“Onlara qabaqcadan tapşırılmışdı ki, filankəsə səs verin”
11.10.2014 [10:56]
Siyavuş Novruzov: Sıradan çıxmış bir partiya rəhbərinin çağırışı ilə planlaşdırılan aksiyaya heç bir Azərbaycan vətəndaşı qoşulmayacaq
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Publika.az-a müsahibəsi:
- “Müsavat”ın sentyabrın 27-də keçirdiyi 8-ci qurultayının nəticələrilə bağlı narazılıqlar səngimək bilmir. Qarşılıqlı ittihamlar davam edir. Baş verənlərə münasibətiniz necədir?
- Biz əvvəlcədən də demişdik ki, Müsavat Partiyasında ədalətli, şəffaf və doğru seçki keçirilməyəcək. Çünki bütün hallarda İsa Qəmbərin öz postunu tərk etmək fikri yox idi. Ona görə də müxtəlif bəhanələr gətirərək, qurultayın vaxtını dəyişərək uzadırdı və sairə. Qurultayın keçirilməsi üçün yerlə bağlı bəhanələr gətirirdi, gah Gürcüstanda, gah da başqa ölkələrdə keçiriləcəyi barədə fikirlər söyləyirdi. Nəticə etibarilə də tamamilə ədalətsiz və standartlara cavab verməyən qurultay keçirildi. İştirakçıların da əksəriyyəti “Müsavat”ın qurultayından narazı qalıb. Ayrı-ayrı qurumlara seçilən şəxslər də “Müsavat”ın qurultayının bu formada keçirilməsinə etiraz edirlər. Hətta Müsavat Partiyasının qurultayının təkrar keçirilməsi barədə çağırışlar var. Tələb olunur ki, qurultay 3 ay müddətinə təkrar çağırılsın.
Qurultay keçiriləndən sonra tam aydın oldu ki, indi də İsa Qəmbər özünə sərf edən şəxsləri qurultaya nümayəndə seçib. İsa Qəmbər qurultayda öz adamını keçirmək üçün bu addımı atıb. Əgər düzgün və ədalətli qurultay keçirilsəydi, o zaman nəinki “Müsavat”ın başqanı, heç İsa Qəmbərin tərəfdarlarından bir nəfər belə olsun qurultaya nümayəndə seçilməyəcəkdi. İsa Qəmbər öz təsir vasitələrindən istifadə etdi və müstəqil şəxslər deyil, bilavasitə partiyanın aparat rəhbəri olan Arif Hacılının tabeçiliyində çalışan adamların təsiri altında qurultay nümayəndələri seçildi. Onlara da qabaqcadan tapşırılmışdı ki, filankəsə səs verilsin. Bütün bunlar bizə öncədən məlum idi. Çünki regionlarda keçirilən nümayəndə seçkilərində “Müsavat” nümayəndələri bizə bu barədə kifayət qədər məlumat vermişdi. Ona görə də bu proses bizə qabaqcadan bəlli idi. Təbii ki, qurultay prosesində haqqı mənimsənilən tərəf ya “Müsavat”ı tərk edəcək, ya da təkrar qurultayın keçirilməsini tələb edəcək.
- Vaqif Hacıbəyli ilə Vurğun Əyyub arasında yaranan qarşıdurma ilə bağlı da V.Əyyub etiraf edib ki, o, indiyədək heç bu qədər təhqir olunmayıb. Ancaq Vaqif Hacıbəyli onu təhqir edir...
- Nəinki Arif Hacılının qardaşı Vurğun Əyyubu təhqir edir. Misal üçün, bu günlərdə “Azadlıq” radiosunda Gülağa Aslanlı ilə Qubad İbadoğlu arasında keçirilən debatda da bir-birinə qarşı təhqir, söyüş, kimin hara işləməsi və sairə fikirlərin səsləndirilməsi onu göstərir ki, “Müsavat”da uzun illərdən bəri təlim-tərbiyə və digər bu kimi işlərlə məşğul olan adam yoxdur.
- Oktyabrın 12-də qondarma “Milli şura” aksiya keçirəcək. Bu aksiyanın nəticəsindən gözləntiləriniz nədir?
- Bu, bir dərnəyin təşkil etdiyi aksiyadır. Burada məqsəd isə ondan ibarətdir ki, son vaxtlar fikir versəniz, görərsiniz ki, Avropanın bəzi strukturları, o cümlədən, erməni lobbisinin təhriki ilə çalışan qeyri-hökumət təşkilatları (QHT) Azərbaycan əleyhinə bəyanatlar səsləndirməyə başlayıblar. Aksiya keçirən bu qüvvələr də həmin Avropa və erməni dairələrinin Azərbaycandakı əlaltılarıdır, onlardan vəsait alırlar və onlara işləyirlər. Yəni, bunlar erməni lobbisinə qulluq edən adamlardır və müxtəlif adlar - insan hüquqları və demokratiya adları altında kütləvi aksiyalar keçirmək istəyirlər.
Bilirsiniz ki, hələ “Milli şura”nın ən güclü vaxtında, yəni 40-a yaxın təşkilatın burada birləşdiyi dövrdə keçirilən aksiyalara heç 300-400 nəfər adam toplana bilmirdi.
İndiki halda sıradan çıxmış bir partiya rəhbərinin çağırışı ilə planlaşdırılan aksiyaya heç bir Azərbaycan vətəndaşı qoşulmayacaq. Çünki Azərbaycan xalqı bu qüvvələrin məqsədini yaxşı bilir. Aksiyaya gələn adamlar da ancaq bunların vəsait hesabına tutduğu şəxslər olacaq. Hətta bu adamlar mitinqlər üçün ayrılmış o vəsaiti də aidiyyəti üzrə tam sərf etmirlər, onu da mənimsəyirlər. Aksiyaya gələcək şəxslər də törətdikləri qanun pozuntularına görə məsuliyyətə cəlb olunan şəxslərin yaxınları və qohumları olacaqlar.
- Bəs siz özünüz aksiyanı izləyəcəksiniz?
- Yox, mən dəyərli vaxtımı belə lazımsız işlərə sərf etmək istəmirəm.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

