmayaraq, o stabilliyə, inkişafa, dinc insanların yaşayışına qarşıdır. Və bu təhlükəni qiymətləndirməməyin özü də terrora bərabər cinayət sayıla bilər.
Vaxtilə Azərbaycan ərazisində erməni xüsusi xidmət orqanları sərnişin avtobuslarını, Bakı metrosunu partladanda dünya birliyi buna diqqət etmədi, xarici kütləvi informasiya vasitələrində bununla bağlı geniş məlumatlar verilmədi, bəyanatlar verilmədi, Ermənistanın terror hərəkətləri pislənilmədi. Bunun ardınca Türkiyədə PKK tərəfindən törədilən terror hadisələri, ərəb ölkələrində terror hadisələri zamanı da dünya susdu. Yəni beynəlxalq birlik ümumən götürdükdə, terrorun dünyəvi problem olacağını gözləmirdi. Amma bu gün isə birmənalı şəkildə demək olar ki, terror hər an istənilən yerdə baş verə bilər. Aydın məsələdir ki, bu, özbaşına baş vermir. Terror ilk növbədə, dünyanın ikiyə parçalanmasından, dini və irqi ayrı-seçkilikdən, inkişaf etmiş ölkələrin kasıb ölkələrin problemlərinə soyuq yanaşmalarından irəli gələn məsələdir.
Fransada baş verən partlayışlarda Suriya izinin olduğu görünür. Məgər Suriyada bir neçə ildir ki, gedən vətəndaş müharibəsinin uzanmasında, İŞİD təhlükəsinin yaranmasında dünyanın məsuliyyəti azdır? Bu gün terrorla mübarizə bir ölkənin və ya bir bölgənin yox, bütün bəşəriyyətin problemidir. Nə qədər ki, bəşəriyət, ilk növbədə inkişaf etmiş ölkələr terrora qarşı ciddi, qətiyyətli tədbirlər görməyəcəklər, çox təəssüf ki, o, öz coğrafiyasını genişləndirməkdə davam edəcək.
- Qeyd etdiniz ki, dünya birliyi Ermənistanın terror siyasətinə qarşı ciddi tədbirlər görmür. Sizcə, bunun səbəbi nədir?
- Fikrimcə, dünya elə hesab edirdi ki, bu, Ermənistan-Azərbaycan müharibəsində elementlərdən biridir. Eyni zamanda, Ermənisanın Azərbaycan torpaqlarını işğal etməsi dünyada sadəcə olaraq iki dövlətin mübarizəsi kimi qiymətləndirilirdi. Amma terrorun siyasi əhəmiyyət daşımadığı, terrorun insanlara qarşı yönəldiyinin fərqinə varılmalıydı. Bakı metrosu partladılanda bilinməli idi ki, 20 il sonra onun əks-sədası Paris kinoteatrlarında, stadionlarında eşidiləcək. Azərbaycanın ərazi bütövlüyü məsələsinin indiyə qədər həll edilməməsində dünyanın, ilk növbədə Avropanın siyasi məsuliyyəti çoxdur. Ermənistana qarşı sanksiyalar tətbiq olunmur, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması tələb edilmir, bu gün işğal edilmiş zonada yaradılmış oyuncaq rejimin rəhbərləri Ermənistanın diplomatik pasportları ilə dünyanın paytaxtlarına səfərlər edirlər, onlar İnterpol tərəfindən tutulmurlar. Yəni ikili standartlar son məqamda elə Avropanın özünü vurur.
- Necə hesab edirsiniz, Avropanın mərkəzində baş verən terror hadisələrindən sonra beynəlxalq birlik tərəfindən ciddi nəticə çıxarılcaqmı?
- Hər halda, bu hadisələr dünya, böyük dövlətlər üçün ciddi siqnaldır. İl yarım bundan öncə Fransanın bir jurnalının redaksiyasında terror aktı törədilərkən Avropa nəticə çıxarmalı idi. Yaxın Şərqdə gedən müharibələrin qarşısını alınmalı idi, terrora yaradılan şəraitin qarşısı alınmalı idi, İŞİD-ə qarşı çox ciddi mübarizə aparılmalı idi, Suriyada vətəndaş müharibəsinin dayandırılması üçün ciddi tədbirlər görülməli idi. Eləcə də, işğalçı və terrorçu Ermənistana qarşı ciddi siyasi təzyiqlər göstərilməli idi. Ancaq bunların heç biri baş vermədi, dünya bütün bunlara sakit yanaşdı, əksinə, bütün bu istiqamətlər üzrə vəziyyəti daha da gərginləşdirən addımlar atıldı.
Bugünlərdə Türkiyənin Antalya şəhərində «Böyük İyirmiliyin» (G-20) sammiti keçirildi. Azərbaycan xüsusi qonaq qismində sammitdə iştirak etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sammit çərçivəsində çıxış edərək bildirdi ki, ölkəmiz uzun illərdir terrordan əziyyət çəkir, terror nəticəsində Azərbaycanın 2000-dən çox dinc vətəndaşı həyatını itirib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ərazilərimizdə bir birinin ardınca terror aktları törətməsi terrorun bazalarının birinin məhz Ermənistanda olduğunu göstərir. Terror bu gün Ermənistanın dövlət siyasəti səviyyəsində yürüdülən xəttdir. Ermənistan rəhbərləri Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan və erməni xalqlarının heç zaman bir yerdə yaşaya bilməyəcəyi kimi irqçi bir tezis irəli sürürdülər. Bütün bu məsələlərə göz yuman Avropa bu gün onun acı nəticələrini dadmaqdadır. Terrora qarşı mübarizə qətiyyətlə, hamılıqla və tez bir zamanda aparılmalıdır. Terroru yaradan səbəblər aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Dünyada sabitliyin yaranması üçün, təhlükəsiz dünyanın mövcudluğu üçün maksimum işlər görülməlidir. Hesab edirəm ki, dünya birliyi, böyük güclər bunu etməsə təəssüf ki, terror xəbərləri bir-birinin ardınca dünyanın ayrı-ayrı bölgələrində eşidiləcək.
- Aydın müəllim, Azərbaycanı beynəlxalq səviyyədə terrorizmlə mübarizəyə qarşı verdiyi töhfələri necə qiymətləndirmək olar?
- Azərbaycan bu məsələ ilə bağlı ilk növbədə, öz ərazisində terrora qarşı mübarizədə ciddi tədbirlər görür. Ermənistana qarşı hərtərəfli təzyiqlər, ordumuzun güclənməsi, Ermənistanın terror hərəkətlərinin dünya ictimaiyyətinə çatdırılması da terrora qarşı mübarizənin tərkib hissəsidir. Həmçinin, cənab Prezident İlham Əliyevin «G-20» sammitində çıxışında bildirdiyi kimi Azərbaycan Əfqanıstanda anti-terror koalisiyasına qoşulan ilk dövlətlərdəndir. Vaxtilə orada 25 nəfərlik hərbi kontingentlə iştirak edən Azərbaycan bu gün iştirakçıların sayını çoxaldıb. Hazırda Azərbaycan sülhməramlıları Əfqanıstanda sülhün bərqərar olmasında yaxından iştirak edirlər.
Azərbaycan eyni zamanda, terrora qarşı mübarizə ilə bağlı özünün məlumatlarını xarici ölkələrlə vaxtaşırı bölüşən ölkədir. Azərbaycan terrorun bəşəriyyət, sivilizasiya üçün bir təhlükə olduğunu ardıcıl olaraq dünya ictimaiyyətinə böyük narahatçılıqla çatdıran azsaylı ölkələrdən biridir. Hesab edirəm ki, Azərbaycanın terrorla mübarizə praktikası dünya tərəfindən bir nümunə kimi öyrənilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

