“Buyursunlar, debatlara gəlsinlər...”
22.09.2013 [11:00]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Publika.Az-a müsahibəsində bəzi məsələlərə aydınlıq gətirib.
- “Milli şura”nın namizədi Cəmil Həsənli sonuncu debatda iqtidarın onun 6 dəqiqəlik çıxışı qarşısında dayana bilmədiyini deyir. Doğrudanmı, belə idi?
- O düşünürsə ki, çıxışı ictimai rəyə təsir göstərir, yəqin, ictimai rəydən xəbəri yoxdur. Əslində, ətrafında olan adamların hay-küyünə istinad edərək bu cür tezislər səsləndirir. Cəmil Həsənlinin orda dedikləri, söylədikləri, bütövlükdə götürdükdə Azərbaycan mətbuatında neçə illərdir yazılan yalanlardır ki, o da bunları başqa formada təkrar edir. Cəmil Həsənli ölkədə korrupsiyadan danışır. Bütövlükdə dünyada korrupsiyaya qarşı mübarizə gedir və Azərbaycanda da buna qarşı kəskin şəkildə mübarizə aparılır. Cəmil Həsənli bilməlidir ki, korrupsiyaya qarşı mübarizə inzibati yolla deyil, iqtisadi yolla getməlidir və bu daha çox nəticə verir. Azərbaycanda da Prezident İlham Əliyevin antikorrupsiya tədbirləri kifayət qədər öz nəticələrini göstərir.
Misal üçün, ASAN xidmətin yaradılması, islahatların aparılması, dövlət idarəçiliyində işə götürmədə “Dövlət qulluğu haqqında” Qanuna söykənilməsi, eyni zamanda, müxtəlif - aqrar, sənaye və başqa sahələr üzrə aparılan islahatlar var. C.Həsənli bunları bilməlidir. Amma o, nə deyir? Neçə illərdir xarici mətbuatda anti-Azərbaycan dairələrin yazdıqlarını, Azərbaycana qarşı olan həmin dairələrin çirkin niyyətlərlə yaydıqları məlumatları təkrar edir.
- “Milli şura” namizədinin əsas iddialarından biri ölkədən 48 milyard dollar vəsaitin çıxarılmasıdır. Bu nə dərəcədə real görünür?
- Deyirlər ki, guya Azərbaycandan 48 milyard vəsait ofşor şirkətlərə çıxarılıb. Bu rəqəm əvvəllər də neçə dəfə səsləndirilib, bununla bağlı açıqlamalar da verilib. Ağlı başında olan, iqtisadiyyatı bilən adam bu rəqəmin saxta olduğunu dərhal görür. Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 97 milyard dollar civarındadır. 48 milyard dollar civarında vəsaitin Azərbaycandan çıxarılması nə dərəcədə real görünür? Bu olduqca gülüncdür. İqtisadiyyatı bilməyən adamlar bu cür yalanlara inana bilər. Digər tərəfdən, anti-Azərbaycan dairələrin xaricdə bizim əleyhimizə yazdıqlarına baxın. Onlar nələr yazır, burda məqsəd nədir? Məqsəd Azərbaycanın sürətli inkişafını gözdən salmaq, investisiyaların ölkəyə daxil olmasına əngəl olmaq, Azərbaycan haqqında mənfi rəy yaratmaqla erməni lobbisinin dəyirmanına su tökmək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mübarizəsinin və bu mübarizədə bizim diplomatların, millət vəkillərinin beynəlxalq təşkilatlarda apardığı işlərin, mübarizənin istiqamətini dəyişməkdir. O, bizim enerjimizi bu cür yalanları dəf etməyə yönəltmək məqsədi daşıyır. Amma biz bu cür tələlərə düşən deyilik. Bu cür yazılar dəfələrlə yazılıb, təkzib olunub. Əgər müxalifətin radikal qanadının mətbuatında yazılanların bir ay monitorinqini aparsanız, 90 faizinin yalan üzərində qurulduğunu görərsiniz.
Cəmil Həsənli öz çıxışı ilə “hakimiyyəti darmadağın etdi” tezisini ortaya ataraq dediyi yalanlara özü inanırsa, türklər demiş “yazıqlar olsun bu adamlara”. Nəyi darmadağın etdi?! Hay-küy salaraq, qışqıraraq yalanları təkrar edirdin. Cəmiyyətdə sorğu aparaq, görəcəyik ki, bu yalanları çoxdan eşidiblər, sən də bunları təkrar etdin. Hakimiyyət sənin kimi adamların bir çıxışı ilə darmadağın olarsa, onda hakimiyyət olmaz ki. Azərbaycan güclü ölkədir, Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi bizim ölkədə cəmləşir. Biz neft və qaz strategiyasını həyata keçiririk, dünya miqyasında gücümüzü artırırıq, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Bu uğurları görmək lazım idi. Radikallar, fərqi yoxdur, Cəmil Həsənli, Əli Kərimli, İsa Qəmbər və digərləri eyni sözləri neçə illərdir təkrar edirlər və bununla yalnız özlərini ifşa edirlər.
- İqtidarın Azərbaycanı Şimali Koreyaya çevirmək istəyi ilə bağlı səslənən iddialarla bağlı nə deyə bilərsiniz?
- Cəmil Həsənli, Azərbaycanı Şimali Koreyaya çevirmək istəsəydilər, sən azad sürətdə gəlib mətbuat konfransı keçirməzdin. Prezidentliyə namizəd ola bilməzdin. Televiziyada elə çıxış da edə bilməzdin. Azərbaycanı Şimali Koreyaya çevirmək niyyətimiz olsaydı, sizin partiyaların qəzetləri gecə-gündüz “qara piar” kampaniyası apara bilməzdi. Bu gün Azərbaycanda olan demokratik azadlıqdan, mühitdən sui-istifadə edib televiziyaya çıxaraq hakimiyyət haqqında, ölkə haqqında yalanları təkrarlaya bilməzdilər.
- YAP Cəmil Həsənovu MSK-ya şikayət edib. Bununla bağlı hansı tədbirin görülməsini istəyirsiniz?
- Orda olan konfliktin YAP-a heç bir aidiyyəti yoxdur. Cəmil Həsənli haqsız olaraq Prezidentin səlahiyyətli nümayəndəsi cənab Əli Əhmədovun sözünü kəsməyə, ona müdaxilə etməyə çalışır. Cəmil Həsənlinin başqa bir partiyanın, MMP-nin nümayəndəsi Hafiz Hacıyevlə- ki, Elçibəy hakimiyyəti dövründə Hafiz Hacıyev nazir postunda, Cəmil Həsənli isə administrasiyada çalışırdı- aralarındakı konflikti bizə qarşı yönəltməsi, dövlət başçısı haqqında uydurma fikirlər, siyasi əxlaqdan, etikadan kənar tezislər səsləndirməsi yolverilməzdir. Ona görə də, buna haqlı olaraq etirazımızı bildirmişik. Haqlı olaraq deyirik ki, MSK onunla bağlı fikir söyləməlidir. Çünki onun başqa bir müxalifət partiyasının namizədi ilə toqquşması, fikirlərinin üst-üstə düşməməsi özlərinin işidir. O, səbrli olmalı idi və aparıcı ilə bunu qanun çərçivəsində həll etməli idi. Amma Əli Əhmədovun da çıxışına mane olurdu.
Bəs, onda buna nə deyilməlidir? Əgər sənə qarşı başqa bir namizəd münaqişəyə girirsə, Prezidentə qarşı niyə fikir səsləndirirsən? Səsləndirilən fikirlər də köhnə pulla bir qəpik dəyəri olmayan yalanlardan ibarətdir. Ona görə də güman edirəm ki, Cəmil Həsənlinin mətbuatda hay-küylü fikirlər səsləndirməsi və ətrafındakıların onu qəhrəman obrazında görməsi sabun köpüyüdür, şardır və bir günə partlayıb yoxa çıxdı. Cəmiyyətdə də o qədər əks-səda doğurmadı. Buyursunlar, debatlarına gəlsinlər, fikirlərini desinlər, amma qanun çərçivəsində danışsınlar. Başqa tərəfin çıxışlarına mane olmasınlar. Ona biz mane olmurduq, başqası mane olursa, münasibətini onunla həll etsin. Bizim liderimizə, partiyamızın Sədrinə, Prezidentimizə qarşı fikirlər olanda əlbəttə, biz bunun cavabını verməli idik və verəcəyik də.
- Cəmil Həsənli bildirib ki, Hafiz Hacıyev bir də ona qarşı fikir səsləndirsə, onun hədəfi birbaşa YAP-ın namizədi olacaq. Belə olacağı təqdirdə, YAP nə etməyi düşünür?
- Cəmil Həsənli qanunazidd fikir səsləndirsə, siyasi etikadan kənar fikirlər desə, cavabını alacaq və bununla bağlı qanun çərçivəsində MSK öz işini görəcək. Amma başqa bir namizədlə münaqişəsi zamanı bizim namizədə qarşı fikir səsləndirsə, bizim ordakı nümayəndəmiz də onun tutarlı cavabını verəcək. İnanmıram ki, Cəmil Həsənli bununla cəmiyyətdə hansısa tərəfdar yığa bilsin. Əskinə milyonlarla insanın nifrətini qazanacaq, çünki hamı orda münaqişənin bizimlə olmadığını görür. Orda solçular, sağçılar, mərkəzçilərin hər biri namizəddir. 9 namizədin hər biri bizim üçün rəqibdir, Cəmil Həsənli də sıradan olan bir namizəd kimi orda iştirak edir. Orda 2 namizəd arasında münaqişə varsa, özləri həll etməlidir. Hakimiyyətə ittihamlar yönəltməyin və təhqirə keçməyin əlbəttə ki, cavabı veriləcək.
- Cəmil Həsənli iddia edir ki, Hafiz Hacıyevin namizəd kimi qeydə alınması iqtidarın layihəsidir və müxalifətə qarşı çıxartmaq məqsədi daşıyır.
- Bununla bağlı əlində fakt varsa, ortaya qoysun. Digər tərəfdən, biz azad ölkədə yaşayırıq, hər kəs namizədliyini verə bilər. Cəmil Həsənlinin bu uydurmasına görə biz cavab verməli deyilik.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

